https://sputnik.az/20220228/putin-abs-ve-muttefiqlerine-sanksiyalarin-tetbiqi-barede-ferman-imzalayib-439709193.html
Putin ABŞ və müttəfiqlərinə sanksiyaların tətbiqi barədə fərman imzalayıb
Putin ABŞ və müttəfiqlərinə sanksiyaların tətbiqi barədə fərman imzalayıb
Sputnik Azərbaycan
Kreml Rusiya prezidentinin “ABŞ-ın, ona qoşulmuş xarici dövlətlərin və beynəlxalq təşkilatların qeyri-dost hərəkətləri ilə əlaqədar xüsusi iqtisadi tədbirlərin... 28.02.2022, Sputnik Azərbaycan
2022-02-28T20:40+0400
2022-02-28T20:40+0400
2022-03-01T10:08+0400
putin
emmanuel makron
sanksiya
rusiya prezidenti vladimir putin
vladimir putin
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
https://cdnn1.img.sputnik.az/img/07e6/02/16/439474419_0:119:3221:1931_1920x0_80_0_0_55a0b8337d2e4c1c4864e6d06bc09f87.jpg
BAKI, 28 fevral - Sputnik. Rusiya Prezidenti Vladimir Putin ABŞ və müttəfiqlərinə qarşı xüsusi sanksiyaların tətbiq edilməsi barədə fərman imzalayıb.RİA Novosti-nin məlumatına görə, bu barədə prezidentin mətbuat xidmətindən məlumat verilib."Rusiya prezidenti Vladimir Putin “ABŞ-ın, ona qoşulmuş xarici dövlətlərin və beynəlxalq təşkilatların qeyri-dost hərəkətləri ilə əlaqədar xüsusi iqtisadi tədbirlərin tətbiqi haqqında fərman” imzalayıb", - məlumatda deyilir.Sənəd Kremlin rəsmi saytında dərc olunub. Fərman dərc edildiyi gündən qüvvəyə minir.Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Ukraynada hərbi əməliyyatların dayandırılması üçün öz şərtlərini irəli sürüb.Kremlin mətbuat xidməti xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Fransa prezidenti Emmanuel Makronla söhbətində hərbi əməliyyatların dayandırılması ilə bağlı mövqeyinin ortaya qoyub.O vurğulayıb ki, Ukrayna ətrafında nizamlanma yalnız Rusiyanın qanuni təhlükəsizlik maraqları qeyd-şərtsiz nəzərə alınarsa mümkündür."Vladimir Putin vurğulayıb ki, belə bir nizamlanma yalnız Rusiyanın qanuni təhlükəsizlik maraqlarının qeyd-şərtsiz nəzərə alınması, o cümlədən Rusiyanın Krım üzərində suverenliyinin tanınması, Ukrayna dövlətinin demilitarizasiyası və denazifikasiyası vəzifələrinin həlli, eləcə də Kiyevin neytral statusunun təmin edilməsi ilə mümkündür", - deyə məlumatda bildirilir.Ukrayna hadisələriFevralın 21-də Rusiya prezidenti Vladimir Putin "LXR" və "DXR"-ın suverenliyini tanıyan fərmanlar imzalayıb.Fevralın 24-də isə Putin Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, Donbas xalq respublikaları yardım xahişi ilə Rusiyaya üz tutub".Beləliklə, o, Ukraynaya qarşı xüsusi hərbi əməliyyatın başlandığını elan edib.Bunun fonunda Qərb ölkələri Moskvaya qarşı geniş miqyaslı sanksiyaların tətbiqinə başlayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:KİV Ukraynanın Rusiyadan tələblərini açıqlayıbMakron Putin və Zelenski ilə danışıqlar aparıbAvropa İttifaqı Ukraynaya döyüş təyyarələri verəcəkG7 Ukraynaya silah təchizatı və Rusiyaya qarşı sanksiyaları gücləndirmək qərarına gəlib
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/16/439474419_245:0:2976:2048_1920x0_80_0_0_7492eebdfe1acd930082ddc1bb78a31e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
putin, emmanuel makron, sanksiya, rusiya prezidenti vladimir putin, vladimir putin
putin, emmanuel makron, sanksiya, rusiya prezidenti vladimir putin, vladimir putin
Putin ABŞ və müttəfiqlərinə sanksiyaların tətbiqi barədə fərman imzalayıb
20:40 28.02.2022 (Yenilənib: 10:08 01.03.2022) Kreml Rusiya prezidentinin “ABŞ-ın, ona qoşulmuş xarici dövlətlərin və beynəlxalq təşkilatların qeyri-dost hərəkətləri ilə əlaqədar xüsusi iqtisadi tədbirlərin tətbiqi haqqında fərman” imzaladığını bildirib.
BAKI, 28 fevral - Sputnik. Rusiya Prezidenti Vladimir Putin ABŞ və müttəfiqlərinə qarşı xüsusi sanksiyaların tətbiq edilməsi barədə fərman imzalayıb.
RİA Novosti-nin məlumatına görə, bu barədə prezidentin mətbuat xidmətindən məlumat verilib.
"Rusiya prezidenti Vladimir Putin “ABŞ-ın, ona qoşulmuş xarici dövlətlərin və beynəlxalq təşkilatların qeyri-dost hərəkətləri ilə əlaqədar xüsusi iqtisadi tədbirlərin tətbiqi haqqında fərman” imzalayıb", - məlumatda deyilir.
Sənəd Kremlin rəsmi saytında dərc olunub. Fərman dərc edildiyi gündən qüvvəyə minir.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Ukraynada hərbi əməliyyatların dayandırılması üçün öz şərtlərini irəli sürüb.
Kremlin mətbuat xidməti xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Fransa prezidenti Emmanuel Makronla söhbətində hərbi əməliyyatların dayandırılması ilə bağlı mövqeyinin ortaya qoyub.
O vurğulayıb ki, Ukrayna ətrafında nizamlanma yalnız Rusiyanın qanuni təhlükəsizlik maraqları qeyd-şərtsiz nəzərə alınarsa mümkündür.
"Vladimir Putin vurğulayıb ki, belə bir nizamlanma yalnız Rusiyanın qanuni təhlükəsizlik maraqlarının qeyd-şərtsiz nəzərə alınması, o cümlədən Rusiyanın Krım üzərində suverenliyinin tanınması, Ukrayna dövlətinin demilitarizasiyası və denazifikasiyası vəzifələrinin həlli, eləcə də Kiyevin neytral statusunun təmin edilməsi ilə mümkündür", - deyə məlumatda bildirilir.
Fevralın 21-də Rusiya prezidenti Vladimir Putin "LXR" və "DXR"-ın suverenliyini tanıyan fərmanlar imzalayıb.
Fevralın 24-də isə Putin Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, Donbas xalq respublikaları yardım xahişi ilə Rusiyaya üz tutub".
Beləliklə, o, Ukraynaya qarşı xüsusi hərbi əməliyyatın başlandığını elan edib.
Bunun fonunda Qərb ölkələri Moskvaya qarşı geniş miqyaslı sanksiyaların tətbiqinə başlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.