https://sputnik.az/20220228/baki-spartak-a-ev-sahibliyi-ede-bilermi---affa-nin-cavabi-439689984.html
"Bakı "Spartak"-a ev sahibliyi edə bilərmi - AFFA-nın cavabı
"Bakı "Spartak"-a ev sahibliyi edə bilərmi - AFFA-nın cavabı
Sputnik Azərbaycan
Futbol Assosiasiyası azərbaycanlı azarkeşlərin Avropa Liqasının oyununa gedib-getməyəcəyi ilə bağlı məsələyə də münasibət bildirib. 28.02.2022, Sputnik Azərbaycan
2022-02-28T15:58+0400
2022-02-28T15:58+0400
2022-02-28T15:58+0400
affa
idman
"spartak"
bakı
futbol
https://cdnn1.img.sputnik.az/img/40727/53/407275367_0:155:2001:1280_1920x0_80_0_0_f4d30f474b0b3042c355d359a0046217.jpg
BAKI, 28 fevral — Sputnik. Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Avropa Liqasının Moskvanın "Spartak" klubu ilə Almaniyanın "RB Leypsiq" klubu arasında baş tutacaq oyunun Bakıda keçirilə biləcəyi barədə xəbərə reaksiya verib.Qeyd edək ki, bir qədər bundan əvvəl mətbuatda Avropa Liqasının 1/8 final mərhələsində Moskvanın "Spartak" komandasının Almaniyanın "RB Leypsiq" komandasını qəbul etmək üçün Bakının prioritet variant olduğu barədə informasiya yayılıb.Məlum olduğu kimi, UEFA Avropa kuboku üzrə Rusiya və Ukrayna klublarının bütün oyunlarını neytral meydanda keçirmək barədə qərar qəbul edib.AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla Sputnik Azərbaycan-a müsahibəsində qeyd edib ki, hələlik Moskvanın "Spartak" klubundan assosiasiyaya bu barədə müraciət daxil olmayıb.Bundan başqa, qurumun mətbuat katibi "Spartak" – "Leypsiq" matçının Bakıda baş tutacağı təqdirdə azərbaycanlı futbol azarkeşlərinin həmin oyunu izləyib-izləməyəcəkləri məsələsinə də münasibət bildirib."Bir qayda olaraq, belə vəziyyətlərdə yerli azarkeşlərin matça gəlməsi məsələsi fərdi şəkildə həll olunur", – deyə F.Abdulla vurğulayıb.Xatırladaq ki, "Spartak" "Napoli", "Lester" və "Legiya"nın da yer aldığı qrupun qalibi kimi Avropa Liqasının 1/8 finalına çıxıb. Azərbaycan millisinin hücumçusu, hazırda Zaqrebin "Dinamo" klubunda oynayan Mahir Əmrəli əvvəllər "Legiya"nın tərkibində çıxış edib. Çempionlar Liqasının qrup mərhələsində üçüncü yeri tutan "RB Leypsiq" isə əvvəlcə "Real Sosyedad"ı məğlub etdiyi Avropa Liqasının pley-off mərhələsindən (1/16 final) keçib."Leypsiq"lə "Spartak" arasında ilk oyun martın 10-da Almaniyada, cavab görüşü isə martın 17-də keçirilməli idi.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40727/53/407275367_120:0:1827:1280_1920x0_80_0_0_a07c988bb6f5d581ac0e7a59eb8ad4c8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
affa, "spartak", bakı, futbol
affa, "spartak", bakı, futbol
"Bakı "Spartak"-a ev sahibliyi edə bilərmi - AFFA-nın cavabı
Futbol Assosiasiyası azərbaycanlı azarkeşlərin Avropa Liqasının oyununa gedib-getməyəcəyi ilə bağlı məsələyə də münasibət bildirib.
BAKI, 28 fevral — Sputnik. Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Avropa Liqasının Moskvanın "Spartak" klubu ilə Almaniyanın "RB Leypsiq" klubu arasında baş tutacaq oyunun Bakıda keçirilə biləcəyi barədə xəbərə reaksiya verib.
Qeyd edək ki, bir qədər bundan əvvəl mətbuatda Avropa Liqasının 1/8 final mərhələsində Moskvanın "Spartak" komandasının Almaniyanın "RB Leypsiq" komandasını qəbul etmək üçün Bakının prioritet variant olduğu barədə informasiya yayılıb.
Məlum olduğu kimi, UEFA Avropa kuboku üzrə Rusiya və Ukrayna klublarının bütün oyunlarını neytral meydanda keçirmək barədə qərar qəbul edib.
AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla Sputnik Azərbaycan-a müsahibəsində qeyd edib ki, hələlik Moskvanın "Spartak" klubundan assosiasiyaya bu barədə müraciət daxil olmayıb.
Bundan başqa, qurumun mətbuat katibi "Spartak" – "Leypsiq" matçının Bakıda baş tutacağı təqdirdə azərbaycanlı futbol azarkeşlərinin həmin oyunu izləyib-izləməyəcəkləri məsələsinə də münasibət bildirib.
"Bir qayda olaraq, belə vəziyyətlərdə yerli azarkeşlərin matça gəlməsi məsələsi fərdi şəkildə həll olunur", – deyə F.Abdulla vurğulayıb.
Xatırladaq ki, "Spartak" "Napoli", "Lester" və "Legiya"nın da yer aldığı qrupun qalibi kimi Avropa Liqasının 1/8 finalına çıxıb. Azərbaycan millisinin hücumçusu, hazırda Zaqrebin "Dinamo" klubunda oynayan Mahir Əmrəli əvvəllər "Legiya"nın tərkibində çıxış edib. Çempionlar Liqasının qrup mərhələsində üçüncü yeri tutan "RB Leypsiq" isə əvvəlcə "Real Sosyedad"ı məğlub etdiyi Avropa Liqasının pley-off mərhələsindən (1/16 final) keçib.
"Leypsiq"lə "Spartak" arasında ilk oyun martın 10-da Almaniyada, cavab görüşü isə martın 17-də keçirilməli idi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.