https://sputnik.az/20220228/azerbaycan-yigmasina-xarici-mutexessisler-rehberlik-edecekler-439685690.html
Azərbaycan yığmasına xarici mütəxəssislər rəhbərlik edəcəklər
Azərbaycan yığmasına xarici mütəxəssislər rəhbərlik edəcəklər
Sputnik Azərbaycan
Milli Cüdo Federasiyası yeni baş məşqçinin qarşısına müəyyən məqsədlər qoyub və azərbaycanlı məşqçilərlə işi davam etdirmək niyyətindədir. 28.02.2022, Sputnik Azərbaycan
2022-02-28T18:39+0400
2022-02-28T18:39+0400
2022-02-28T18:39+0400
azərbaycan
idman
cüdo
cüdo federasiyası
beynəlxalq cüdo federasiyası
https://cdnn1.img.sputnik.az/img/07e6/02/1c/439679541_0:70:1538:935_1920x0_80_0_0_fb3e77051989c81a7af4b81b1f19d1b8.jpg
BAKI, 28 fevral — Sputnik. Cüdo üzrə kişilərdən ibarət Azərbaycan yığmasının rəhbərliyinə almaniyalı mütəxəssis, Olimpiya Oyunlarının ikiqat bürünc mükafatçısı Riçard Trautman gətirilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsinin iclasında məlumat verilib.Fevralın 28-də Milli Cüdo Federasiyasının icraiyyə komitəsinin iclası keçirilib. İclasın gedişatında məlum olub ki, Azərbaycanın kişilərdən ibarət komandasına Olimpiya Oyunlarında iki dəfə bürünc medal qazanmış (1992-ci il Barselona və 1996-cı il Atlanta) almaniyalı mütəxəssis rəhbərlik etməyə başlayıb. Maraqlıdır ki, Trautman Atlantada Belarusun Azərbaycan əsilli məşhur cüdoçusu Natiq Bağırovu məğlub edib.Bundan başqa, milli federasiyada yeni vəzifə yaradılıb ki, həmin sahəyə də xarici mütəxəssis cəlb olunub. Belə ki, bundan sonra hollandiyalı mütəxəssis Mark Van Der Ham performans direktoru kimi fəaliyyət göstərəcək.Azərbaycan millisinin baş məşqçisi Trautman komandanın yeni hədəflərini də də açıqlayıb. "Azərbaycan millisində çalışmaq mənim üçün böyük şansdır. Əsas məqsədimiz həm Azərbaycan komandasını inkişaf etdirmək, həm də dünya çempionatlarında, Olimpiya oyunlarında medallar qazanmaqdır. İmkan daxilində 2024-cü il Olimpiadasına yaxşı hazırlaşacağıq. Bundan başqa, Azərbaycan dilini də öyrənməyə çalışacam", - deyə Trautman bildirib.Azərbaycanın Cüdo Fedrasiyasının Prezidenti, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev də həmçinin qeyd edib ki, əsas məqsəd 2024-cü ildə keçiriləcək Olimpiya Oyunlarına hazırlıqdır. "Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi tərəfindən atılan ilk addımlardan biri təcrübəli əcnəbi mütəxəssislərin cəlb edilməsi, o cümlədən yerli cüdoda infrastrukturun yaxşılaşdırılması olub. Ona görə də cüdo üzrə təlim sisteminə əcnəbi mütəxəssislərin cəlb edilməsi barədə qərar qəbul olunub", – deyə Nəbiyev vurğulayıb.Xatırladaq ki, bu yaxınlara qədər Azərbaycanın kişilərdən ibarət komandasına Pekin-2008 Olimpiadasının bürünc mükafatçısı Mövlud Mirəliyev başçılıq edirdi. Federasiya rəhbəri həm ona, həm də milli komandada çalışan bütün yerli mütəxəssislərə təşəkkür edib."Xarici mütəxəssislərə yerli məşqçiləri dəstəkləmək tapşırığı verilib. Mən Mövlud Mirəliyevə və bütün digər mütəxəssislərimizə minnətdaram ki, onların rəhbərliyi altında Azərbaycan cüdoçuları beynəlxalq arenada uğurla çıxış ediblər", - deyə Nəbiyev əlavə edib. Federasiyanın icraiyyə komitəsinin iclasında, həmçinin azərbaycanlı mütəxəssislərin xaricdəki cüdo akademiyalarında hazırlıq keçəcəyi də bildirilib. Bu məqsədlə Beynəlxalq Cüdo Federasiyası ilə müvafiq razılıq əldə olunub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/1c/439679541_0:0:1538:1154_1920x0_80_0_0_63d70bd5cef5d2caee7a4770a810398e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
azərbaycanın cüdo üzrə yığma komandasına kim gətirilib
azərbaycanın cüdo üzrə yığma komandasına kim gətirilib
Azərbaycan yığmasına xarici mütəxəssislər rəhbərlik edəcəklər
Milli Cüdo Federasiyası yeni baş məşqçinin qarşısına müəyyən məqsədlər qoyub və azərbaycanlı məşqçilərlə işi davam etdirmək niyyətindədir.
BAKI, 28 fevral — Sputnik. Cüdo üzrə kişilərdən ibarət Azərbaycan yığmasının rəhbərliyinə almaniyalı mütəxəssis, Olimpiya Oyunlarının ikiqat bürünc mükafatçısı Riçard Trautman gətirilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsinin iclasında məlumat verilib.
Fevralın 28-də Milli Cüdo Federasiyasının icraiyyə komitəsinin iclası keçirilib. İclasın gedişatında məlum olub ki, Azərbaycanın kişilərdən ibarət komandasına Olimpiya Oyunlarında iki dəfə bürünc medal qazanmış (1992-ci il Barselona və 1996-cı il Atlanta) almaniyalı mütəxəssis rəhbərlik etməyə başlayıb. Maraqlıdır ki, Trautman Atlantada Belarusun Azərbaycan əsilli məşhur cüdoçusu Natiq Bağırovu məğlub edib.
Bundan başqa, milli federasiyada yeni vəzifə yaradılıb ki, həmin sahəyə də xarici mütəxəssis cəlb olunub. Belə ki, bundan sonra hollandiyalı mütəxəssis Mark Van Der Ham performans direktoru kimi fəaliyyət göstərəcək.
Azərbaycan millisinin baş məşqçisi Trautman komandanın yeni hədəflərini də də açıqlayıb. "Azərbaycan millisində çalışmaq mənim üçün böyük şansdır. Əsas məqsədimiz həm Azərbaycan komandasını inkişaf etdirmək, həm də dünya çempionatlarında, Olimpiya oyunlarında medallar qazanmaqdır. İmkan daxilində 2024-cü il Olimpiadasına yaxşı hazırlaşacağıq. Bundan başqa, Azərbaycan dilini də öyrənməyə çalışacam", - deyə Trautman bildirib.
Azərbaycanın Cüdo Fedrasiyasının Prezidenti, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev də həmçinin qeyd edib ki, əsas məqsəd 2024-cü ildə keçiriləcək Olimpiya Oyunlarına hazırlıqdır. "Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi tərəfindən atılan ilk addımlardan biri təcrübəli əcnəbi mütəxəssislərin cəlb edilməsi, o cümlədən yerli cüdoda infrastrukturun yaxşılaşdırılması olub. Ona görə də cüdo üzrə təlim sisteminə əcnəbi mütəxəssislərin cəlb edilməsi barədə qərar qəbul olunub", – deyə Nəbiyev vurğulayıb.
Xatırladaq ki, bu yaxınlara qədər Azərbaycanın kişilərdən ibarət komandasına Pekin-2008 Olimpiadasının bürünc mükafatçısı Mövlud Mirəliyev başçılıq edirdi. Federasiya rəhbəri həm ona, həm də milli komandada çalışan bütün yerli mütəxəssislərə təşəkkür edib.
"Xarici mütəxəssislərə yerli məşqçiləri dəstəkləmək tapşırığı verilib. Mən Mövlud Mirəliyevə və bütün digər mütəxəssislərimizə minnətdaram ki, onların rəhbərliyi altında Azərbaycan cüdoçuları beynəlxalq arenada uğurla çıxış ediblər", - deyə Nəbiyev əlavə edib. Federasiyanın icraiyyə komitəsinin iclasında, həmçinin azərbaycanlı mütəxəssislərin xaricdəki cüdo akademiyalarında hazırlıq keçəcəyi də bildirilib. Bu məqsədlə Beynəlxalq Cüdo Federasiyası ilə müvafiq razılıq əldə olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.