Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Yanvarda dəniz nəqliyyatı ilə neçə ton yük daşınıb?

© Sputnik / Irade JELILXəzərdə gəmilər, arxiv şəkli
Xəzərdə gəmilər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.02.2022
Abunə olmaq
Yüklərin 759,9 min tonunu və ya 94,7 faizini tranzit yüklər təşkil edib.
BAKI, 27 fevral — Sputnik. Yanvar ayında dəniz nəqliyyatı ilə ümumilikdə 63,1 min ton yük daşınıb ki, bu yüklərin dəyəri 140 milyon ABŞ dollarıdır.
Dövlət Gömrük Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, keçən ay dəniz nəqliyyatı ilə ixrac olunan 3005 ton yükün dəyəri 3,5 milyon dollar təşkil edib. Bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 60,1 min tondan çox, dəyəri isə 136,4 milyon dollar olub.
Dəniz limanlarında 802,1 milyon ton yükləmə-boşaltma işləri həyata keçirilib
Ötən ay dəniz limanlarında 802,1 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.
Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a bildirilib ki, yüklərin 759,9 min tonunu və ya 94,7 faizini tranzit yüklər təşkil edib. Fevralın 1-nə limanlarda qalan yüklərin həcmi 17,6 min ton olub.
Yanvarda dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı 2021-ci ilə nisbətən 30,8 faiz azalaraq 0,9 min nəfər təşkil edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Mağazada spirtli içki satışı - Sputnik Azərbaycan, 1920, 25.02.2022
CƏMİYYƏT
Bəzi araq məhsulları ucuzlaşıb, bəziləri bahalaşıb - Qiymətlər - FOTO - VİDEO
Xəbər lenti
0