CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bəzi araq məhsulları ucuzlaşıb, bəziləri bahalaşıb - Qiymətlər - FOTO - VİDEO

© Sputnik / Алексей МальгавкоMağazada spirtli içki satışı
Mağazada spirtli içki satışı - Sputnik Azərbaycan, 1920, 25.02.2022
Abunə olmaq
Firmasından asılı olaraq bəzi araq məhsullarının qiymətində 10 qəpiyədək azalma olsa da, ötən ilin dekabrı ilə müqayisədə bəzi araq məhsullarının qiymətində artım olub.
BAKI, 25 fevral — Sputnik. Ötən il Azərbaycana 6682.25 min ABŞ dolları dəyərində 74.47 min dkl araq idxal edilib. Bu müddətdə 293.4 min ABŞ dolları dəyərində 4.86 min dkl araq ölkədən ixrac olunub.
Sputnik Azərbaycan bir neçə ay öncə marketlərdə arağın qiyməti ilə bağlı reportaj hazırlamışdı. Maraqlıdır, ötən 3 ayla müqayisədə qiymətlərdə nə kimi dəyişiklik var?
Dövlət Statistika Komitəsinin məlumatı:
Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsulları, o cümlədən araq bahalaşıb. Həmçinin 2021-ci ilin yanvarı ilə müqayisədə ötən ayda bahalaşma qeydə alınıb. Ötən ay 0.5 litr arağın orta aylıq pərakəndə satış qiyməti 8 manat 65 qəpik, yerli istehsal olan 0.5 litr arağın orta aylıq pərakəndə satış qiyməti 5.97 manat, idxal olunan 0.5 litr arağın qiyməti isə 12.51 manat olub. 2022-ci ilin yanvar ayında arağın istehlak qiymətləri indeksi daha öncəki ilin eyni dövrünə nisbətən 104.0 faiz olub.
© Sputnik / Nigar IskanderovaSpirtli içkilər
Spirtli içkilər - Sputnik Azərbaycan, 1920, 24.02.2022
Spirtli içkilər
Bazarlarda müşahidə:
Firmasından asılı olaraq bəzi araq məhsullarının qiymətində 10 qəpiyədək azalma olsa da, ötən ilin dekabrı ilə müqayisədə bəzi araq məhsullarının qiymətində artım olub. Belə ki, ötən ilin noyabrında 14.75 manata olan brend araq məhsullarından birinin qiyməti dekabrda 13.57, hazırda isə 14.05 olub. Bəzi məhsullarda 30 qəpiyədək bahalaşma olub. Elə məhsullar var ki, 3 manatadək ucuzlaşıb.
© Sputnik / Nigar IskanderovaSpirtli içkilər
Spirtli içkilər - Sputnik Azərbaycan, 1920, 24.02.2022
Spirtli içkilər
Əhali arasında ən çox alınan belə məhsullardan bir neçəsinin ötən ilin sonu və hazırkı qiymətinə müqayisəli şəkildə nəzər yetirək:
Ötən ilin sonunda "Banketnaya"nın həcmindən asılı olaraq qiyməti 9.05, 12.55 və 15.00 AZN olub. Hazırda 0.7 litr olan "Banketnaya"nın qiyməti 15 manat deyil, 12 manatdır.
© Sputnik / Nigar IskanderovaSpirtli içkilər
Spirtli içkilər - Sputnik Azərbaycan, 1920, 24.02.2022
Spirtli içkilər
"Mamedoff"un qiyməti həcmindən asılı olaraq ötən ilin sonunda 11.80, 14.10, 15.20 AZN olub. Belə ki, bir neçə ay öncə 15.20 AZN olan "Mamedoff" hazırda 15.19, 11.80 olan isə 10.69 AZN-ə satılır. Digər araq məhsullarının qiymətində azalmalar olub. Lakin ötən ilin sonu ilə müqayisədə endirim olunan araq məhsullarının sayı azalıb.
Qeyd edək ki, ötən ilin dekabrınadək arağın qiyməti daha yüksək olmuşdu, dekabrın ortalarından etibarən isə qiymətlərdə azalmalar, endirimlər olmuşdu. Ötən ilin sonunda bir çox mağazalarda qiymətlərdə endirimlərin olması növbəti ildən qiymətlərin artacağını proqnozlaşdırmağa əsas vermişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0