CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səssiz ölüm davam edir: Zaqatalalı tələbə Göyçayda öldü

© pixabay / PublicDomainPicturesQaz plitəsi
Qaz plitəsi - Sputnik Azərbaycan, 1920, 27.02.2022
Abunə olmaq
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin tələbəsi, 2001-ci il təvəllüdlü Soltanov Səxavət Nemət oğlu bu gün Göyçay şəhərində kirayə qaldığı mənzildə ölüb.
BAKI, 27 fevral - Sputnik. Göyçay rayonunda gənc oğlan bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Zaqatala rayon sakini, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin tələbəsi, 2001-ci il təvəllüdlü Soltanov Səxavət Nemət oğlu bu gün Göyçay şəhərində kirayə qaldığı mənzildə dəm qazından zəhərlənərək ölüb. Xəbəri APA yayıb.
Qeyd edək ki, bu gün Abşeron rayonunda da dəm qazından kütləvi zəhərlənmə hadisə baş verib. Hadisə rayonun Xırdalan şəhərində qeydə alınıb.
Yaşadıqları evdə 1956-cı il təvəllüdlü Kələntərova Bənövşə Musa qızı, 1985-ci il təvəllüdlü Həsənli Nurlana Qurban qızı, 2001-ci il təvəllüdlü Orucova Arzu Məhəmməd qızı, 2008-ci il təvəllüdlü Kələntərli Şəkər Ceyhun qızı, 1992-ci il təvəllüdlü Novruzlu Nigar Musa qızı, 2005-ci il təvəllüdlü Novruzlu Şəfiqə Sultan qızı, 1988-ci il təvəllüdlü Həsənova Sahilə Sahib qızı, 1974-cü il təvəllüdlü Kələntərli Arzu Süleyman qızı, 2011-ci il təvəllüdlü Kələntərli Mail Həsənəli oğlu və 2010-cu il təvəllüdlü Kələntərli Musa Həsənəli oğlu dəm qazından zəhərləniblər.
Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Hadisənin təfərrüatı araşdırılır.
Goranboyda da 10-dək şəxs dəm qazından zəhərlənib.
Hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb.
Zəhərlənənlər 1970-ci il təvəllüdlü Alidə Əsgər qızı Bayramova, 2001-ci il təvəllüdlü Aygün Cahandar qızı İsmayılova, 1986-cı il təvəllüdlü Vüsalə Fərmail qızı Bayramova , 1999-cu il təvəllüdlü Məhərrəm Valeh oğlu Bayramov, 2017-ci il təvəllüdlü Sahil Saleh oğlu Bayramov, 2015-ci il təvəllüdlü Sadiq Saleh oğlu Bayramov, 1990-cı il təvəllüdlü Sahil Valeh oğlu Bayramov, 1968-ci il təvəllüdlü Valeh Bəylər oğlu Bayramov və 1994-cü il təvəllüdlü Zeynal Valeh oğludur Bayramovdur.
Dərhal xəstələrə tibbi yardım göstərilib. Onların vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, zəhərlənənlərin bir neçəsi toyda iştirak etmək üçün Bakı şəhərindən qonaq gəlib.
***
Fevralın 17-də Qusarda dəm qazından 5 nəfər boğulub ölmüşdü. Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, fevralın 17-də Qusar şəhəri, H.Əliyev küçəsində yerləşən çoxmənzilli yaşayış binasında mənzillərdən birində 1987-ci il təvəllüdlü Rusif Şıxov, arvadı 1993-cü il təvəllüdlü Əminə Şıxova və onların 3 azyaşlı uşağı: 2012-ci il təvəllüdlü Osman, 2017-ci il təvəllüdlü İmarə, 2013-cü il təvəllüdlü Sümeyya dəm qazından boğularaq ölüblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Biz niyə dəm qazından boğulur və yol qəzalarında ölürük?
Dəm qazı kabusu - Statistika açıqlandı
Azərbaycanda bir evdən beş nəfərin meyiti tapıldı - FOTO
Xəbər lenti
0