CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dəm qazı kabusu - Statistika açıqlandı

© Sputnik / Elvin AhmadQaz kolonkası
Qaz kolonkası - Sputnik Azərbaycan, 1920, 18.02.2022
Abunə olmaq
Bütün hallarda xəstənin xəstəxanaya çatdırılması, həkim nəzarətinə götürülməsi mütləqdir.
BAKI, 18 fevral — Sputnik. Kliniki Tibbi Mərkəzə yanvar ayı ərzində dəm qazından zəhərlənmə faktı ilə bağlı 30 nəfər müraciət daxil olub.
Bu barədə Sputnik Azərbaycan-a Mərkəzin Mətbuat xidmətindən məlumat verib.
Məlumata görə, onlar arasında ölüm hadisəsi qeydə alınmayıb. Müraciət edənlərin hər birinə tibbi yardım göstərilərək evə buraxılıblar.
"Təəssüf ki, bu gün Qusar rayonunda bir ailənin 5 üzvünün dəm qazından boğularaq öldüyü bildirilir. Baş Prokurorluqdan verilən məlumata görə, Qusar şəhərinin H.Əliyev küçəsində yerləşən çoxmənzilli yaşayış binasında mənzillərdən birində 1987-ci il təvəllüdlü Rusif Şıxov, arvadı 1993-cü il təvəllüdlü Əminə Şıxova və onların 3 azyaşlı uşaqlarının ölməsi ilə bağlı məlumat daxil olub.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib. Hadisə yeri və meyitlərin ilkin müayinəsi nəticəsində hadisənin dəm qazı səbəbindən baş verməsi ehtimal olunur.

Dəm qazından zəhərlənmə əlamətləri əsasən bunlardır: Başgicəllənmə, başağrısı, ürəkbulanma, qulaqlarda küy, qusma, yuxululuq, müvazinətin itməsi, sayıqlama, hallüsinasiyalar, qıcolma tutmaları və s.

Dəm qazından zəhərlənmə zamanı ilkin təcili yardım gələnədək bəzi tədbirlərin görülməsi kritik vəziyyətin qarşısını ala bilər. Dəm qazından zəhərlənən şəxsi təmiz havaya çıxarmaqla yanaşı, ağız boşluğunu selikdən təmizləmək, nəfəs almasını bərpa etmək və lazım gələrsə, süni nəfəs vermək lazımdır.

Lakin bütün hallarda xəstənin xəstəxanaya çatdırılması, həkim nəzarətinə götürülməsi mütləqdir", - deyə məlumatda qeyd edilib.
Xəbər lenti
0