https://sputnik.az/20220227/orqan-kocurmeleri-icbari-tibbi-sigorta-uzre-xidmetler-zerfine-salindi-439612065.html
Orqan köçürmələri icbari tibbi sığorta üzrə xidmətlər zərfinə salındı
Orqan köçürmələri icbari tibbi sığorta üzrə xidmətlər zərfinə salındı
Sputnik Azərbaycan
Agentlik sədri qeyd edib ki, məqsəd səhhətində problem olan uşaqların valideynlərinin çətinliklərini aradan qaldırmaqdır. 27.02.2022, Sputnik Azərbaycan
2022-02-27T08:34+0400
2022-02-27T08:34+0400
2022-02-27T08:34+0400
orqan
səhiyyə
icbari tibbi sığorta
https://cdnn1.img.sputnik.az/img/07e5/04/01/426592384_0:160:3073:1888_1920x0_80_0_0_6855a1bd1f220aa1e9efeae89d20ebbe.jpg
BAKI, 27 fevral — Sputnik. "Orqan köçürmələri, o cümlədən böyrək və qaraciyər köçürmələri icbari tibbi sığorta üzrə xidmətlər zərfinə salınıb". Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.Onun sözlərinə görə, uşaqlarla bağlı bütün əməliyyatlar xidmətlər zərfinə daxil edilib. Agentlik sədri qeyd edib ki, məqsəd səhhətində problem olan uşaqların valideynlərinin çətinliklərini aradan qaldırmaqdır."Endoprotezlə bağlı keçən il bizdə limit 300 ədəd idi, indi onu 1200-ə qaldırmışıq, ancaq təcili endoprotezlə bağlı limit yoxdur və nə qədər adamda təcili ehtiyac yaranarsa bu yerinə yetiriləcək", - deyə Z.Əliyev bildirib.Qeyd edək ki, Azərbaycanda donor orqanların idxalı və ixracı qaydası da hazırlanıb. Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.Bildirilib ki, Prezident İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli 1208 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndinin icrası məqsədilə Qanunun 33.3-cü maddəsinə uyğun olaraq transplantasiya məqsədilə donor orqanların idxalı və ixracı qaydasının hazırlanması nəzərdə tutulub. Qayda barədə təkliflər artıq Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunması üçün Nazirlər Kabinetinə təqdim olunub."İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" Azərbaycan Respublikasının 2020-ci il 20 oktyabr tarixli 189-VIQ nömrəli Qanununun tətbiqi barədə" Prezidentin 2020-ci il 8 dekabr tarixli 1208 nömrəli Fərmanının icrası məqsədilə 15 qərar layihəsi hazırlanıb. Onlardan bir hissəsi Nazirlər Kabineti tərəfindən təsdiq olunub, digərləri isə təsdiq mərhələsindədir.Qeyd edək ki, "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun bu il yanvarın 1-dən qüvvəyə minib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220226/covid-19-un-mualicesi-ucun-derman-ehtiyati-kifayet-qederdir---resmi-439632545.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/01/426592384_170:0:2901:2048_1920x0_80_0_0_30dff0539ee2d4e677bbf22529954114.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
orqan köçürmələri icbari tibbi sığorta üzrə xidmətlər zərfinə salındı
orqan köçürmələri icbari tibbi sığorta üzrə xidmətlər zərfinə salındı
Orqan köçürmələri icbari tibbi sığorta üzrə xidmətlər zərfinə salındı
Agentlik sədri qeyd edib ki, məqsəd səhhətində problem olan uşaqların valideynlərinin çətinliklərini aradan qaldırmaqdır.
BAKI, 27 fevral — Sputnik. "Orqan köçürmələri, o cümlədən böyrək və qaraciyər köçürmələri icbari tibbi sığorta üzrə xidmətlər zərfinə salınıb". Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.
Onun sözlərinə görə, uşaqlarla bağlı bütün əməliyyatlar xidmətlər zərfinə daxil edilib. Agentlik sədri qeyd edib ki, məqsəd səhhətində problem olan uşaqların valideynlərinin çətinliklərini aradan qaldırmaqdır.
"Endoprotezlə bağlı keçən il bizdə limit 300 ədəd idi, indi onu 1200-ə qaldırmışıq, ancaq təcili endoprotezlə bağlı limit yoxdur və nə qədər adamda təcili ehtiyac yaranarsa bu yerinə yetiriləcək", - deyə Z.Əliyev bildirib.
Qeyd edək ki, Azərbaycanda donor orqanların idxalı və ixracı qaydası da hazırlanıb. Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Prezident İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli 1208 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndinin icrası məqsədilə Qanunun 33.3-cü maddəsinə uyğun olaraq transplantasiya məqsədilə donor orqanların idxalı və ixracı qaydasının hazırlanması nəzərdə tutulub. Qayda barədə təkliflər artıq Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunması üçün Nazirlər Kabinetinə təqdim olunub.
"İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" Azərbaycan Respublikasının 2020-ci il 20 oktyabr tarixli 189-VIQ nömrəli Qanununun tətbiqi barədə" Prezidentin 2020-ci il 8 dekabr tarixli 1208 nömrəli Fərmanının icrası məqsədilə 15 qərar layihəsi hazırlanıb. Onlardan bir hissəsi Nazirlər Kabineti tərəfindən təsdiq olunub, digərləri isə təsdiq mərhələsindədir.
Qeyd edək ki, "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun bu il yanvarın 1-dən qüvvəyə minib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.