Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

COVID-19-un müalicəsi üçün dərman ehtiyatı kifayət qədərdir - Rəsmi

CC BY-SA 4.0 / Head of Mandatory Health Insurance / Zaurİcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev  - Sputnik Azərbaycan, 1920, 26.02.2022
Abunə olmaq
Xatırladaq ki, "Pfizer" şirkəti tərəfindən hazırlanmış koronavirus əleyhinə "Paxlovid" antiviral dərmanı İtaliyada istifadə olunmağa başlayıb.
BAKI, 26 fevral — Sputnik. “Ölkədə koronavirusla bağlı vəziyyət tam nəzarət altındadır”. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.
O qeyd edib ki, ölkədə karantin rejiminin uzadılmasına baxmayaraq, bir çox məhdudiyyətlər aradan qaldırılır:
“Bununla belə biz koronavirusa nəzarəti tənzimləyirik. Koronavirusun müalicəsi üçün dərman ehtiyatı kifayət qədər çoxdur, lazımi avadanlıqlar alınıb”.
Xatırladaq ki, "Pfizer" şirkəti tərəfindən hazırlanmış koronavirus əleyhinə "Paxlovid" antiviral dərmanı İtaliyada istifadə olunmağa başlayıb. COVID-19 xəstələri üçün hazırlan "Paxlovid" dərmanı Romadakı Spallanzani xəstəxanasında virus simptomları olan ürək xəstəsinə verilib.
Beləliklə də, İtaliyada koronavirus xəstələrinin dərmanla müalicəsinə başlanılıb. Yanvarın sonlarında Avropa İttifaqının (Aİ) İnsan Sağlamlığı Komitəsi "Paxlovid" dərmanının istifadəsinə icazə verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0