https://sputnik.az/20220226/xocali-sakini-30-ildir-4-itkini-bilmirem-olu-yoxsa-diri-kimi-aglayim-439362305.html
Xocalı sakini: “30 ildir 4 itkini bilmirəm ölü, yoxsa diri kimi ağlayım”
Xocalı sakini: “30 ildir 4 itkini bilmirəm ölü, yoxsa diri kimi ağlayım”
Sputnik Azərbaycan
Xocalı faciəsində Elmira Allahverdiyeva 14 şəhid verib, onlardan 10-u dəfn edilib, 4 nəfəri- oğlu, həyat yoldaşı, qayını və qayınatası itkin düşüb 26.02.2022, Sputnik Azərbaycan
2022-02-26T22:00+0400
2022-02-26T22:00+0400
2022-02-26T22:13+0400
cəmiyyət
xocalı soyqırımı
övlad
şəhid
https://cdnn1.img.sputnik.az/img/07e6/02/1a/439640053_0:120:1280:840_1920x0_80_0_0_14723450b448622d60147028cbed6897.jpg
BAKI, 26 fevral — Sputnik. Ermənilərin Xocalıda tərədiyi faciədən 30 il ötür. 1992-ci il fevralın 25-dən, 26-na keçən gecə bu şəhər qana boyandı. Erməni silahlıları qoca, cavan, körpələr daxil olmaqala 613 nəfəri amansızlıqla qətlə yetirdilər. Həmin gecə 25 uşaq hər iki valideyinini, 130 uşaq valideynlərindən birini itirib. 155 nəfər itkin düşüb, 487 nəfər isə güllə yarası alaraq əlil olub. Xocalı sakinləri ölkənin müxtəlif bölgələrində məskunlaşıblar. Onların kompakt yaşadığı ərazi isə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsidir. Sputnik Azərbaycan-ın əməkdaşı Xocalı sakini Elmira Allahverdiyeva ilə həmin qəsəbədə həmsöhbət olub. Sputnik Azərbaycan xəbər verir ki, Xocalı faciəsində E. Allahverdiyevanın itkilərinin sayı 14 nəfərdir, onlardan ən kiçiyinin 2, ən böyüyünün isə yaşı 70-dən çoxdur. Dəhşətli gecədən 30 il ötməsinə baxmayaraq Elmira Allahverdiyeva danışdıqca həyəcanlanıb, həmin anları sanki yenidən yaşayır:“30 ildi fevral ayı girəndə bizim göz yaşlarımız qurumur. İndi də, danışdıqca elə bilirəm elə dünən olub faciə. Həmin gecə atam, anam, iki qardaşım, bacım onların hərəsinin bir körpəsi, bacımın yoldaşı, öz yoldaşım, 17 yaşlı oğlum, qayınatam, qayınım ermənilərin gülləsinə tuş gəlib. 14 nəfər şəhidim var. Onlardan 10-nu dəfn edilib. 4 nəfər- qayınatam, qaynım, yoldaşım və oğlumdan hələ də bir məlumat yoxdu. Bilmirəm onları itkin kimi ağlıyım, bilmirəm ölü kimi, bilmirəm diri kimi ağlıyam. O qədər arzulayıram ki, kaş olarında meydi gələydi, qəbirləri olaydı. Məzarlarına gedib, ziyarət edə biləydim. Həmin 4 nəfər meşədə qeybə çəkilib. 30 ildi gözüm yoldadı, bir xəbər çıxa bəlkə. Amma heçnə yoxdur.”Elmira Allahverdiyeva hələdə yolunu gözlədiyi övladı Mahir, Xocalı faciəsi baş verən zaman məktəbli olub. O, orta məktəbin 10-cu sinifdə oxuyurmuş. Vətənpərvər, qorxmazlığı ilə seçilən yeniyetmə atası Novruz Allahverdiyevlə tez-tez evlərinin yaxınlığındakı posta qalxıb, döyüş sirlərini öyrənməyə cəhd edib. Həmçinin sinif yoldaşları ilə öz aralarında döyüşməyə də qərar veriblər. Bunu Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində Elmira Abdullayeva bildirib:“Çox mərd, igid uşaq idi Mahir. Güllə səsləri eşidilirdi deyirdim, bala çıxaq burdan. Razılaşmırdı mənim fikirimlə. Dedi ana sinif oğlanları məsləhət elmişik ki, qızlar çıxsın oğlanlar qalıb döyüşəcək. Bunlara məktəbdə hərbi dərsi rəhmətlik Tofiq Hüseynov keçirdi. Avtomatın tam dilini bilirdi. Sökürdü yağlayırdı, yığırdı. Post evimizin yanında idi, atası ilə çıxırdı posta. O, biri uşaqalra deyirdi, sizdə gəlin. Həmin sinifdən 7-8 nəfər şəhid oldu, neçəsi itkin kimi qaldı. Mahirdən də, illərdir bir xəbər yoxdu.”Xocalı sakini E.Allahverdiyevanın 26 yaşlı bacısı Zərifə, onun həyat yoldaşı Tahir və 4 yaşlı qızları Lalə erməni vəhşiliyinin qurbanlarındandı. Qızcığazın donmuş halda, cansız bədənini o zaman Çingiz Mustafayev ağlaya-ağlaya öz kamerasının yaddaşına köçürüb. Elmira Allahverdiyeva hazırda bacısının 2 qız övladının sağ qaldığını deyir:“Ermənilər uşaqlarımızı da amansızcasına qətlə yetiriblər. Çingiz Mustafayev ağlaya-ağlaya çəkir, həmin 4 yaşında olan uşaq bacımın qızıdır Lalə. Onun atası, anası,babası da öldü, iki bacı sağ gəldi biri 24 gün idi anadan olmuşdur. Onu övlatlığa götürdülər öz ata qohumları. İndi iksidə böyüyüblər. Söz tapa bilmirəm vallah, Xocalının hər bir ailəsinə bir kitab yazılması lazımdır. Xocalı elə yaradı, bu yaddan çıxası deyil. Elə ailələr var çırağı tam sönüb. Allah bütün şəhidlərimizə rəhmət eləsin.”Qeyd edək, Xocalı sakinləri Goranboyun Aşağı Ağcakənd qəsəbəsində kompakt yaşayırlar. Xocalı rayon İcra hakimiyyəti, polis, prokurorluq və digər qurumlar da, adıçəkilən qəsəbədə yerləşir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220226/xocali-faciesinde-olub-dirilen-korpe---milli-qehremanin-adini-qoydugu-qiz-danisir-439591317.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/1a/439640053_0:0:1280:960_1920x0_80_0_0_0e271292c6d36d76de6f48f02346491f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xocalı soyqırımı, övlad, şəhid
xocalı soyqırımı, övlad, şəhid
Xocalı sakini: “30 ildir 4 itkini bilmirəm ölü, yoxsa diri kimi ağlayım”
22:00 26.02.2022 (Yenilənib: 22:13 26.02.2022) Xocalı faciəsində Elmira Allahverdiyeva 14 şəhid verib, onlardan 10-u dəfn edilib, 4 nəfəri- oğlu, həyat yoldaşı, qayını və qayınatası itkin düşüb
BAKI, 26 fevral — Sputnik. Ermənilərin Xocalıda tərədiyi faciədən 30 il ötür. 1992-ci il fevralın 25-dən, 26-na keçən gecə bu şəhər qana boyandı. Erməni silahlıları qoca, cavan, körpələr daxil olmaqala 613 nəfəri amansızlıqla qətlə yetirdilər. Həmin gecə 25 uşaq hər iki valideyinini, 130 uşaq valideynlərindən birini itirib. 155 nəfər itkin düşüb, 487 nəfər isə güllə yarası alaraq əlil olub. Xocalı sakinləri ölkənin müxtəlif bölgələrində məskunlaşıblar. Onların kompakt yaşadığı ərazi isə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsidir. Sputnik Azərbaycan-ın əməkdaşı Xocalı sakini Elmira Allahverdiyeva ilə həmin qəsəbədə həmsöhbət olub. Sputnik Azərbaycan xəbər verir ki, Xocalı faciəsində E. Allahverdiyevanın itkilərinin sayı 14 nəfərdir, onlardan ən kiçiyinin 2, ən böyüyünün isə yaşı 70-dən çoxdur. Dəhşətli gecədən 30 il ötməsinə baxmayaraq Elmira Allahverdiyeva danışdıqca həyəcanlanıb, həmin anları sanki yenidən yaşayır:
“30 ildi fevral ayı girəndə bizim göz yaşlarımız qurumur. İndi də, danışdıqca elə bilirəm elə dünən olub faciə. Həmin gecə atam, anam, iki qardaşım, bacım onların hərəsinin bir körpəsi, bacımın yoldaşı, öz yoldaşım, 17 yaşlı oğlum, qayınatam, qayınım ermənilərin gülləsinə tuş gəlib. 14 nəfər şəhidim var. Onlardan 10-nu dəfn edilib. 4 nəfər- qayınatam, qaynım, yoldaşım və oğlumdan hələ də bir məlumat yoxdu. Bilmirəm onları itkin kimi ağlıyım, bilmirəm ölü kimi, bilmirəm diri kimi ağlıyam. O qədər arzulayıram ki, kaş olarında meydi gələydi, qəbirləri olaydı. Məzarlarına gedib, ziyarət edə biləydim. Həmin 4 nəfər meşədə qeybə çəkilib. 30 ildi gözüm yoldadı, bir xəbər çıxa bəlkə. Amma heçnə yoxdur.”
Elmira Allahverdiyeva hələdə yolunu gözlədiyi övladı Mahir, Xocalı faciəsi baş verən zaman məktəbli olub. O, orta məktəbin 10-cu sinifdə oxuyurmuş. Vətənpərvər, qorxmazlığı ilə seçilən yeniyetmə atası Novruz Allahverdiyevlə tez-tez evlərinin yaxınlığındakı posta qalxıb, döyüş sirlərini öyrənməyə cəhd edib. Həmçinin sinif yoldaşları ilə öz aralarında döyüşməyə də qərar veriblər. Bunu Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində Elmira Abdullayeva bildirib:
“Çox mərd, igid uşaq idi Mahir. Güllə səsləri eşidilirdi deyirdim, bala çıxaq burdan. Razılaşmırdı mənim fikirimlə. Dedi ana sinif oğlanları məsləhət elmişik ki, qızlar çıxsın oğlanlar qalıb döyüşəcək. Bunlara məktəbdə hərbi dərsi rəhmətlik Tofiq Hüseynov keçirdi. Avtomatın tam dilini bilirdi. Sökürdü yağlayırdı, yığırdı. Post evimizin yanında idi, atası ilə çıxırdı posta. O, biri uşaqalra deyirdi, sizdə gəlin. Həmin sinifdən 7-8 nəfər şəhid oldu, neçəsi itkin kimi qaldı. Mahirdən də, illərdir bir xəbər yoxdu.”
Xocalı sakini E.Allahverdiyevanın 26 yaşlı bacısı Zərifə, onun həyat yoldaşı Tahir və 4 yaşlı qızları Lalə erməni vəhşiliyinin qurbanlarındandı. Qızcığazın donmuş halda, cansız bədənini o zaman Çingiz Mustafayev ağlaya-ağlaya öz kamerasının yaddaşına köçürüb. Elmira Allahverdiyeva hazırda bacısının 2 qız övladının sağ qaldığını deyir:
“Ermənilər uşaqlarımızı da amansızcasına qətlə yetiriblər. Çingiz Mustafayev ağlaya-ağlaya çəkir, həmin 4 yaşında olan uşaq bacımın qızıdır Lalə. Onun atası, anası,babası da öldü, iki bacı sağ gəldi biri 24 gün idi anadan olmuşdur. Onu övlatlığa götürdülər öz ata qohumları. İndi iksidə böyüyüblər. Söz tapa bilmirəm vallah, Xocalının hər bir ailəsinə bir kitab yazılması lazımdır. Xocalı elə yaradı, bu yaddan çıxası deyil. Elə ailələr var çırağı tam sönüb. Allah bütün şəhidlərimizə rəhmət eləsin.”
Qeyd edək, Xocalı sakinləri Goranboyun Aşağı Ağcakənd qəsəbəsində kompakt yaşayırlar. Xocalı rayon İcra hakimiyyəti, polis, prokurorluq və digər qurumlar da, adıçəkilən qəsəbədə yerləşir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.