CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xersonda həlak olan azərbaycanlıların nəşi morqdadır - Mərhumun qardaşından açıqlama

© AP Photo / Andrew MarienkoUkraynada vəziyyət
Ukraynada vəziyyət - Sputnik Azərbaycan, 1920, 26.02.2022
Abunə olmaq
Rada rəhbəri azərbaycanlı ailənin Ukraynada atəş altına düşərək həlak olduğunu təsdiqləyib.
BAKI, 26 fevral — Sputnik. Ukrayna Azərbaycanlıları Radasının rəhbəri Ceyhun Məmmədov Xersonda azərbaycanlı ailənin üç üzvünün Ukraynada atəş altına düşərək həlak olduğunu təsdiqləyib. Rada rəhbəri Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Qoşqar Fərzəliyev ailəsi ilə birlikdə çoxdan Xerson vilayətinin İvanovka şəhərində yaşayıb.
Rada rəhbəri hələki onların nəşinin Azərbaycana göndərilməsinin mümkün olmadığını söyləyib. O, bildirib ki, Ukraynada aparılan hərbi əməliyyatlar, ölkədə qarışıqlıq səbəbindən bu mümkün deyil:

"Onlar Ukraynada dəfn ediləcək”.

Sputnik Azərbaycan ailə üzvüləri həlak olan Qoşar Fərzəliyevin Azərbaycandakı doğmaları ilə əlaqə saxlayıb. Qoşqar Fərzəliyevin qardaşı Zakir Vəliyev Sputnik Azərbaycana açıqlamasında qardaşının ailəsinin Xersonda dəfn ediləcəyini söyləyib:
”Ailəmiz böyük acı içindədir. Qardaşım ailəsinə çox bağlı idi. Onları çox sevirdi. Çox təəssüf ki, balaları qardaşımdan əbədi ayrı düşdü”.
Z.Vəliyev dedi ki, dünən axşam qardaşı Qoşqarla əlaqə saxlayıb:
”Hələ həyat yoldaşı Natalyanın, övladlarının nəşi morqdadır. Ekspertiza aparıldıqdan sonra meyitlər təhvil veriləcək. Onlar Ukrayna vətəndaşıdırlar, orada da dəfn ediləcəklər. Qardaşımın qızı iki il idi universiteti bitirmişdi. İqtisadçı ixtisasına yiyələnmişdi. Oğlu da bu il universitetə qəbul olmuşdu. Onların arzuları vardı. Hamısı yarımçıq qaldı”.
Z.Vəliyev qardaşı Qoşqarın ailənin sonbeşik övladı olduğunu, elə qardaşı Qoşqarın da adını özünün qoyduğunu deyib.
Qeyd edək ki, dünən Q.Fərzəliyevin həyat yoldaşı Nataliya Fərzəliyeva, Xerson şəhərində təhsil alan oğlu Zauru evə gətirmək üçün avtomobillə Xersona gedib. Avtomobildə qızı Sabina və qonşunun övladı da olub.
Avtomobil Xersondan İvanovkaya qayıdan zaman atəş altına düşüb. Nəticədə avtomobildə olan 4 nəfərin hamısı həlak olub. Məlumat üçün bildirək ki, Qoşqar Fərzəliyev əslən Azərbaycanın Cəbrayıl rayonundandır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Ukraynada vəziyyət - Sputnik Azərbaycan, 1920, 26.02.2022
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Kiyevdəki Azərbaycanlı tələbələr əsgərlərin müşayəti ilə başqa əraziyə köçürüləcək
Xəbər lenti
0