Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Kiyevdəki Azərbaycanlı tələbələr əsgərlərin müşayəti ilə başqa əraziyə köçürüləcək

© REUTERS / RADOVAN STOKLASAUkraynada vəziyyət
Ukraynada vəziyyət - Sputnik Azərbaycan, 1920, 26.02.2022
Abunə olmaq
Eksklüziv
N.Həsənzadə bunkerdə qalan 9 azərbaycanlı tələbə arasında yeganə xanımdır.
BAKI, 26 fevral — Sputnik. Ukraynanın paytaxtı Kiyevdə yeraltı keçiddə qalan 9 azərbaycanlı tələbənin yerinin yenidən dəyişdirilməsinə qərar verilib. Bu barədə Sputnik Azərbaycan-a həmin 9 tələbələdən biri, Nuray Həsənzadə məlumat verib.
O, bildirib ki, Ukraynadakı Azərbaycan Konsulluğu onların silahlı əsgərlərin müşayəti ilə Taras Şevçenko adına universitetin yataqxanasına köçürüləcəyini bildirib:
”Biz hazırda sığınacaqdayıq. Buradan bizi əsgərlərin müşayəti ilə Taras Şevçenko adına universitetin yataqxanasının sığınacağına aparacaqlar. Oranın sığınacağında yatmaq üçün şərait, isti suyun olduğu bildirilir. Orada bizə isti yemək veriləcəyi, yaxında kafe olduğu bildirilir”.
© Photo : Courtesy of Nuray HasanzadeNuray Həsənzadə
Nuray Həsənzadə - Sputnik Azərbaycan, 1920, 26.02.2022
Nuray Həsənzadə
N.Həsənzadə bildirdi ki, o Kiyev Beynəlxalq Universitetinin stomatologiya fakultəsinin ikinci kurs tələbəsidir. O bunkerdə qalan 9 azərbaycanlı tələbə arasında yeganə xanımdır.
Xatırladaq ki, onlar indiyədək yeraltı avtomobil dayanacağına sığınmışdı. Günlərlə orada qaldıqdan sonra yenicə sığınacağa köçürülmüşdülər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Ukrayna sərhədçiləri - Sputnik Azərbaycan, 1920, 26.02.2022
AZƏRBAYCAN XƏBƏRLƏRİ
20 nəfərə yaxın soydaşımız sərhəddə qalıb - Açıqlama
Xəbər lenti
0