Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Xalq artisti Əlibaba Məmmədov birinci Fəxri xiyabanda dəfn olunacaq

© Sputnik / Murad OrujovQərənfil, arxiv şəkli
Qərənfil, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.02.2022
Abunə olmaq
Onun xanəndə kimi yetişməsində Bakının və Abşeron kəndlərinin özünəməxsus muğam mühiti böyük rol oynayıb.
BAKI, 26 fevral — Sputnik. Xalq artisti Əlibaba Məmmədov birinci Fəxri xiyabanda dəfn olunacaq.
Bu barədə Sputnik Azərbaycan-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, Əlibaba Məmmədov 5 fevral 1930-cu ildə Bakının Maştağa kəndində anadan olub. Onun xanəndə kimi yetişməsində Bakının və Abşeron kəndlərinin özünəməxsus muğam mühiti böyük rol oynayıb.
Ə.Məmmədov musiqi təhsilini 1953-1958-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskinin sinfində alıb. 1945-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1978-1988-ci illərdə "Azkonsert birliyi"nin solisti olub.
O, 100-dən artıq mahnı və təsniflər yaradıb ki, onlar xanəndələrin repertuarlarına daxil edilib. Xanəndənin xidməti dövlətimiz tərəfindən yüksək dəyərləndirilib. O, Azərbaycan SSR Əməkdar artisti (18 may 1963), Azərbaycan SSR Xalq artisti (17 may 1989) fəxri adları, "Şöhrət" ordeni (4 fevral 2000), "Qızıl çinar" beynəlxalq mükafatı (10 may 2009"), "İstiqlal" ordeni (3 fevral 2010), "Şərəf" ordeni (4 fevral 2020) mükafatlarına layiq görülüb. Ə.Məmmədov fevralın 25-də 92 yaşında vəfat edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Əlibaba Məmmədov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.02.2022
CƏMİYYƏT
Azərbaycan muğamının əfsanələrindən biri dünyasını dəyişdi
Xəbər lenti
0