CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan muğamının əfsanələrindən biri dünyasını dəyişdi

© Photo : Ona.azƏlibaba Məmmədov, arxiv şəkli
Əlibaba Məmmədov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.02.2022
Abunə olmaq
Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi Azərbaycan xanəndəsi, bəstəkar, Azərbaycan Xalq artisti Əlibaba Məmmədovun vəfat etdiyini bildirib.
BAKI, 25 fevral - Sputnik. Azərbaycan xanəndəsi, bəstəkar, Azərbaycan Xalq artisti Əlibaba Məmmədov bu gün vəfat edib.
Bu barədə məlumatı APA-ya Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi verib.
Əlibaba Məmmədov 1930-cu ildə anadan olub. 1953–1958 ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskinin sinifində alıb.
1945-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1978–1988 illərdə "Azkonsert birliyi"nin solisti olub. 1968-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəznində maestro Niyazinin təşəbbüsü ilə "Hümayun" xalq çalğı ansamblını yaradıb.
Xanəndənin böyük məharətlə ifa etdiyi "Rast", "Bayatı Şiraz", "Rahab", "Dəşti" və başqa muğam-dəsgahlarının səsyazıları AzTV-nin Fondunda saxlanılır. Əlibaba Məmmədov 100-dən artıq mahnı və təsniflər yaradıb və onlar xanəndələrin repertuarlarına daxil edilib.
Qeyd edək ki, Əlibaba Məmmədov həm də 44 günlük Vətən Müharibəsinin simvollarından birinə çevrilən şəhid Xudayar Yusifzadənin ifası ilə yaddaşlara əbədi köçən "Xudayar təsnifi"nin müəllifi idi.
“Xudayar təsnifi”nin əvvəlki adı "Vətən yaxşıdır" olub. Bu təsnifi Əlibaba Məmmədov qəzəlxan Əliağa Vahidin "Vətən yaxşıdır" şeirinə bəstələyib. Öz ifası ilə ona ikinci həyat verən Xudayarın şərəfinə təsnif Əlibaba Məmmədovun razılığı əsasında “Xudayar təsnifi” adlandırılıb.
Allah rəhmət eləsin!
Xəbər lenti
0