Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Ukraynadakı TIR sürücülərinin Azərbaycana gətirilməsi üçün addımlar atılır - ABADA

© Sputnik / Evgeny KarasevTIR sürücüsü
TIR sürücüsü - Sputnik Azərbaycan, 1920, 26.02.2022
Abunə olmaq
ABADA yükdaşıyıcı şirkətlərdən həmin sürücülər və nəqliyyat vasitələri ilə bağlı bütün məlumatları əldə edib.
BAKI, 26 fevral - Sputnik. "Ukraynada münaqişə baş verən ərazilərdə Azərbaycana məxsus 30-a yaxın yük nəqliyyat vasitəsi var ki, onlar beynəlxalq yükdaşımaları icra edir".
APA xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosasiyasının (ABADA) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin rəhbəri Ruslan Eldaroğlu məlumat verib.
O bildirib ki, ABADA yükdaşıyıcı şirkətlərdən həmin sürücülər və nəqliyyat vasitələri ilə bağlı bütün məlumatları əldə edib:
"Hazırda ABADA-nın nəzdində yaradılan xüsusi komissiya həmin sürücülərlə gündəlik əlaqədədir və onların qayğıları, problemləri ilə maraqlanılır. Qeyd etmək istəyirəm ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Avtomobil Nəqliyyatı Xidməti və ABADA olaraq bu işlərlə koordinasiyalı şəkildə məşğuluq və aidiyyəti qurumlar vasitəsilə həmin sürücülərin digər ölkələr vasitəsilə çıxarılaraq Azərbaycana gətirilməsi istiqamətində işlər görülür. Azərbaycana məxsus yük nəqliyyat vasitələri daha çox paytaxt Kiyevdə, Odessada və Xarkov şəhərləri ətrafında cəmləşib. Onu da əlavə edək ki, sürücülər arasında hər hansısa bir xəsarət faktı qeydə alınmayıb, onlar sağ-salamatdırlar" - deyə o qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Ukraynada vəziyyət - Sputnik Azərbaycan, 1920, 26.02.2022
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Moldova Azərbaycan vətəndaşlarından COVID-19 pasportu və ya PCR tələb etməyəcək
Xəbər lenti
0