https://sputnik.az/20220226/moldova-azerbaycan-vetendaslarindan-covid-19-pasportu-ve-ya-pcr-teleb-etmeyecek-439624548.html
Moldova Azərbaycan vətəndaşlarından COVID-19 pasportu və ya PCR tələb etməyəcək
Moldova Azərbaycan vətəndaşlarından COVID-19 pasportu və ya PCR tələb etməyəcək
Sputnik Azərbaycan
Diplomatlar azərbaycanlıların ilk qrupunu göndərməyə hazırlaşır, həmçinin Ukrayna universitetlərində təhsil alan tələbələrin gəlişini gözləyirlər. 26.02.2022, Sputnik Azərbaycan
2022-02-26T11:51+0400
2022-02-26T11:51+0400
2022-02-26T12:11+0400
azərbaycan xəbərləri
moldova
sərhəd
azərbaycan
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e6/02/18/439549354_0:160:3072:1888_1920x0_80_0_0_aafee86d9e04f8e3f4b5a49bff7c137d.jpg
BAKI, 26 fevral - Sputnik. Ukraynadan təxliyə edilənlər arasında xəsarət alanlar yoxdur. Bunu Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov deyib.Onun sözlərinə görə, cümə günü, fevralın 25-də axşam saatlarında 300-dən çox insan Ukraynadan Moldovaya Ocnita və Palanka keçid məntəqələrindən keçib.Şənbə günü, fevralın 26-da Ukraynada təhsil almış 50-yə yaxın azərbaycanlı tələbənin Moldovaya gələcəyi gözlənilir. Hazırda diplomatlar azərbaycanlıların evlərində soydaşların qəbulu, yerləşdirilməsi ilə məşğul olur, həmçinin təxliyə edilənlərə tranzit vizalarının verilməsi üçün səylər göstərirlər.Bu sənədin köməyi ilə azərbaycanlılar avtobusla Rumıniyaya, oradan isə təyyarə ilə Bakıya gedə biləcəklər. Diplomat bildirib ki, azərbaycanlıların ilk qrupunun yaxın həftəsonu Bakıya gətiriləcəyi gözlənilir.Azərbaycan Xarici İşlər Nazirliyində vəziyyət hər saat izlənilir. Xatıaladaq ki, bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi Ukraynanı tərk etmək istəyən vətəndaşlarına müraciət edib.Nazirlik ciddi təhlükə zamanı Moldovaya quru yolu ilə, Ocnita və Palanca sərhəd-keçid məntəqələrindən keçməyi tövsiyə edib. Hələlik hava nəqliyyatından istifadə etmək mümkün deyil.İdarə vətəndaşları bir daha hərbi obyektlərdən uzaq durmağa və evdə qalmağa çağırıb. Mövcud humanitar vəziyyətlə əlaqədar Moldova Azərbaycan vətəndaşlarından COVID-19 pasportu və ya koronavirus üçün PCR testinin mənfi nəticəsini tələb etməyəcək.Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədə daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına müraciət edərək onlardan hərbi qüvvələrin cəmləşdiyi ərazilərə (Ukraynanın şərq bölgəsində yerləşən sərhəd vilayətlərinə) səyahət etməməyi, habelə ölkə ərazisindəki hərbi obyektlərdən uzaq olmalarını tövsiyə edir.Vətəndaşlarımıza ehtiyac olmadığı təqdirdə evlərində və ya güvənli yerlərdə qalmaları və səyahətlərdən çəkinmələri məsləhət görülür.Eyni zamanda, vətəndaşlarımıza Ukrayna dövlət orqanlarının rəsmi məlumatlarını izləmələri tövsiyə edilir.Xüsusi hallar ilə bağlı vətəndaşlarımız Azərbaycan Respublikasının Kiyev şəhərindəki səfirliyi ilə (+380 73) 5050000 telefon xətti və kiev@mission.mfa.gov.az elektron poçt ünvanı, Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 telefon xətti və info.azconsulate@gmail.com elektron poçt ünvanı ilə məlumat əldə edə bilərlər. Vəziyyətin inkişafından asılı olaraq əlavə məlumat Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi tərəfindən bildiriləcək.Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətdə Donbasda xüsusi əməliyyat keçirilməsi barədə qərar qəbul etdiyini bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220224/azerbaycan-sefiri-kiyevi-terk-ede-bilmirik-butun-yollar-baglidir-439546200.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zarina Orucəliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433632776_538:0:1868:1330_100x100_80_0_0_e571cb6b859e0a5028362c53026e6661.jpg
Zarina Orucəliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433632776_538:0:1868:1330_100x100_80_0_0_e571cb6b859e0a5028362c53026e6661.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/18/439549354_171:0:2902:2048_1920x0_80_0_0_cba0e38a4be3fbc405fd39b31e1c1cda.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zarina Orucəliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433632776_538:0:1868:1330_100x100_80_0_0_e571cb6b859e0a5028362c53026e6661.jpg
moldova, sərhəd, azərbaycan, ukrayna
moldova, sərhəd, azərbaycan, ukrayna
Moldova Azərbaycan vətəndaşlarından COVID-19 pasportu və ya PCR tələb etməyəcək
11:51 26.02.2022 (Yenilənib: 12:11 26.02.2022) Diplomatlar azərbaycanlıların ilk qrupunu göndərməyə hazırlaşır, həmçinin Ukrayna universitetlərində təhsil alan tələbələrin gəlişini gözləyirlər.
BAKI, 26 fevral - Sputnik. Ukraynadan təxliyə edilənlər arasında xəsarət alanlar yoxdur. Bunu Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov deyib.
Onun sözlərinə görə, cümə günü, fevralın 25-də axşam saatlarında 300-dən çox insan Ukraynadan Moldovaya Ocnita və Palanka keçid məntəqələrindən keçib.
Şənbə günü, fevralın 26-da Ukraynada təhsil almış 50-yə yaxın azərbaycanlı tələbənin Moldovaya gələcəyi gözlənilir. Hazırda diplomatlar azərbaycanlıların evlərində soydaşların qəbulu, yerləşdirilməsi ilə məşğul olur, həmçinin təxliyə edilənlərə tranzit vizalarının verilməsi üçün səylər göstərirlər.
Bu sənədin köməyi ilə azərbaycanlılar avtobusla Rumıniyaya, oradan isə təyyarə ilə Bakıya gedə biləcəklər. Diplomat bildirib ki, azərbaycanlıların ilk qrupunun yaxın həftəsonu Bakıya gətiriləcəyi gözlənilir.
Azərbaycan Xarici İşlər Nazirliyində vəziyyət hər saat izlənilir.
Xatıaladaq ki, bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi Ukraynanı tərk etmək istəyən vətəndaşlarına müraciət edib.
Nazirlik ciddi təhlükə zamanı Moldovaya quru yolu ilə, Ocnita və Palanca sərhəd-keçid məntəqələrindən keçməyi tövsiyə edib. Hələlik hava nəqliyyatından istifadə etmək mümkün deyil.
İdarə vətəndaşları bir daha hərbi obyektlərdən uzaq durmağa və evdə qalmağa çağırıb. Mövcud humanitar vəziyyətlə əlaqədar Moldova Azərbaycan vətəndaşlarından COVID-19 pasportu və ya koronavirus üçün PCR testinin mənfi nəticəsini tələb etməyəcək.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədə daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına müraciət edərək onlardan hərbi qüvvələrin cəmləşdiyi ərazilərə (Ukraynanın şərq bölgəsində yerləşən sərhəd vilayətlərinə) səyahət etməməyi, habelə ölkə ərazisindəki hərbi obyektlərdən uzaq olmalarını tövsiyə edir.
Vətəndaşlarımıza ehtiyac olmadığı təqdirdə evlərində və ya güvənli yerlərdə qalmaları və səyahətlərdən çəkinmələri məsləhət görülür.
Eyni zamanda, vətəndaşlarımıza Ukrayna dövlət orqanlarının rəsmi məlumatlarını izləmələri tövsiyə edilir.
Xüsusi hallar ilə bağlı vətəndaşlarımız Azərbaycan Respublikasının Kiyev şəhərindəki səfirliyi ilə (+380 73) 5050000 telefon xətti və kiev@mission.mfa.gov.az elektron poçt ünvanı, Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 telefon xətti və info.azconsulate@gmail.com elektron poçt ünvanı ilə məlumat əldə edə bilərlər. Vəziyyətin inkişafından asılı olaraq əlavə məlumat Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi tərəfindən bildiriləcək.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətdə Donbasda xüsusi əməliyyat keçirilməsi barədə qərar qəbul etdiyini bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.