Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

İndi Qərbdən nə gözləməliyik?

© Sputnik / Алексей ВитвицкийNişan
Nişan - Sputnik Azərbaycan, 1920, 26.02.2022
Abunə olmaq
ABŞ prezidenti də, NATO lideri olan ölkələr də Amerika əsgərlərinin bütün aktiv hərəkətlərinin yalnız alyansa üzv ölkələrin ərazilərində keçiriləcəyini təsdiqləyiblər. Onlar Ukraynaya getməyəcəklər.
Rusiya hələ hərbi əməliyyatlar başlamazdan əvvəl, yalnız Donetsk və Luqansk "xalq respublikaları"nın müstəqilliyini tanıdığı üçün artıq Qərb ölkələrindən sanksiyalar paketi almışdı. Bu bir növ məntiqi addım sayıla bilər. Qərb tərəfdaşlarımızın fikrincə, Rusiya rusları xilas etməməlidir. Ruslar zirzəmilərdə oturmalı, bombaların altında həlak olmalıdırlar. Əgər Rusiya onların müdafiəsinə qalxarsa, cəzalandırılmalıdır.
Amerikanın suveren Rusiyanın dövlət borcuna qarşı sanksiyaları, almanların "Şimal axını 2"-nin sertifikatlaşdırılmasını dayandırması, Rusiya banklarına və şirkətlərinə qarşı məqsədyönlü təxribatı da buradan qaynaqlanır. Hətta bu təxribatın qurbanlarından biri Mərkəzi Ordu İdman Klubu oldu. Bəs necə? "Dünyada hələ də MOİK-dən yaxşı komanda yoxdur axı!"
Aydın məsələdir ki, indi Rusiya hərbçiləri keçmiş Ukrayna SSR-i fəal şəkildə silahsızlaşdırdıqları vaxt Qərb tərəfdaşlarımız daha da hiddətləniblər. Liberal mətbuatdakı çığır-bağırdan qulaq tutulur: "Kiyevə hücum!", "Çernobıl uğrunda döyüş!". Deyəsən, Böyük Britaniyanın "Daily Mail"-i heç şahzadə Diananın ölümü ilə bağlı xəbərlərin başlığını da belə böyük şriftlə verməmişdi. "Dünyanın sonu bu gündür!" – yenə də Böyük Britaniyanın "The Sun" qəzeti yazır. "Müharibəyə "yox" deyirik!" – Almaniyanın "Deutsche Welle" kanalı aranı qızışdırır.
Bütün bunlar başa düşüləndir, biz başqa bir şey də gözləmirdik. Ancaq gəlin, Qərb tərəfdaşlarımızın keçmiş Ukrayna ərazisinə sülh gətirmək istədiyimizə görə bizi nə ilə təhdid etdiklərinə konkret nəzər salaq.
Hərbi mənada NATO şərq cinahda mövcudluğunu gücləndirəcəyini vəd edib. Xüsusilə də, ... Rumıniyada. Xeyr, xeyr, bu, hərf səhvi deyil. Rumıniyada, ola bilsin ki, Baltikyanı ölkələrdə də alyansın kontingenti artırılacaq.
Bağışlayın, bəs Ukrayna? Ah, yox, orada yox. Üzr istəyirik...
Şimali Atlantika Alyansının baş katibi Stoltenberq rəsmi şəkildə bəyan edib: "Ukrayna ərazisində NATO qüvvələri mövcud deyil və onları ora göndərmək planımız da yoxdur. Biz Ukraynanı dəstəkləyirik, ancaq yalnız NATO müttəfiqlərinə möhkəm təhlükəsizlik zəmanəti veririk".
Bax belə. Deməli, belə çıxır ki, müttəfiqlərə möhkəm, Ukraynaya isə bir o qədər də möhkəm olmayan zəmanət. Daha doğrusu, yumşaq zəmanət. Bəs əhalinin əksəriyyətinin müqavimətini qırıb onları NATO-ya sürükləməkdə məqsəd nə idi? "Javelin"ləri niyə ora daşıyıb aparmışdılar? Əsgərlərə niyə ruslara qarşı döyüşmək üçün təlim keçilmişdi? Mülki şəxslərə niyə taxta "kalaşnikovlar" paylanmışdı? Moskvalılara qarşı nifrət hissini niyə qızışdırırdılar? İlk təhlükədəcə onları qoyub qaçmaq üçün? Yaxşı deyil axı.
ABŞ prezidenti də, NATO lideri olan ölkələr də Amerika əsgərlərinin bütün aktiv hərəkətlərinin yalnız alyansa üzv ölkələrin ərazilərində keçiriləcəyini təsdiqləyiblər. Onlar Ukraynaya getməyəcəklər.
İndi Böyük Britaniyanın baş naziri Boris Conson "Rusiya iqtisadiyyatını çökdürməklə" hədələyir. Britaniyada VTB-nin aktivləri yenicə dondurulub. Avropa Komissiyasının sədri Ursula fon der Leyen vəd edib ki, yeni "sanksiyalar Rusiyanın iqtisadi artımını ləngidəcək, inflyasiyanı sürətləndirəcək, kreditlərin qiymətini qaldıracaq və ölkəmizin sənaye bazasını tədricən məhv edəcək". Hətta Çexiya Prezidenti Miloş Zeman – (bax bu tamamilə gözlənilməz idi) - "ağıldankəmi təcrid etməyi" (Putin nəzərdə tutulur) və Rusiyanı dərhal SWIFT-dən kənarlaşdırmağı tələb etdi.
Co Bayden bir qədər bundan əvvəl ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarını açıqladı. Dörd Rusiya bankı sanksiyaya məruz qalacaq ki, onların ən böyüyü də VTB-dir. Dollar, avro, funt-sterlinq, yen ilə valyuta əməliyyatları da təhlükə altındadır. Rusiyaya yüksək texnologiyalı məhsulların ixracına məhdudiyyət elan edilib ki, bu da Rusiya hərbi-sənaye kompleksinə və kosmosa təsir göstərməlidir. Bayden SWIFT-dən kənarlaşdırmaq məsələsini istisna edir. Proqram təminatının bağlanması barədə də bir söz deyilməyib. "Niyə Putinə sanksiya tətbiq olunmadı?" – deyə bir jurnalist Baydenin çıxışından sonra qışqıraraq soruşub. ABŞ prezidenti suala cavab verməyib.
Bütün elan edilmiş tədbirlər, təbii ki, Rusiya üçün xoşagəlməz ola bilər. Bəs onlar bizim iqtisadiyyatımızı çökdürə bilərlərmi? 2014-cü ildən bəri bizi dayanmadan sanksiya atəşinə tuturlar. İstər-istəməz belə bir hiss yaranır ki, hətta hərbi əməliyyat olmasa belə, yenə də bizə qarşı ən yeni və "ən qəddar" sanksiyalar paketi tətbiq olunacaqdı. O zaman da Qərb tərəfdaşlarımız bizi hücuma keçmədiyimizə görə, onlara kələk gəldiyimiz üçün cəzalandıracaqdılar.
Qısamüddətli perspektivdə həm Avropanın karbohidrogenləri almaqdan imtina etməsi, həm də maliyyə əməliyyatlarında yaranacaq fasilələr kifayət qədər narahatlıq doğura bilər. Uzunmüddətli perspektivdə isə bütün bunların iqtisadiyyatımızın şaxələndirilməsinə və idxalın əvəzlənməsinin yeni, daha genişmiqyaslı raunduna gətirib çıxaracağı şübhəsizdir. Bütün bunlar neo-sənayeləşdirmə üçün yaxşı drayverdir. Bəli, bizim bu sahədə də xarici aktivlərimiz var, onları da dondura bilərlər.
Qərb, xüsusən də, avropalı tərəfdaşlarımıza gəlincə, onlar bu sanksiyalarla təkcə öz ayaqlarını nişan almayıb, silahı başlarına dayayıb tətiyi çəkməyə hazır vəziyyətdə dayanıblar. Dmitri Medvedev artıq onlara iki min avroya qaz vəd edib. Ancaq bu, təkcə kommunal xidmətlərə görə ödənişlərin artımı və fiziki şəxslərin kütləvi şəkildə iflasa uğraması demək deyil. Bu, həm də Avropa şirkət və müəssisələrinin iflasıdır - Aİ iqtisadiyyatının faktiki olaraq qətlə yetirilməsidir. Rusiyanı dollar və avro ilə əməliyyatlardan kənarlaşdırmaq bu valyutalara ümumi inamı sarsıdacaq. Rusiya məhsullarının ixracından imtina Avropa istehsalçılarına Rusiyadan daha çox təsir göstərəcək.
Avropa və ABŞ elə yaxşı vəziyyətdə deyil ki, başqa ölkələrin iqtisadiyyatını məhv etsin. İndi onlar özləri ayaqda qalmağa çalışırlar. Bir baxın, Dou-Cons indeksi təkcə sanksiyaların olacağı barədə xəbərə necə reaksiya verdi. Bir gündə 830 bənd aşağı düşdü. Hazırda "Nasdaq"da vəziyyət 2008-ci il maliyyə böhranının pik nöqtəsində olduğundan daha pisdir. "Meta"nın (keçmiş "Facebook" ) səhmləri ilin əvvəlindən bəri 40% ucuzlaşıb, "Netflix" də elə təxminən bu qədər geriləyib. "Nvidia" və "Tesla"nın səhmləri isə dörddə bir qədər dəyərdən düşüb, onların ardınca "Microsoft", "Amazon", "Alphabet" də uçuruma doğru yuvarlanır. Sabun qovuqları partlamağa başlayıb - yeri gəlmişkən, biz bunun baş verəcəyi barədə xəbərdarlıq etmişdik.
"The Guardian"ın müxbiri indi Avropa ölkələrinin nümayəndələrinin mümkün sanksiyaları müzakirə etdiyi Brüsseldən reportaj hazırlayır. Hələlik orada fikir ayrılığı var. İtaliya, Almaniya və Kipr bəzi sanksiyalara qarşıdır. Fransa və Almaniya, ABŞ və İngiltərənin sanksiyaları tətbiq edəcəyi ana qədər gözləməyi təklif edərək, prosesi ləngidir. Bir sözlə, heç kim ölmək istəmir.
Avropalılar iqtisadi sanksiyalarla yanaşı, diplomatik xarakterli tərbiyələndirici tədbirlər görməyə də hazırdırlar. Məsələn, "Baltik pələngləri" artıq ruslara turist vizası verməməyi təklif edirlər. Polşa da eyni fikirdədir.
Bununla da, ümumilikdə, Ukraynaya verilən dəstək tükənib. Kənardan baxılanda, bu, təbii ki, əsl xəyanətdir. Amerika və Avropanın nümunəvi elitaları bütün dünyanın gözü qarşısında Kiyev xuntasına xəyanət etdi.
Ruslar Qərb elitasının son günlərdəki hədsiz qəzəbini anlamaqda çətinlik çəkirlər. Deməli, buna görə onlar öz aralarında slavyanlarla bağlı mübahisəyə girir, nifrəti şiddətlə qızışdırır, yorulmadan feyk xəbər buraxırdılar? Niyə gedib öz işləri ilə məşğul olmurlar? Odur, "Dou-Cons" indeksi aşağı düşüb.
Məsələ burasındadır ki, Vaşinqtonun son otuz ildə Çexiyadan tutmuş Moldovaya qədər, Albaniyadan Ukraynaya kimi keçmiş Sovet İttifaqı və Varşava Müqaviləsi ölkələrində məşğul olduğu saxta "milli quruculuq" gözümüzün qarşısında yerlə-yeksan olur.
Bu, bir ovuc satılmış elitanın əli ilə və birbaşa əhalinin əksəriyyətinin iradəsinə zidd olaraq həyata keçirilir. Əhalinin nə fikirləşdiyi heç kimin vecinə deyildi, ona məhəl qoyan yoxdur.
Müxtəlif ölkələrin xalqa qarşı olan xuntaları özündən hekayə uyduraraq mövcud olmayan dillərdə danışır, məşəl yürüşlərinə çıxır, millətçiləri vəsf edirdilər. İnsanlar dinməz-söyləməz bütün bunlara tamaşa edirdilər, çünki onlar siyasət hayında deyildilər, həyatda qalmağa çalışırdılar.
Bütün yeni dövlətlərdə bu cür məzhəkələr çoxluğun fikrinə zidd olaraq oynanırdı. Bu gün onlar yalnız NATO-nun süngüləri hesabına ayaqda dura bilirlər.
Məsələ burasındadır ki, Şərqi Avropa xalqları - onların marionet rəhbərliyinin fikrinə zidd olaraq - Rusiya ilə sülh və dostluq şəraitində yaşamaq istəyir. Bu limitrof ərazilərdə çoxlu sayda insan özünü rus hesab edir. Biz indi Ukraynada məhz bunu görürük, burada heç kim məxsusi Rusiya ordusuna qarşı döyüşmür. Bizim də orada döyüşə biləcəyim heç kim yoxdur. Çünki oradakıların demək olar ki, hamısı öz adamlarımızdır.
Rus ordusunun əməliyyatını "həftəsonu müharibəsi" adlandırmaq olar. Amma bu, əslində, heç müharibə də deyil, klassik sülhməramlı missiyadır. Mülki əhali üçün heç bir təhlükə yoxdur, silah anbarlarına, raketdən müdafiə sistemlərinə və hava limanlarına qarşı mükəmməl tənzimlənmiş dəqiq zərbələr. Və Ukraynada praktiki olaraq heç kim Kiyev rejimini müdafiə etmək istəmir.
Rusiya artilleriyası bu gün təkcə Ukrayna ərazisindəki hərbi infrastrukturu deyil, bütün anti-Rusiya ideyasını məhv edir. Vaşinqtonun icad etdiyi bu konsepsiya heç vaxt real, kütləvi dəstəyə malik olmayıb. Onu amerikalı ağalarına pis boyanmış dekorasiya kimi göstərmək üçün əllərində saxlayırdılar. İndi bu dekorasiya uçub tökülür. Və azad edilmiş Ukrayna xalqı nəhayət ki, öz müqəddəratını təyin etmək şansı əldə edir.
Bu bir sıra Avropa ölkələri üçün də yaxşı siqnaldır. Amerikalı ağalarının bir işarəsi ilə sizi və uşaqlarınızı ucuz qiymətə satacaq xuntalarınıza baş əyməyə dəyərmi? Onlar sizi müflisləşdirib son dərəcə iyrənc, insanlığa zidd fikirlərini sizə sırıyacaq, sonra da mənasız müharibə təşkil edib ölümə göndərəcəklər. Amma azadlıq yaxındadır. Bizimkilər gəlir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!
Eləcə də oxuyun:
* Putin Ukrayna hərbçilərini hakimiyyəti ələ keçirməyə çağırdı - VİDEO
* Rusiya Ukraynanın hərbsizləşdirilməsini təmin edəcək - Lavrov
* Zelenskinin ofisi: Ukrayna Rusiya ilə danışıqlara hazırdır
Xəbər lenti
0