CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Diaspor Komitəsi Ukraynada yaşayan həmvətənlərimizə müraciət edib

© REUTERS / ANTONIO BRONICUkraynada vəziyyət
Ukraynada vəziyyət - Sputnik Azərbaycan, 1920, 26.02.2022
Abunə olmaq
Bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi Ukraynanı tərk etmək istəyən vətəndaşlarına müraciət edib.
BAKI, 26 fevral - Sputnik. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Ukraynada yaranmış vəziyyətlə əlaqədar bu ölkədə daimi və ya müvəqqəti yaşayan və Azərbaycana təxliyə olunmaq istəyən soydaşlarımıza müraciət edib. Bu barədə Sputnik Azərbaycan Komitəyə istinadən xəbər verir.
Müraciətdə deyilir:
"Ukraynanın Polşa və Slovakiya ilə sərhədinə yaxın bölgələrdə yaşayan azərbaycanlılar təxliyə olunmaq üçün diaspor fəalı Mahmud Qurbanovla +48 795 759 534, +380 67 768 9272, +380 66 635 6155 və +380 67 738 1592 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.
Diasporla İş üzrə Dövlət Komitəsi soydaşlarımızın Ukraynadan təxliyə edilməsi üçün Azərbaycan Respublikasının müvafiq dövlət orqanları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, istər Polşa, istərsə də Slovakiya tərəfi Azərbaycan vətəndaşlarından viza tələbinə riayət olunmasını, eləcə də COVID-19 pasportunu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və COVID-19-a dair PCR testinin neqativ nəticəsini mütləq şəkildə tələb etməyəcək.
Xatıaladaq ki, bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi Ukraynanı tərk etmək istəyən vətəndaşlarına müraciət edib.
Nazirlik ciddi təhlükə zamanı Moldovaya quru yolu ilə, Ocnita və Palanca sərhəd-keçid məntəqələrindən keçməyi tövsiyə edib. Hələlik hava nəqliyyatından istifadə etmək mümkün deyil.
İdarə vətəndaşları bir daha hərbi obyektlərdən uzaq durmağa və evdə qalmağa çağırıb. Mövcud humanitar vəziyyətlə əlaqədar Moldova Azərbaycan vətəndaşlarından COVID-19 pasportu və ya koronavirus üçün PCR testinin mənfi nəticəsini tələb etməyəcək.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədə daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına müraciət edərək onlardan hərbi qüvvələrin cəmləşdiyi ərazilərə (Ukraynanın şərq bölgəsində yerləşən sərhəd vilayətlərinə) səyahət etməməyi, habelə ölkə ərazisindəki hərbi obyektlərdən uzaq olmalarını tövsiyə edir.
Vətəndaşlarımıza ehtiyac olmadığı təqdirdə evlərində və ya güvənli yerlərdə qalmaları və səyahətlərdən çəkinmələri məsləhət görülür.
Eyni zamanda, vətəndaşlarımıza Ukrayna dövlət orqanlarının rəsmi məlumatlarını izləmələri tövsiyə edilir.
Xüsusi hallar ilə bağlı vətəndaşlarımız Azərbaycan Respublikasının Kiyev şəhərindəki səfirliyi ilə (+380 73) 5050000 telefon xətti və kiev@mission.mfa.gov.az elektron poçt ünvanı, Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 telefon xətti və info.azconsulate@gmail.com elektron poçt ünvanı ilə məlumat əldə edə bilərlər. Vəziyyətin inkişafından asılı olaraq əlavə məlumat Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi tərəfindən bildiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Ukraynada vəziyyət - Sputnik Azərbaycan, 1920, 26.02.2022
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Moldova Azərbaycan vətəndaşlarından COVID-19 pasportu və ya PCR tələb etməyəcək
Xəbər lenti
0