CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputat: "İtkin şəxslər problemi beynəlxalq standartlara uyğun həll edilməlidir"

© Sputnik / Rahim MuradovXocalı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksi
Xocalı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksi - Sputnik Azərbaycan, 1920, 26.02.2022
Abunə olmaq
Müharibə nəticəsində itkin düşmüş 3890 Azərbaycan vətəndaşının yerinin beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq dəqiqləşdirilməsinə ehtiyac var.
BAKI, 26 fevral — Sputnik. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) onlayn formatda qış sessiyası keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin deputatı Əminə Ağazadə sessiyanın iclasında "İnsan alveri və dünya iqtisadiyyatı" mövzusunda çıxış edib. Deputat çıxışında Azərbaycan dövlətinin insan alveri ilə bağlı dördüncü Milli Fəaliyyət Planını qəbul etməklə qeyd olunan sahədə institusional islahatları davam etdirməkdə, dünya birliyinin göstərdiyi səylərə dəstək verməkdə israrlı olduğunu bir daha təsdiqlədiyini qeyd edib.
Əminə Ağazadə onu da qeyd edib ki, bu gün yeni Milli Fəaliyyət Planına uyğun olaraq insan alveri və məcburi əmək faktlarının vaxtında aşkarlanması, təqsirli şəxslərin müəyyən edilib məsuliyyətə cəlb olunması, qurbanların müdafiəsi, cəmiyyətə reinteqrasiyası və digər vacib istiqamətlərdə aidiyyəti dövlət orqanları və vətəndaş cəmiyyəti institutları ilə qarşılıqlı əlaqədə sistemli iş aparılır.
© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidFüzulidə ağacda çəkmələr
Füzulidə ağacda çəkmələr - Sputnik Azərbaycan, 1920, 26.02.2022
Füzulidə ağacda çəkmələr
BMT-nin sonuncu hesabatına görə, dünya üzrə əhalinin hər 100 min nəfərinə 13 qurban düşdüyü halda, respublikamızda 1 nəfər təşkil edir. Bu və digər uğurlar həm də ölkə iqtisadiyyatının inkişaf templərinin qorunub saxlanılması, əhalinin məşğulluğunun və həyat səviyyəsinin davamlı olaraq yaxşılaşması sahəsində dövlətin ortaya qoyduğu böyük bir fəaliyyətin nəticəsidir. Bütün bunlarla yanaşı, insan alveri ilə mübarizədə görülməli işlər də çoxdur.
Qeyd edilib ki, növbəti illərdə qarşıda duran hədəflər cinayət təqibinin, əməliyyat-axtarış fəaliyyətinin, maariflədirmə işinin, qurbanların müdafiəsi və sosial reabilitasiyası üzrə fəaliyyətin səmərəsini daha da artırmaq, beynəlxalq əməkdaşlığı inkişaf etdirməkdir. Bu istiqamətdə zəruri tədbirlər Azərbaycan Respublikasının qanunlarına, dövlət başçısının fərman və sərəncamlarına, ölkəmizin beynəlxalq öhdəliklərinə uyğun ardıcıllıqla davam etdirilir.
Deputat qeyd edib ki, ötən illər ərzində beynəlxalq monitorinq qruplarının regiona səfərləri və bu səfərlərin nəticələri haqqında hazırlanmış hesabatlarda 1992-ci ildə Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsi nəticəsində əsir və girov götürülmüş şəxslərin böyük əksəriyyətinin erməni əsirliyində öldürülməsi, yaxud işgəncə və xəstəliklərdən vəfat etməsi, bir hissəsinin isə gizlədilərək Ermənistanda və işğal olunmuş ərazilərdə ağır fiziki işlərdə qul kimi istifadə olunması sübuta yetirilib.
Diqqətə çatdırılıb ki, itkin düşmüş şəxslərin problemi mövcud beynəlxalq standartlara və müvafiq öhdəliklərə uyğun olaraq operativ həll edilməlidir. 1992-1994-cü illərdə Ermənistanla Azərbaycan arasında gedən müharibə nəticəsində itkin düşmüş 3890 Azərbaycan vətəndaşının yerinin beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq dəqiqləşdirilməsinə ehtiyac var. Üçtərəfli bəyanatı və bütün hərbi fəaliyyətlərin dayandırılmasını nəzərə alsaq, bu, həmin ailələrin yaralarının sağaldılması üçün həll edilməli olan ən aktual məsələlərdən biridir. Beynəlxalq ictimaiyyət bu mühüm məsələdə əməkdaşlıq etmək üçün Ermənistana təzyiq göstərməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xocalı faciəsi ilə bağlı Ağdamda şəhidlər xiyabanına yürüş olub

 - Sputnik Azərbaycan, 1920, 26.02.2023
QARABAĞ
Qarabağlılar qohumlarını dəfn etdikləri yerdə qəbirləri tapmır - Faciənin izi ilə
Xəbər lenti
0