Qarabağlılar qohumlarını dəfn etdikləri yerdə qəbirləri tapmır - Faciənin izi ilə
08:37 26.02.2023 (Yenilənib: 09:24 26.02.2023)
© Sputnik / Emin AlisahibXocalı faciəsi ilə bağlı Ağdamda şəhidlər xiyabanına yürüş olub
© Sputnik / Emin Alisahib
Abunə olmaq
Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Ağdam şəhərində yürüş təşkil edilib.
BAKI, 26 fevral — Sputnik. Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Ağdam şəhərində yürüş təşkil edilib. Yürüşdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahının nümayəndələri, ərazidə xidmət aparan hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbi qulluqçular və Xocalı sakinləri iştirak edib.
Yürüş Prezidentin Xüsusi nümayəndəliyinin qərargahının qarşısından başlayıb və Ağdam şəhər Şəhidlər Xiyabanına qədər davam edib. Ağdam şəhərindəki Cümə məscidinin qarşısında da soyqırımın ildönümü ilə bağlı tədbir keçirilib.
İtgin düşən məzarlar...
Yürüş iştirakçıları Ağdam Şəhidlər xiyabanını ziyarət etdikdən sonra Xocalıdan gələn şəhidlərin dəfnə hazırlandığı Cümə məscidinin ətrafına toplanıblar. Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Onların ruhuna dualar oxunub. Mərasimdə çıxış edənlər faciənin baş verdiyi günləri xatırlayıb, amansız cinayəti törədənləri qınayıblar.
“Ermənilər bizim qəbirlərimizə də bu zülmü veriblər. Basdırmışıq, amma gəlib tapa bilmirik”.
Bunu Xocalı sakini Nəzakət Salmanova Ağdam şəhər şəhidlər xiyabanında Sputnik Azərbaycan-a müsahibəsində deyib. O bildirib ki, burada onun yaxınları dəfn edilib. Qardaşlarının birindən bu günə qədər xəbər olmadığını deyən müsahibimiz onu da bildirib ki, doğmalarından çoxunun məzarının burda olduğunu bilsə də ermənilər şəhidlər xiyabanına elə divan tutub ki, bir dənə də olsun, qəbri tapa bilməyib.
© Sputnik / Emin AlisahibXocalı faciəsi ilə bağlı Ağdamda şəhidlər xiyabanına yürüş olub
Xocalı faciəsi ilə bağlı Ağdamda şəhidlər xiyabanına yürüş olub
© Sputnik / Emin Alisahib
“Mən burda Xocalı faciəsi zamanı anamı, bacımı, bacımın 4 yaşılı uşağını dəfn eləmişəm. Qardaşımın biri itkin düşüb, hələdə xəbər yoxdur. Biri əsirlikdə idi, 40 gündən sonra geri qaytardıq onu. Burada anamgili dəfn eləmişdik, amma hələ də məzarların tapa bilmirik. Elə xatirə kimi şəkillərin qoymuşuq bu məzarlığa”.
30 illik ağrı-acını ürəyində gəzdirən müsahibimiz deyir ki, indi bu şəhidlər xiyabanındaklı şəkillərə baxıb, təskinlik tapır. Onunla söhbətimizdə məlum olur ki, Nəzakət xanım əmisinin ailə üzvülərini də həmin gün 25-dən 26-na keçən gecə itirib.
“Burda əmim oğlun, əmim oğlunun yoldaşında dəfn eləmişik. Ümümilikdə Xocalıda hər ailə şəhid verib. Elə ailə var ki, hamısı faciə qurbanı olub. Bu erməni vəhşiləri bizim qəbirlərimizə də zülüm veriblər. Basdırmışıq burda hamısın dağıdıblar indi yerlərində tapa bilmirik. Amma buna baxmayaraq bura gəlməyə yenə özümüzə bir təssəli tapmışıq ki, onlar basdrılan qəbirsanlığa gəldik. Əminəm ki, o günühsız Xocalı qətliamının qurbanlarının indi ruhu şaddır ki, biz burdayıq”.
© Sputnik / Emin AlisahibNəzakət Salmanova - Xocalı sakini
Nəzakət Salmanova - Xocalı sakini
© Sputnik / Emin Alisahib
O zaman Xocalıya divan tutulmuşdu, deyir müsahibimiz. Xocalı sakini bildirir ki, Xocalıdan çıxarılan meyidləri Ağdam şəhərinə gətirib, burada dəfn etməli olur. Sonradan Ağdam da ermənilər tərəfindən işğal edildiyindən məzarlar burada girov qalır. Amma müsahibimiz şükür edir ki, torpaqlarımız işğaldan azad edilib. Və tək təsəllisi odur ki, Xocalının qisası ermənilərdən alındı. Həmçinin müsahibimiz otuz ildən sonra öz doğmalarının məzarını ziyarət etdikləri üçün ölkə başçısına, minnətdarlığını bildirib.
“Allah prezidentimizə ordumuza dəyməsin ki, heç olmasa gəlib bax belə ziyarət edirik. Allah şəhidlərimizin hamısına rəhmət eləsin. Qazilərimizə can sağlığı versinki bu günü bizə yaşatdılar. Bizim Xocalının qisasın bu ikinci Qarabağ müharibəsində ermənilərdən aldılar. Mənim körpə bacımın uşağının 4 yaşı var idi o körpənin qisasın bizim ordumuz ermənilərdən aldı. Ona görə bu gün mətinəm...”
© Sputnik / Emin AlisahibXocalı faciəsi ilə bağlı Ağdamda şəhidlər xiyabanına yürüş olub
Xocalı faciəsi ilə bağlı Ağdamda şəhidlər xiyabanına yürüş olub
© Sputnik / Emin Alisahib
“Geri qayıdanda hər iki valdeyinimin şəhid olduğunu gördüm”
Xocalı sakini Sərxan Əliyev isə 1992-ci ildə Xocalı hava limanında polis nəfəri işlədiyini bildirir. O deyir ki, 25-dən 26-na keçən gecə saat ikiyə kimi döyüşüblər. Saat ikidən sonra məcburiyyət qarşısında qalıb, Xocalıdan çıxmalı olub. O deyir ki, onların Xocalıdan çıxmasının səbəbi dinc əhalinin çıxarılması məcburiyyətində qalmaları olub.
“Bütün o meşəni, hardasa 15 km məsafəni yaşlı valdeyinlərim ilə yəni onlara çıxartmağa cəhd eləmişəm, kömək eləmişəm onlara. Qaraqayaya çatanda artıq ermənilər orda bizim qarşımzı kəsdi. Erməni postun götürmək lazım idi ki, o dinc əhali Ağdam istiqamətində təhlükəsiz yerə çıxsın. Məcburiyyət qarşısında valdeyinlərimi arxada qoyub irəli çıxdım. Yəni erməni postuna doğru”.
© Sputnik / Emin AlisahibSərxan Əliyev - Xocalı sakini
Sərxan Əliyev - Xocalı sakini
© Sputnik / Emin Alisahib
Həmin gecə döyüşərək, postu ələ keçirən müsahibimiz geri qayıdanda valideyinlərinin ermənilər tərəfindən şəhid edildiyinin şahidi olur. Valideyinlərinin dəfn məsələsinin çox çətinliklə mümükünləşdiyini deyən Sərxan Əliyev olanları belə xatırlayır.
“Qaraqayada erməni postun götürdük. Artıq geri qayıdanda hər iki valdeyinimin şəhid olduğun gördüm. Üç gündən sonra Allahverdi Bağırovun köməkliyi ilə yəni onun ermənlərlə danışıqlar aparıb razlığa gətirməsi nəticəsində üç gündən sorna valideyinlərimi gətrib şəhidlər xiyabanında dəfn elədik”.
İndi burda onun 30 il əvvəl dəfn etdiyi ata-anası uyuyur. Bu gün onları ziyarətə gələn oğul indi tamamilə fərqli hisslər yaşadığını deyir. Baxmayaraq ki, ata-anamı o gecə ermənilər qətlə yetirdi amma bu gün ilk dəfədir ki, 30 ildən sonra danışmağa söz tapıram.
© Sputnik / Emin AlisahibXocalı faciəsi ilə bağlı Ağdamda şəhidlər xiyabanına yürüş olub
Xocalı faciəsi ilə bağlı Ağdamda şəhidlər xiyabanına yürüş olub
© Sputnik / Emin Alisahib
“30 ildən sonra birinci dəfədir ki, şəhidlərimizi ziyarət edirik. Yəni təsəllimizdir ki, 30 ildən sorna əzizlərimizin qəbrin ziyarət edirik. İkinci Qarabağ müharibəsi bizim çiynimizdə olan o töhməti götürdü. Artıq üzümüz ağ, başımız dik danışmağa sözümüz var. 30 ildir biz danışmağa söz tapmırdıq. Məğlub xalq idik. Bu günləri deməyə sözümüz var. Bütün şəhidlərə Allah rəhmət eləsin”.
Burda 149 xocalı şəhidi dəfn edilib
“Mən inanmırdım ki, bir daha bu ünvana gəlib, Xocalı qurbanlarını ziyarət edə bilərəm. Amma bu gün 30 ildən sonra Xocalı şəhidlərinin dağıdılmış, viran qalmış məzarların gəlib ziyarət edirik”.
Bunu Xocalı sakini Pərviz Məmişov deyib. O bildirib ki, bunun üçün ali baş kamandanımız İlham Əliyevə , şəhidlərimizə və qazilərimizə minnətdardı.
“Sağ olsun ali baş komandanımız, müzəffər ordumuz. Onların sayəsində və qazilərimizin, şəhidlərimizin sayəsində biz Xocalı sakinləri yenidən gəlib öz şəhidlərimizin məzarların ziyarət edirik. Biz buranı ziyarət edəndə mən başa düşdümki erməni vəhşiliyi tək Xocalı soyqırımı ilə qurtarmayıb. Ağdam işğal olunduqdan sonra, Xocalı şəhidlərinin dəfn olunduğu məzarlığı da viran qoyublar ermənilər”.
© Sputnik / Emin AlisahibPərviz Məmişov - Xocalı sakini
Pərviz Məmişov - Xocalı sakini
© Sputnik / Emin Alisahib
Qarabağ İqtisadi rayonuna aid olan işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respubilkasının Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Bəşir Hacıyev isə bildirib ki, bu gün anım gününü məhz bu ünvanda keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. 30 il əvvəl qara ləkələrlə yaddaşımıza yazılan 1992-ci ilin 25 fevralından 26-a keçən gecə Xocalının faciə qurbanları məhz bu ünvanda dəfn edilib.
Həmin gecə soydaşlarımız artileriyadan, zirehli texnikalardan, atəşə tutuldu. Xocalı tamamilə darmadağın oldu. Daha sonra erməni silahlı qüvvələri gözünə görsənən hər kəsi güllələyib. Həmin o, faciədən canını qurtaran insanlar Qarqar çayına tərəf qaçaraq Ağdama doğru hərəkət edib. Ancaq onlarda pusйuya salınaraq qətlə yetriliblər. Ağdam camaatı da Xocalıların köməyinə çatmaq istədikdə köməyə gedənlərin çoxu şəhid olub. O əlavə edib ki, hazırda Ağdamda Xocalıdan 149 şəhid məzarı var. Və bu məzarları gələcəkdə sahibləri bu günkü kimi yox, abad bir şəhərdə ziyarət edəcək.
© Sputnik / Emin AlisahibQarabağ İqtisadi rayonuna aid olan işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respubilkasının Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Bəşir Hacıyev
Qarabağ İqtisadi rayonuna aid olan işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respubilkasının Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Bəşir Hacıyev
© Sputnik / Emin Alisahib
“Cənab ali baş komandan dəmir yumruq devizi altında 44 günlük müharibədə Azərbaycan ordusu ilə bizim şərəfimizi təmizləmişdir. Bundan sonra Ali baş kamandanın tapşırığına əsasən, göstərdiyi köməyə əsasən biz torpaqlarımızın, dövlətimizin hər bir güşəsini cənnətə çevirəciyik. Və düşmənə göz dağı olsun deyə yaralarımıza gül çiçək əkəciyik. əlbbətdəki heç bir zaman bu qanlı tarixi unutmuyacayıq. Həmişə yaddaşlarımmızda olacaq. Allah şəhidlərimizə rəhmət eləsin. Biz hər bir şəhid ailəsinə hörmətlə, sayğı ilə yanaşırıq. Onların haqqıdır gəlib öz övladlarının, öz ailə üzvlərinin məzarlarını ziyarət eləsinlər. Hal-hazırda toplandığımız yerdə həmin faciədən yaddaşlardan silinmiyəcək qədər çox vacib bir yerdir. Biz burda həmin yaddaşı abidə ilə yaşadacayıq”.
Qeyd edək ki, işğaldan azad edilmiş Ağdam şəhərində Xocalı faciəsinin 30-cu ilinə həsr olunan anım mərasimi Ağdam Cümə məscidinin qarşısında sona çatıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.