Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan millisinin Bakıda keçiriləcək gimnastika yarışları üçün heyəti açıqlanıb

Gimnast - Sputnik Azərbaycan, 1920, 26.02.2022
Abunə olmaq
Azərbaycan Gimnastika Federasiyasının ilk dəfə olaraq təşkil edəcəyi yarışda ilkin qeydiyyat siyahısına əsasən 21 ölkədən 466 gimnastın iştirakı gözlənilir.
BAKI, 26 fevral — Sputnik. Martın 3-dən 6-dək Bakı akrobatika gimnastikası üzrə 12-ci dünya yaş qrupları yarışlarına ev sahibliyi edəcək. Azərbaycan Gimnastika Federasiyasının ilk dəfə olaraq təşkil edəcəyi yarışda ilkin qeydiyyat siyahısına əsasən 21 ölkədən 466 gimnastın iştirakı gözlənilir.
Sputnik Azərbaycan xəbər verir ki, yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları, qadın qrupları balans, temp və qarışıq hərəkətlər proqramında qüvvələrini sınayacaqlar.
© AFP 2023 / CHARLY TRIBALLEAUBədii gimnastika üzrə Azərbaycan millisi
Команда сборной Азербайджана по художественной гимнастике - Sputnik Azərbaycan, 1920, 26.02.2022
Bədii gimnastika üzrə Azərbaycan millisi
Turnirdə Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli, Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam Xamidulindən ibarət qarışıq cütlük, Anahita Başiri, Zəhra Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupu təmsil edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Gimnast, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.02.2022
İDMAN
Bu gün akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi başlayır
Xəbər lenti
0