Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Avropa Şurası Rusiyanı NK və PA-da təmsilçilik hüququndan məhrum etdi

© AFP 2024 / FREDERICK FLORINСовет Европы, фото из архива
Совет Европы, фото из архива - Sputnik Azərbaycan, 1920, 25.02.2022
Abunə olmaq
Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy bildirib ki, Rusiya Avropanın ən böyük ölkəsi olaraq qalır, onsuz Avropa Şurası sadəcə olaraq mümkünsüz və lazımsızdir.
BAKI, 25 fevral - Sputnik. Avropa Şurasının Nazirlər Komitəsi Rusiyanı Nazirlər Komitəsində və Parlament Assambleyasında təmsilçilik hüququndan məhrum etmək barədə qərar qəbul edib.
Bu barədə Avropa Şurasının rəsmi saytında məlumat verilib.
“Avropa Şurasının Nizamnaməsinə uyğun olaraq, Nazirlər Komitəsi Rusiya Federasiyasının Ukraynaya silahlı hücum etməsi səbəbilə Rusiya Federasiyasının Nazirlər Komitəsində və Parlament Assambleyasında təmsilçilik hüququndan dərhal məhrum edilməsi barədə qərar qəbul edib.
Bu gün qəbul edilən qərar o deməkdir ki, Rusiya Federasiyası Avropa Şurasının üzvü və Avropa Şurasının müvafiq konvensiyalarının, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyasının tərəfi olaraq qalır”, - Report-un tərcümə etdiyi bəyanatda deyilir.
Eyni zamanda, Polşanın Baş naziri Mateuş Moravetskinin cümə günü Twitter yazdığına görə, Avropa Şurasının Nazirlər Komitəsi Ukrayna və Polşanın təşəbbüsü ilə Rusiyanın Avropa Şurasına üzvlüyünün dayandırılması prosedurunu başladıb, tezliklə yekun qərar veriləcək.
İtaliyanın xarici işlər naziri Luici Di Mayo da öz Twitter səhifəsində Rusiyanın Avropa Şurasına üzvlüyünün dayandırıldığını bildirib.
Qeyd edilib ki, Rusiya Avropa Şurasının üzvü olaraq qalır, lakin nazirlər komitəsinin və digər qurumların işində iştirak edə bilməyəcək.

Buna cavab olaraq Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy bildirib ki, Rusiya Avropanın ən böyük ölkəsi olaraq qalır, onsuz Avropa Şurası sadəcə olaraq mümkünsüz və lazımsızdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!
Eləcə də oxuyun:
* Rusiya Ukraynanın hərbsizləşdirilməsini təmin edəcək - Lavrov
* Zelenskinin ofisi: Ukrayna Rusiya ilə danışıqlara hazırdır
* SOCAR-ın Ukraynadakı şirkətindən açıqlama: Fasilələr ola bilər
* Ukraynadakı azərbaycanlılara XİN və konsulluqdan müraciət
* Peskov Ukraynanın danışıqlara hazır olması barədə
Xəbər lenti
0