https://sputnik.az/20220224/rusiyadan-neft-qaz-tedaruku-muntezem-rejimde-davam-edir-439548279.html
Rusiyadan neft-qaz tədarükü müntəzəm rejimdə davam edir
Rusiyadan neft-qaz tədarükü müntəzəm rejimdə davam edir
Sputnik Azərbaycan
Qiymətlərin artması və Rusiyaya qarşı güclənən geosiyasi təzyiq fonunda avropalı istehlakçılar tərəfindən Rusiya qazına üstünlük verilməsi tendensiyası... 24.02.2022, Sputnik Azərbaycan
2022-02-24T16:12+0400
2022-02-24T16:12+0400
2022-02-24T16:12+0400
rusiya
rusiya
ukrayna
"qazprom"
brent
https://cdnn1.img.sputnik.az/img/07e5/02/17/426299046_0:0:3001:1688_1920x0_80_0_0_56b8cc53c54d3d00af17aade651b407a.jpg
BAKI, 24 fevral — Sputnik. "Russneft" ixrac üçün nəzərdə tutulan nefti müntəzəm rejimdə tədarük edir. Bu barədə şirkətdən TASS-a bildirilib.Bundan başqa, Rusiya Federasiyasından təbii qazın tədarükü də normal rejimdə davam edir. "Qazprom" Avropadan olan istehlakçıların müraciətlərinə uyğun olaraq Ukrayna ərazisindən tranzit üçün müntəzəm təbii qaz tədarük edir - fevralın 24-də 83 milyon kubmetr təbii qaz ixrac olunub", – deyə sözügedən şirkətdən bildirilib."Moldovaqaz"dan verilən məlumata görə, Rusiyadan Ukrayna vasitəsilə Moldovaya təbii qazın tədarükü də müntəzəm rejimdə həyata keçirilir."Moldova Respublikasına təbii qazın tədarükü hazırkı mərhələdə standart texniki rejimdə və təchizatçı ilə müqavilə öhdəliklərinə tam uyğun olaraq həyata keçirilir. "Moldovaqaz" SC-nin mütəxəssisləri vəziyyəti daim nəzarətdə saxlayırlar", - deyə şirkətdən bildirilib.Rusiyadan daha çox qaz tədarükü və qiymət artımıQeyd edək ki, bir qədər bundan əvvəl qiymət artımı və Rusiyaya geosiyasi təzyiqin artması fonunda avropalı istehlakçılar tərəfindən "Qazprom"-un tədarük etdiyi təbii qaza tələbat kəskin şəkildə artıb.İdxalçıların bu davranışı Avropa Komissiyasının sədri Ursula fon der Leyenin elan etdiyi ümumi xəttə ziddir: "Biz indi həqiqətən Rusiya qazından asılılıqdan qurtulmaqda qərarlıyıq", - deyə o, çərşənbə günü Brüsseldə bəyan etmişdi.Bu gün Rusiya Federasiyası ilə Ukrayna arasında yaranan gərgin vəziyyət fonunda Londonun ICE birjasında 2022-ci ilin aprel ayında tadarük oluncaq "Brent" markalı neftin fyuçers qiyməti 6,66% artaraq bir barel üçün 103,29 dollar təşkil edib. Bunu ticarət platformasının Bakı vaxtı ilə saat 11:36-dakı məlumatı təsdiqləyir.Bundan başqa, Avropada qazın mart fyuçerslərinin qiyməti ticarət əqdinin əvvəlində demək olar ki, 30% artaraq min kubmetr üçün 1300 dollardan yuxarı olub. Ümumiyyətlə, son günlər qazın qiyməti geosiyasi risklərin güclənməsi fonunda kəskin artıb. Əgər bazar ertəsi günü qiymət təxminən 850 dollar idisə, iki gün ərzində 22,5% artaraq çərşənbə günü təxminən 1050 dollara çatıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:İlham Əliyev DXR və LXR-in tanınmasına münasibət bildirdiRusiya MN itkilərlə bağlı xəbəri yalanladıLukaşenko hərbçilərlə müşavirə keçirəcəkPutin Donbasın müdafiəsi üçün xüsusi əməliyyat barədə elan edib
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/17/426299046_75:0:2612:1903_1920x0_80_0_0_3ebdfae8c71d3ed8fc47c58e4c02f304.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
rusiya, ukrayna, "qazprom", brent
rusiya, ukrayna, "qazprom", brent
Rusiyadan neft-qaz tədarükü müntəzəm rejimdə davam edir
Qiymətlərin artması və Rusiyaya qarşı güclənən geosiyasi təzyiq fonunda avropalı istehlakçılar tərəfindən Rusiya qazına üstünlük verilməsi tendensiyası yüksəkdir. Cümə axşamı günü neft-qaz qiymətləri siyasi gərginlik səbəbindən əhəmiyyətli dərəcədə artıb.
BAKI, 24 fevral — Sputnik. "Russneft" ixrac üçün nəzərdə tutulan nefti müntəzəm rejimdə tədarük edir.
Bu barədə şirkətdən TASS-a bildirilib.
Bundan başqa, Rusiya Federasiyasından təbii qazın tədarükü də normal rejimdə davam edir. "Qazprom" Avropadan olan istehlakçıların müraciətlərinə uyğun olaraq Ukrayna ərazisindən tranzit üçün müntəzəm təbii qaz tədarük edir - fevralın 24-də 83 milyon kubmetr təbii qaz ixrac olunub", – deyə sözügedən şirkətdən bildirilib.
"Moldovaqaz"dan verilən məlumata görə, Rusiyadan Ukrayna vasitəsilə Moldovaya təbii qazın tədarükü də müntəzəm rejimdə həyata keçirilir.
"Moldova Respublikasına təbii qazın tədarükü hazırkı mərhələdə standart texniki rejimdə və təchizatçı ilə müqavilə öhdəliklərinə tam uyğun olaraq həyata keçirilir. "Moldovaqaz" SC-nin mütəxəssisləri vəziyyəti daim nəzarətdə saxlayırlar", - deyə şirkətdən bildirilib.
Rusiyadan daha çox qaz tədarükü və qiymət artımı
Qeyd edək ki, bir qədər bundan əvvəl qiymət artımı və Rusiyaya geosiyasi təzyiqin artması fonunda avropalı istehlakçılar tərəfindən "Qazprom"-un tədarük etdiyi təbii qaza tələbat kəskin şəkildə artıb.
İdxalçıların bu davranışı Avropa Komissiyasının sədri Ursula fon der Leyenin elan etdiyi ümumi xəttə ziddir: "Biz indi həqiqətən Rusiya qazından asılılıqdan qurtulmaqda qərarlıyıq", - deyə o, çərşənbə günü Brüsseldə bəyan etmişdi.
Bu gün Rusiya Federasiyası ilə Ukrayna arasında yaranan gərgin vəziyyət fonunda Londonun ICE birjasında 2022-ci ilin aprel ayında tadarük oluncaq "Brent" markalı neftin fyuçers qiyməti 6,66% artaraq bir barel üçün 103,29 dollar təşkil edib. Bunu ticarət platformasının Bakı vaxtı ilə saat 11:36-dakı məlumatı təsdiqləyir.
Bundan başqa, Avropada qazın mart fyuçerslərinin qiyməti ticarət əqdinin əvvəlində demək olar ki, 30% artaraq min kubmetr üçün 1300 dollardan yuxarı olub. Ümumiyyətlə, son günlər qazın qiyməti geosiyasi risklərin güclənməsi fonunda kəskin artıb. Əgər bazar ertəsi günü qiymət təxminən 850 dollar idisə, iki gün ərzində 22,5% artaraq çərşənbə günü təxminən 1050 dollara çatıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.