DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Putinlə Bayden görüşəsi olmadılar?

© REUTERS / KEVIN LAMARQUEVladimir Putin və Cozef Bayden
Vladimir Putin və Cozef Bayden - Sputnik Azərbaycan, 1920, 24.02.2022
Abunə olmaq
ABŞ-ın Dövlət katibi Entoni Blinken bəyan etmişdi ki, Rusiya Xarici işlər naziri Sergey Lavrovla fevralın 24-də görüşəcək.
BAKI, 24 fevral – Sputnik. Ağ Ev Rusiya və ABŞ prezidentləri Vladimir PutinCo Baydenin hazırkı mərhələdə görüş imkanını nəzərdən keçirmir.
Sputnik Azərbaycan bildirir ki, bunu çərşənbə günü brifinqdə Ağ evin mətbuat katibi Cen Psaki söyləyib.
“Yox, biz prezident Putin ilə görüş və ya danışıq imkanını nəzərdən keçirmirik”, - ənənəvi brifinqdə Psaki bildirib.
Onun sözlərinə görə, “prezident özü və biz açıq-aydın bildirmişdik ki, əgər onlar (RF) müdaxilə etməsələr, biz dövlət katibi ilə Rusiyanın Xarici işlər naziri Lavrovun ünsiyyətindən sonra prezident Putinlə söhbətə müsaid olacağıq”.
“Aydındır ki, indi vəziyyət başqadır və bu diplomatik təmasların təşkili münasib və ya düzgün addım kimi görünmür”, - ABŞ prezidentinin sözçüsü deyib.
“Biz həmişə qapıları açıq qoyuruq, əgər onlar (Rusiya) deeskalasiya yolunu seçsələr, biz diplomatik danışıqlara ümid edəcəyik”, - Psaki əlavə edib.
Xatırladaq ki, ABŞ-ın Dövlət katibi Entoni Blinken fevralın 20-də bəyan etmişdi ki, Rusiya Xarici işlər naziri Sergey Lavrovla fevralın 24-də görüşəcək. Və dəqiqləşdirmişdi ki, görüş Avropada keçiriləcək.
Dövlət katibi əlavə etmişdi ki, “Lavrova cavab məktubunda qeyd edib ki, bu (görüşün vaxtı – red.), Rusiyanın həmin müddətdə Ukraynaya hücum etməyəcəyini nəzərdə tutur”.
Ukrayna mövzusunda Rusiya ilə ABŞ-ın yüksək səviyyədə danışıqları mövzusuna gəlincə, Blinken qeyd etmişdi ki, Co Bayden həmişə Rusiya Prezidenti Vladimir Putinlə qarşılıqlı fəaliyyətə hazırdır, o halda ki, bu fəaliyyət sülh və diplomatik prosesin xeyrinə işləsin.
Rusiya Prezidenti Vladimir Putin fevralın 22-də Ukrayna ərazisindəki “DXR” və “LXR”i tanımaq barədə qərar verib. Bundan sonra Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar paketi qəbul edib. Buraya Dövlət Dumasının 351 deputatı, 27 fiziki şəxs və təşkilat, o cümlədən “Şimal axını-2” daxildir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun:
* Blinken: Ukraynanın Donbassı qaytarmaq ideyası məntiqə ziddir
Xəbər lenti
0