SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistanın Baş Qərargah rəisi vəzifəsindən azad edildi

© Photo : official site of the Prime minister of RAArtak Davtyan
Artak Davtyan  - Sputnik Azərbaycan, 1920, 24.02.2022
Abunə olmaq
Bu barədə Ermənistan prezidenti vəzifəsini icra edən Alen Simonyan sərəncam imzalayıb.
BAKI, 24 fevral — Sputnik. Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan vəzifəsindən azad edilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ermənistan prezidentinin saytında məlumat verilib. Qeyd olunur ki, bu barədə Ermənistan prezidenti vəzifəsini icra edən Alen Simonyan sərəncam imzalayıb.
Xatırladaq ki, Ermənistanın sabiq müdafiə naziri, II Qarabağ müharibəsində Azərbaycana məğlub olmuş ordunun komandanı David Tonoyan və digər hərbi rəhbərlərə qarşı keyfiyyətsiz silahların alınması iddiası ilə məhkəmə işi qaldırılıb.
Bu iş üzrə təqsirləndirilən şəxslərin siyahısında sabiq müdafiə naziri David Tonoyanla yanaşı, Silahlı Qüvvələrin Baş qərargah rəisi Artak Davtyan və başqaları da var.
Baş Prokurorluqdan bildirilib ki, söhbət Ermənistan Silahlı Qüvvələrinin ehtiyacları üçün döyüş sursatlarının tədarükü prosesində xüsusilə irimiqyaslı sui-istifadə və mənimsəmə, həmçinin Müdafiə Nazirliyi tərəfindən istifadəyə yararsız raketlərin alınması ilə bağlı iddialardan gedir.
Məhkəmə materiallarına görə, Davtyana Ermənistan Cinayət Məcəlləsinin 375-ci maddəsinin 3-cü hissəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə (ağır maddi nəticələrə səbəb olduqda), Tonoyana 179-cu maddəsinin 3-cü hissəsi (dövlət vəsaitlərini mənimsəmə), qalanlarına isə 375-ci maddəsinin 3-cü hissəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır maddi nəticələrə səbəb olduqda) və 314-cü maddəsinin 1-ci hissəsi (vəzifə saxtakarlığı) ilə iddia irəli sürülüb.
Xatırladaq ki, sabiq müdafiə naziri bu ilin sentyabrında həbs olunub. Həmçinin, bu işdə adı hallanan Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Stepan Qalstyan, aviasiya idarəsinin keçmiş rəisi Avetik Muradyan və biznesmen David Qalstyan da həbsxanadadırlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Ermənistanın sabiq müdafiə naziri yararsız raketlər almaqda ittiham olunur
Tonayan vəzifədən getməklə canını qurtarmayacaq, Tərtərə görə cavab verməlidir
Rusiyalı general Yerevanda: Qarabağ və 102-ci baza müzakirəyə çıxarılıb
Xəbər lenti
0