Tonayan vəzifədən getməklə canını qurtarmayacaq, Tərtərə görə cavab verməlidir

© SputnikВыступление министра обороны Армении Давида Тонояна
Выступление министра обороны Армении Давида Тонояна - Sputnik Azərbaycan
Abunə olmaq
Hikmət Hacıyev: "Oktyabrın 3-ü və 4-də ATƏT xətti ilə Ermənistanın o zamankı müdafiə naziri David Tonayana müraciət olundu ki, Tərtər şəhərinin bombalanmasını dayandırın, orada mülki insanlar yaşayır. Amma o, dayandırmadı".

BAKI, 28 noyabr — Sputnik. Ermənistanın sabiq müdafiə naziri David Tonayan Tərtərdə mülki əhalini bombalamaq barədə qərar verdiyinə görə, cinayət məsuliyyəti daşıyır və o, cavab verməlidir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərinin Tərtərə səfəri zamanı Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

"Oktyabrın 3-ü və 4-də ATƏT xətti ilə Ermənistanın o zamankı müdafiə naziri David Tonayana müraciət olundu ki, Tərtər şəhərinin bombalanmasını dayandırın, orada mülki insanlar yaşayır. Amma o, dayandırmadı. Əksinə, gün ərzində Tərtər şəhərinə 1 000 raket atılırdısa, gecə ilə raketlərin sayı 2 300-2 400-ə çatdırıldı", - Hacıyev bildirib.

Onun sözlərinə görə, həmin müharibə cinayətkarı müdafiə naziri vəzifəsindən azad olunsa da, bu kimi cinayət əməllərinə görə cavab verməlidir.

Qeyd edək ki, noyabrın 20-də Ermənistanın müdafiə naziri David Tonoyan istefaya göndərilib.

Xəbər lenti
0