https://sputnik.az/20220223/nazirlik-rusiya-xn-in-turkmencay-muqavilesi-ile-bagli-paylasiminda-tehrife-yol-verilib-439482579.html
Nazirlik: Rusiya XİN-in Türkmənçay müqaviləsi ilə bağlı paylaşımında təhrifə yol verilib
Nazirlik: Rusiya XİN-in Türkmənçay müqaviləsi ilə bağlı paylaşımında təhrifə yol verilib
Sputnik Azərbaycan
Nazirlik vurğulayıb ki, sözügedən müqavilədə, ümumiyyətlə, "Şərqi Ermənistan" sözünə istinad edilmir və əlbəttə, bu fakt Rusiya XİN-in Tarixi Sənədlər... 23.02.2022, Sputnik Azərbaycan
2022-02-23T11:34+0400
2022-02-23T11:34+0400
2022-02-23T11:34+0400
siyasət
ermənistan
türkmənçay müqaviləsi
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/15/434460063_0:103:2000:1228_1920x0_80_0_0_5057ae7eef326926bc24fdf1787387c7.jpg
BAKI, 23 fevral — Sputnik. "Azərbaycan və Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin imzalandığı bir gündə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sosial şəbəkə hesabında 1828-ci il Türkmənçay müqaviləsi ilə bağlı təhrif olunmuş məlumatın paylaşılması təəccüb və təəssüf doğurur"."Vurğulamaq istərdik ki, sözügedən müqavilədə, ümumiyyətlə, "Şərqi Ermənistan" sözünə istinad edilmir və əlbəttə, bu fakt Rusiya XİN-in Tarixi Sənədlər Departamentinə yaxşı bəlli olmalıdır.Sputnik Azərbaycan xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiya XİN-in sosial şəbəkə səhifəsində Türkmənçay müqaviləsinə dair təhrif olunmuş paylaşım ilə bağlı şərhində qeyd olunub.Bu təhrifin aradan qaldırılmasını vacib hesab edirik və Rusiya XİN-in rəsmi sosial şəbəkə səhifəsində sözügedən yalnış məlumata müvafiq düzəlişin ediləcəyini gözləyirik", - XİN-dən bildirilib.Xatırladaq ki, 1813-cü il oktyabrın 12-də Çar Rusiyası ilə Qacar İranı arasında Gülüstan, 1828-ci il fevralın 10-da yenə də Çar Rusiyası ilə Qacar İranı arasında Türkmənçay müqavilələri imzalanıb və bununla da Azərbaycan Araz çayı sərhəd olmaqla iki hissəyə bölünüb. Araz çayının şimalında yerləşən ərazilər Rusiyanın tərkibinə qatılıb, cənubunda yerləşən torpaqlar isə İran Qacar dövlətinin hüdudları daxilində qalıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220222/putin-ve-eliyev-muttefiqlik-beyannamesini-imzaladilar-439466711.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/15/434460063_114:0:1887:1330_1920x0_80_0_0_26edeb7bf7d835e64b865d9933d55136.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
ermənistan, türkmənçay müqaviləsi
ermənistan, türkmənçay müqaviləsi
Nazirlik: Rusiya XİN-in Türkmənçay müqaviləsi ilə bağlı paylaşımında təhrifə yol verilib
Nazirlik vurğulayıb ki, sözügedən müqavilədə, ümumiyyətlə, "Şərqi Ermənistan" sözünə istinad edilmir və əlbəttə, bu fakt Rusiya XİN-in Tarixi Sənədlər Departamentinə yaxşı bəlli olmalıdır.
BAKI, 23 fevral — Sputnik. "Azərbaycan və Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin imzalandığı bir gündə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sosial şəbəkə hesabında 1828-ci il Türkmənçay müqaviləsi ilə bağlı təhrif olunmuş məlumatın paylaşılması təəccüb və təəssüf doğurur".
"Vurğulamaq istərdik ki, sözügedən müqavilədə, ümumiyyətlə, "Şərqi Ermənistan" sözünə istinad edilmir və əlbəttə, bu fakt Rusiya XİN-in Tarixi Sənədlər Departamentinə yaxşı bəlli olmalıdır.
Sputnik Azərbaycan xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiya XİN-in sosial şəbəkə səhifəsində Türkmənçay müqaviləsinə dair təhrif olunmuş paylaşım ilə bağlı şərhində qeyd olunub.
Bu təhrifin aradan qaldırılmasını vacib hesab edirik və Rusiya XİN-in rəsmi sosial şəbəkə səhifəsində sözügedən yalnış məlumata müvafiq düzəlişin ediləcəyini gözləyirik", - XİN-dən bildirilib.
Xatırladaq ki, 1813-cü il oktyabrın 12-də Çar Rusiyası ilə Qacar İranı arasında Gülüstan, 1828-ci il fevralın 10-da yenə də Çar Rusiyası ilə Qacar İranı arasında Türkmənçay müqavilələri imzalanıb və bununla da Azərbaycan Araz çayı sərhəd olmaqla iki hissəyə bölünüb. Araz çayının şimalında yerləşən ərazilər Rusiyanın tərkibinə qatılıb, cənubunda yerləşən torpaqlar isə İran Qacar dövlətinin hüdudları daxilində qalıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.