Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Nadir Rüstəmli "Avroviziya - 2022"-yə necə hazırlaşır – Foto, video

© Sputnik / Murad OrujovNadir Rüstəmli
Nadir Rüstəmli  - Sputnik Azərbaycan, 1920, 23.02.2022
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Nadir Rüstəmlinin yazdırdığı altı mahnıdan biri müsabiqənin əllidən çox ekspertinin daxil olduğu beynəlxalq fokus qrupu tərəfindən seçiləcək.
BAKI, 23 fevral — Sputnik. Azərbaycanın "Eurovision - 2022" təmsilçisi Nadir Rüstəmli artıq mahnı müsabiqəsinə hazırlaşmağa başlayıb. İfaçı Azərbaycan və xarici bəstəkarların göndərdiyi 300 mahnı arasından seçilən altı kompozisiyanı studiyada lentə aldırıb. Müğənni çalışır ki, hər dəfə məşq prosesindən foto və videoları sosial şəbəkələrdə paylaşsın.
"Layiqincə qiymət vermək üçün komandamız hər mahnıya bir neçə dəfə qulaq asdı. Onların arasında, həqiqətən də, gözəl mahnılar var idi və onlardan altısı "qısa siyahı"ya düşdü. Biz həmişə olduğu kimi, janrından asılı olmayaraq, ən yaxşı və peşəkar mahnını müəyyənləşdirməyə çalışdıq", – deyə Sputnik Azərbaycan-a müsahibəsində Azərbaycanın "Avroviziya" müsabiqəsindəki nümayəndə heyətinin rəhbəri, bəstəkar və prodüser İsa Məlikov məlumat verib.
O xatırladıb ki, Avropa Yayım Şurasının (EBU) tələblərinə əsasən mahnının müddəti üç dəqiqədən artıq olmamalıdır. Nadirin müsabiqədə ifa edəcəyi mahnı növbəti mərhələdə müxtəlif ölkələri təmsil edən 50-dən çox "Avroviziya" ekspertindən ibarət beynəlxalq fokus qrupunun səsverməsinin nəticəsinə əsasən seçiləcək. Müğənninin müsabiqə üçün hazırladığı mahnı mart ayının ikinci həftəsində təqdim olunacaq. Nadir Rüstəmli Sputnik Azərbaycan-a müsahibəsində ölkəni "Avroviziya- 2022"-də yüngül rok janrında yazılmış mahnı ilə təmsil etmək istədiyini bildirib.
Turində keçiriləcək "Avroviziya-2022" müsabiqəsi
Xəbər verildiyi kimi, mahnı müsabiqəsi mayın 10-dan 14-dək İtaliyanın Turin şəhərində keçiriləcək. Bu il layihənin aparıcıları Laura Pauzini, Alessandro Kattelan və Mika olacaqlar.
Builki mahnı müsabiqəsinin devizi səs dalğalarının vizual nümayişi əsasında kimatika üslubunda hazırlanmış "The Sound of Beauty" ("Gözəlliyin səsi") ifadəsidir.
Bu il "Avroviziya"da 41 ölkənin təmsiliçisi iştirak edəcək. Azərbaycan təmsil edəcək Nadir Rüstəmli ikinci yarımfinalın birinci hissəsində, yəni mayın 12-də çıxış edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Azərbaycanı "Avroviziya"da təmsil edəcək müğənni: Bir az şübhə edirdim - Video/Foto
Xəbər lenti
0