Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Mərmər soyuğu" filminin istehsalı başa çatıb - FOTO

© Photo : Azerbaijanfilm"Mərmər soyuğu" filminin çəkilişləri
Mərmər soyuğu filminin çəkilişləri
 - Sputnik Azərbaycan, 1920, 23.02.2022
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Film Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə, "Azərbaycanfilm" kinostudiyası, "İctimai TV", Bakı Media Mərkəzi və Fransanın "Arizona Films" şirkətlərinin birgə istehsalıdır.
BAKI, 23 fevral — Sputnik. Asif Rüstəmovun "Mərmər soyuğu" tammetrajlı bədii filminin istehsalat prosesi başa çatıb. "Azərbaycanfilm" Kinostudiyasından Sputnik Azərbaycan-a verilən məlumata görə, hazırda filmin beynəlxalq festivallar üzrə distribusiyası həyata keçirilir. Film uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edir. Həbs həyatından sonra evə qayıdan ata ən radikal yollarla oğlunun həyatına düzən verməyə çalışır.
© Photo : Azerbaijanfilm"Mərmər soyuğu" filminin çəkilişləri
Mərmər soyuğu filminin çəkilişləri - Sputnik Azərbaycan, 1920, 23.02.2022
"Mərmər soyuğu" filminin çəkilişləri
Filmdə baş rolları Elşən Əsgərov, Natavan Abbaslı və Qurban İsmayılov ifa edirlər. Ekran əsərinin 2022-ci ilin ikinci yarısında tamaşaçıya təqdim edilməsi planlaşdırılır.
Film Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə, "Azərbaycanfilm" kinostudiyası, "İctimai TV", Bakı Media Mərkəzi və Fransanın "Arizona Films" şirkətlərinin birgə istehsalıdır.
© Photo : Azerbaijanfilm / Latif Latifsoy"Mərmər Soyuğu" filminin çəklişi zamanı
Mərmər Soyuğu filminin çəklişi zamanı - Sputnik Azərbaycan, 1920, 23.02.2022
"Mərmər Soyuğu" filminin çəklişi zamanı
Qeyd edək ki, film rejissor Asif Rüstəmovun ikinci tammetrajlı işidir. Daha öncə ərsəyə gətirdiyi ilk tammetrajlı bədii filmi "Axınla aşağı"nın dünya premyerası 2014-cü ildə "Karlovy Vary" Beynəlxalq Film Festivalının müsabiqə bölümündə baş tutmuşdu. Film daha sonra bir çox prestijli festivallara dəvət alaraq, müxtəlif nominasiyalar üzrə mükafatlara layiq görülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həsən Seyidbəyli - Sputnik Azərbaycan, 1920, 20.02.2022
MƏDƏNİYYƏT
Sovet senzurasının qurbanı olan Azərbaycan filmləri - VİDEO
Xəbər lenti
0