https://sputnik.az/20220220/sovet-senzurasinin-qurbani-olan-azerbaycan-filmleri---vdeo-439362571.html
Sovet senzurasının qurbanı olan Azərbaycan filmləri - VİDEO
Sovet senzurasının qurbanı olan Azərbaycan filmləri - VİDEO
Sputnik Azərbaycan
Kinoşünas Aydın Kazımzadənin Sputnik Azərbaycan-a bildirib ki, həmin dövrdə Sosialist realizmi təbliğ olunurdu və bütün yaradıcı şəxslər buna riayət etməli idilər.
2022-02-20T14:35+0400
2022-02-20T14:35+0400
2022-02-20T14:35+0400
kino
mədəniyyət
film
senzor
sovet
heydər əliyev ili
https://cdnn1.img.sputnik.az/img/07e4/08/13/424715919_0:0:1200:676_1920x0_80_0_0_ce1eb97d51c0c4283322419ec163ad56.jpg
BAKI, 20 fevral — Sputnik. Ötən əsrin 60-70-80-ci illərini Azərbaycan kinosunun yüksəliş dövrü adlandıra bilərik. Həmin dövrlərdə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası tərəfindən yüzlərlə film istehsal olunub. O filmlər ki, bu gün də Azərbaycan tamaşaçısı onlara həvəslə baxır. Həmin dövrdə möhtəşəm filmlər çəkilsə də, bir əmma var idi ki, məhz ona görə bir çox rejissorlar ssenaridən imtina ediblər. Sputnik Azərbaycan senzuraya məruz qalmış filmləri sizə təqdim edir:Cahandar ağa elə ölə bilməzdi1969-cu ildə İsmayıl Şıxlının eyni adlı romanı əsasında Hüseyn Seyidzadənin ekranlaşdırdığı "Dəli Kür" filmi.Filminin taleyi xeyli ağrılı olur. Moskvada Kino Komitəsinə təhvil verilərkən onu filmin finalını dəyişdirməyə məcbur edirlər. Əks halda film, ümumiyyətlə, ekranlara buraxılmayacaqdı. Nəticədə Hüseyn Seyidzadə məcbur olub filmin sonunu dəyişir. Filmin sonluğu əslində belə çəkilmişdi - Cahandar ağa kazakların başçısını qamçı ilə döyür. Sonra atışma başlayır. O, kazakların beşini öldürür. Onu vururlar. Cahandar ağa özünü suya atır, bununla da film qurtarır. Sonda "Ana Kür" mahnısı oxunur. Lakin rəhbərlik göstəriş verir: necə olursa olsun, bir azərbaycanlı imperiya məmurlarını döyə bilməz. Buna görə də rejissor həmin səhnəni kəsərək dəyişir, sonda Allahyar Cahandarı öldürür. Film uzun zaman bu cür göstərildi. Lakin xalq yazıçısı İsa Hüseynovun ciddi səyi nəticəsində filmin ilkin nüsxəsi nəhayət ki, tamaşaçılara təqdim olundu.Havalanmış Gəray bəyRejissor Tofiq Tağızadənin "Yeddi oğul istərəm" filmi.Bu film, Səməd Vurğunun məşhur "Komsomol" poeması əsasında çəkilib. "Yeddi oğul istərəm" filminin sonunda Gəray bəyin öldürülməsi səhnəsi də dəyişdirilib. Yəni, filmdə Gəray bəyin "havalanması", əslində isə sovet quruluşuna meydan oxuması səhnəsi yer alsa da, efirlərdə, ekranlarda gedən variantda Gəray bəyin özünü güllələməsi və bir qədər aciz durumda olması səhnəsi yer alır."Axırıncı aşırım" və müsbət Kərbəlayı İsmayılRejissor Kamil Rüstəmbəyovun "Axırıncı aşırım" filmi. Film yazıçı Fərman Kərimzadənin "Qarlı aşırım" romanı əsasında ekranlaşdırılıb. Kino əsərindəki dramatik hadisələr Azərbaycanın dağ kəndlərinin birində sovet hakimiyyəti qurulduğu ilk illərdə baş verir. Uzun illər bir-biriləri gözəl münasibətləri olan Abbasqulu bəy Şadlinski ilə qolçomaq Kərbəlayı İsmayıl sonradan sovetlərin hakimiyyətə gəlməsi, milyonlarla insan qanının axıdılması, sürgünlərdə çürüdülməsi hesabına mümkünləşən bədnam "sovetləşmə, kolxozlaşma" siyasəti ilə bağlı əks-cəbhələrdə üz-üzə gəlməli olurlar. Kərbəlayi İsmayıl sovetləri heç cür qəbul etməsə də, onun üstünə elçi kimi göndərilən köhnə dostu Şadlinskinin sözünü eşitməsə də, amma ən yaxın tərəfdarı və "vuran əli" olan Qəmlo tərəfindən Abbasqulu bəyin güllələnməsini özünə, bəyliyinə sığışdıra bilmir və Qəmlonu güllələyir. Filmdə də ilk variantda məhz bu səhnələr yer alır. Ancaq filmin dəyişdirilən variantının sonunda guya Qəmlonun sovet əsgərlərindən biri tərəfindən qətlə yetirdiyi göstərilir. Hansı ki, filmin sonluğu nə qədər senzuraya uğrasa da, kəndlilərin "Kərbəlayi İsmayıl Qəmlonu öldürdü" sözləri Moskvadakıların gözlərindən qaçır və filmdə də məhz bu sözlər qalmaqdadır.Bəylər və ağalar mütləq mənfi olmalı idilərHər üç əsərin müəllifi-böyük ədiblərimiz Səməd Vurğun, İstiqlalçı millət vəkili İsmayıl Şıxlı və çox erkən yaşlarında həyatdan köçən Fərman Kərimzadə uzun illər ərzində sovetlərin beyinlərə "həkk etdirdiyi" zadəganlar təbəqəsinin, bəylərin, ağaların və ya qolçomaq kimi adlandırılan zümrədən olan insanların heç də xalqına, dövlətinə qarşı asi kəsilmədiyini, əksinə, onun mənliyi, istiqlaliyyəti uğrunda mübarizə apardığını bədii boylarla, bədi çalarla oxucuların, izləyicilərin yaddaşlarına hopdurmağa çalışıblar. Hər üç əsərdə, hər üç filmdə müxtəlif adlarla da olsa belə (Gəray bəy, Çahandar ağa və qolçomaq Kərbəlayı İsmayıl), əsasən bəyliyin-bəyzadəliyin bu millətin ruhuna yaxın olduğu, onun ruhu-mənəvi dünyası ilə çulğalaşdığı fikri aşılanır.Yəni, hər üç əsərin, hər üç filmin sonunda Gəray bəyin, Cahandar ağanın, o cümlədən, sovetlərin tərəfdarı olsa da, bəy nəslindən olan Abbasqulu bəy Şadlinskini öldürən Qəmlonu gülləyən Kərbəlayı İsmayılın filmin müsbət qəhrəmanı kimi təqdim olunmasına, onların müsbət cizgilərlə verilməsinə qəti etirazını bildirir və hər üç filmin sonluğunun dəyişdirilməsini tələb edir. Və bu tələb Azərbaycan tərəfindən etirazla qarşılansa da, sonda qəbul etməkdən başqa yol qalmır.Həsən Seyidbəylinin hörmətiKinoşünas Aydın Kazımzadənin Sputnik Azərbaycan-a sovet senzurasının qurbanı olan filmlərdən söz açarkən bildirir ki, o dönəmdə sosialist realizmi təbliğ olunurdu. Bütün yaradıcı şəxslər buna riayət etməli idilər:"Guya sovet hökumətində hər şey yaxşıdır, pis heç nə yoxdur, insanların hamısı bərabərdir, sinif ayrıseçkiliyi yoxdur. Ona əməl olunmayanda, istər ədəbiyyatda, istər kinoda həmin hissələr "qayçılanırdı". Mütləq yazılan əsər, çəkilən film sovet düsturuna uyğun olmalı idi. "Axırıncı aşırım", "Dəli Kür". "Bizim Cəbiş müəllim"də neftçi oğluna deyir ki, mən mədənlərdə işləyirəm. Biz gecə-gündüz işləyirik ki, cəbhəyə neft verək. Moskva həmin hissənin çıxarılmasını tələb etsə də, filmin rejissoru Həsən Seyidbəyli bununla mübarizə aparır. Seyidbəyliyə hörmət naminə həmin hissə saxlanıldı. "Bir cənub şəhərində" və "İstintaq" filmləri ulu öndər Heydər Əliyevin sayəsində ekranlara çıxdı".Ulu öndərin zəruri müdaxiləsiRüstəm İbrahimbəyovun ssenarisi əsasında Rasim Ocaqovun çəkdiyi "İstintaq" filmi.Bu filmdə hadisələr 60-cı illəri əhatə edir. Filmin əsas mövzusunu Azərbaycanda o dövrdə fəaliyyət göstərən mafiyanın fəaliyyəti təşkil edir. Rüşvət, hədiyyə ilə polis orqanlarını ələ alma, təmiz isanları şərləmə və daha nələr filmdə açıq-aydın təsvir olunur. Belə bir filmin çəkilməsi öz dövrü üçün cəsarətli addım idi. Məhz buna görə sovet senzurası və Azərbaycanda kino sahəsinə rəhbərlik edənlər filmin ekranlara çıxmasına mane olurlar. "Sovet quruluşu hara, rüşvətxorluq, korrupsiya, mafiya hara" kimi fikirlər irəli sürərək filmdə əsaslı dəyişikliklər tələb edirlər.Respublikanın rəhbəri H.Əliyev bu barədə eşidir və məsələyə qarışır. Çünki filmdə qabardılan məsələlər, onun hakimiyyətə gələrkən dərhal mübarizəyə başladığı cinayətlərdən idi. Bu baxımdan da belə filmlərin daha çox çəkilməli olduğunu deyir:"Kollektiv baxışdan sonra həmkarlarımın hamısı bu fikirdə oldu ki, guya film respublikamızı nüfuzdan salır, rüsvay edir. Halbuki bu film respublikamızda mənim gördüyüm işin – korrupsiyaya qarşı apardığım mübarizənin bədii təcəssümü idi. Sağ olsunlar ki, Rüstəm İbrahimbəyovla Rasim Ocaqov bu mövzuya girişmişdilər. Yeri gəlmişkən, mən o vaxt onlara dedim ki, bu mövzudan əl çəkməyin. Belə də etdilər. Film istehsalata buraxıldıqdan sonra əngəllər, qadağalar başladı. Belə olan halda mən də tədbirlər gördüm və "İstintaq" filmi böyük şöhrət qazandı".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/08/13/424715919_205:0:1200:746_1920x0_80_0_0_04d006166f7e4dc93d0a2e0411ecf31d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sovet senzurasının qurbanı olan azərbaycan filmləri - video
sovet senzurasının qurbanı olan azərbaycan filmləri - video
Sovet senzurasının qurbanı olan Azərbaycan filmləri - VİDEO
Kinoşünas Aydın Kazımzadənin Sputnik Azərbaycan-a bildirib ki, həmin dövrdə Sosialist realizmi təbliğ olunurdu və bütün yaradıcı şəxslər buna riayət etməli idilər.
BAKI, 20 fevral — Sputnik. Ötən əsrin 60-70-80-ci illərini Azərbaycan kinosunun yüksəliş dövrü adlandıra bilərik. Həmin dövrlərdə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası tərəfindən yüzlərlə film istehsal olunub. O filmlər ki, bu gün də Azərbaycan tamaşaçısı onlara həvəslə baxır. Həmin dövrdə möhtəşəm filmlər çəkilsə də, bir əmma var idi ki, məhz ona görə bir çox rejissorlar ssenaridən imtina ediblər. Sputnik Azərbaycan senzuraya məruz qalmış filmləri sizə təqdim edir:
Cahandar ağa elə ölə bilməzdi
1969-cu ildə İsmayıl Şıxlının eyni adlı romanı əsasında Hüseyn Seyidzadənin ekranlaşdırdığı "Dəli Kür" filmi.
Filminin taleyi xeyli ağrılı olur. Moskvada Kino Komitəsinə təhvil verilərkən onu filmin finalını dəyişdirməyə məcbur edirlər. Əks halda film, ümumiyyətlə, ekranlara buraxılmayacaqdı. Nəticədə Hüseyn Seyidzadə məcbur olub filmin sonunu dəyişir. Filmin sonluğu əslində belə çəkilmişdi - Cahandar ağa kazakların başçısını qamçı ilə döyür. Sonra atışma başlayır. O, kazakların beşini öldürür. Onu vururlar. Cahandar ağa özünü suya atır, bununla da film qurtarır. Sonda "Ana Kür" mahnısı oxunur. Lakin rəhbərlik göstəriş verir: necə olursa olsun, bir azərbaycanlı imperiya məmurlarını döyə bilməz. Buna görə də rejissor həmin səhnəni kəsərək dəyişir, sonda Allahyar Cahandarı öldürür. Film uzun zaman bu cür göstərildi. Lakin xalq yazıçısı İsa Hüseynovun ciddi səyi nəticəsində filmin ilkin nüsxəsi nəhayət ki, tamaşaçılara təqdim olundu.
Rejissor Tofiq Tağızadənin "Yeddi oğul istərəm" filmi.
Bu film, Səməd Vurğunun məşhur "Komsomol" poeması əsasında çəkilib. "Yeddi oğul istərəm" filminin sonunda Gəray bəyin öldürülməsi səhnəsi də dəyişdirilib. Yəni, filmdə Gəray bəyin "havalanması", əslində isə sovet quruluşuna meydan oxuması səhnəsi yer alsa da, efirlərdə, ekranlarda gedən variantda Gəray bəyin özünü güllələməsi və bir qədər aciz durumda olması səhnəsi yer alır.
"Axırıncı aşırım" və müsbət Kərbəlayı İsmayıl
Rejissor Kamil Rüstəmbəyovun "Axırıncı aşırım" filmi. Film yazıçı Fərman Kərimzadənin "Qarlı aşırım" romanı əsasında ekranlaşdırılıb. Kino əsərindəki dramatik hadisələr Azərbaycanın dağ kəndlərinin birində sovet hakimiyyəti qurulduğu ilk illərdə baş verir. Uzun illər bir-biriləri gözəl münasibətləri olan Abbasqulu bəy Şadlinski ilə qolçomaq Kərbəlayı İsmayıl sonradan sovetlərin hakimiyyətə gəlməsi, milyonlarla insan qanının axıdılması, sürgünlərdə çürüdülməsi hesabına mümkünləşən bədnam "sovetləşmə, kolxozlaşma" siyasəti ilə bağlı əks-cəbhələrdə üz-üzə gəlməli olurlar. Kərbəlayi İsmayıl sovetləri heç cür qəbul etməsə də, onun üstünə elçi kimi göndərilən köhnə dostu Şadlinskinin sözünü eşitməsə də, amma ən yaxın tərəfdarı və "vuran əli" olan Qəmlo tərəfindən Abbasqulu bəyin güllələnməsini özünə, bəyliyinə sığışdıra bilmir və Qəmlonu güllələyir. Filmdə də ilk variantda məhz bu səhnələr yer alır. Ancaq filmin dəyişdirilən variantının sonunda guya Qəmlonun sovet əsgərlərindən biri tərəfindən qətlə yetirdiyi göstərilir. Hansı ki, filmin sonluğu nə qədər senzuraya uğrasa da, kəndlilərin "Kərbəlayi İsmayıl Qəmlonu öldürdü" sözləri Moskvadakıların gözlərindən qaçır və filmdə də məhz bu sözlər qalmaqdadır.
Bəylər və ağalar mütləq mənfi olmalı idilər
Hər üç əsərin müəllifi-böyük ədiblərimiz Səməd Vurğun, İstiqlalçı millət vəkili İsmayıl Şıxlı və çox erkən yaşlarında həyatdan köçən Fərman Kərimzadə uzun illər ərzində sovetlərin beyinlərə "həkk etdirdiyi" zadəganlar təbəqəsinin, bəylərin, ağaların və ya qolçomaq kimi adlandırılan zümrədən olan insanların heç də xalqına, dövlətinə qarşı asi kəsilmədiyini, əksinə, onun mənliyi, istiqlaliyyəti uğrunda mübarizə apardığını bədii boylarla, bədi çalarla oxucuların, izləyicilərin yaddaşlarına hopdurmağa çalışıblar. Hər üç əsərdə, hər üç filmdə müxtəlif adlarla da olsa belə (Gəray bəy, Çahandar ağa və qolçomaq Kərbəlayı İsmayıl), əsasən bəyliyin-bəyzadəliyin bu millətin ruhuna yaxın olduğu, onun ruhu-mənəvi dünyası ilə çulğalaşdığı fikri aşılanır.
Yəni, hər üç əsərin, hər üç filmin sonunda Gəray bəyin, Cahandar ağanın, o cümlədən, sovetlərin tərəfdarı olsa da, bəy nəslindən olan Abbasqulu bəy Şadlinskini öldürən Qəmlonu gülləyən Kərbəlayı İsmayılın filmin müsbət qəhrəmanı kimi təqdim olunmasına, onların müsbət cizgilərlə verilməsinə qəti etirazını bildirir və hər üç filmin sonluğunun dəyişdirilməsini tələb edir. Və bu tələb Azərbaycan tərəfindən etirazla qarşılansa da, sonda qəbul etməkdən başqa yol qalmır.
Həsən Seyidbəylinin hörməti
Kinoşünas Aydın Kazımzadənin Sputnik Azərbaycan-a sovet senzurasının qurbanı olan filmlərdən söz açarkən bildirir ki, o dönəmdə sosialist realizmi təbliğ olunurdu. Bütün yaradıcı şəxslər buna riayət etməli idilər:
"Guya sovet hökumətində hər şey yaxşıdır, pis heç nə yoxdur, insanların hamısı bərabərdir, sinif ayrıseçkiliyi yoxdur. Ona əməl olunmayanda, istər ədəbiyyatda, istər kinoda həmin hissələr "qayçılanırdı". Mütləq yazılan əsər, çəkilən film sovet düsturuna uyğun olmalı idi. "Axırıncı aşırım", "Dəli Kür". "Bizim Cəbiş müəllim"də neftçi oğluna deyir ki, mən mədənlərdə işləyirəm. Biz gecə-gündüz işləyirik ki, cəbhəyə neft verək. Moskva həmin hissənin çıxarılmasını tələb etsə də, filmin rejissoru Həsən Seyidbəyli bununla mübarizə aparır. Seyidbəyliyə hörmət naminə həmin hissə saxlanıldı. "Bir cənub şəhərində" və "İstintaq" filmləri ulu öndər Heydər Əliyevin sayəsində ekranlara çıxdı".
Ulu öndərin zəruri müdaxiləsi
Rüstəm İbrahimbəyovun ssenarisi əsasında Rasim Ocaqovun çəkdiyi "İstintaq" filmi.
Bu filmdə hadisələr 60-cı illəri əhatə edir. Filmin əsas mövzusunu Azərbaycanda o dövrdə fəaliyyət göstərən mafiyanın fəaliyyəti təşkil edir. Rüşvət, hədiyyə ilə polis orqanlarını ələ alma, təmiz isanları şərləmə və daha nələr filmdə açıq-aydın təsvir olunur. Belə bir filmin çəkilməsi öz dövrü üçün cəsarətli addım idi. Məhz buna görə sovet senzurası və Azərbaycanda kino sahəsinə rəhbərlik edənlər filmin ekranlara çıxmasına mane olurlar. "Sovet quruluşu hara, rüşvətxorluq, korrupsiya, mafiya hara" kimi fikirlər irəli sürərək filmdə əsaslı dəyişikliklər tələb edirlər.
Respublikanın rəhbəri H.Əliyev bu barədə eşidir və məsələyə qarışır. Çünki filmdə qabardılan məsələlər, onun hakimiyyətə gələrkən dərhal mübarizəyə başladığı cinayətlərdən idi. Bu baxımdan da belə filmlərin daha çox çəkilməli olduğunu deyir:
"Kollektiv baxışdan sonra həmkarlarımın hamısı bu fikirdə oldu ki, guya film respublikamızı nüfuzdan salır, rüsvay edir. Halbuki bu film respublikamızda mənim gördüyüm işin – korrupsiyaya qarşı apardığım mübarizənin bədii təcəssümü idi. Sağ olsunlar ki, Rüstəm İbrahimbəyovla Rasim Ocaqov bu mövzuya girişmişdilər. Yeri gəlmişkən, mən o vaxt onlara dedim ki, bu mövzudan əl çəkməyin. Belə də etdilər. Film istehsalata buraxıldıqdan sonra əngəllər, qadağalar başladı. Belə olan halda mən də tədbirlər gördüm və "İstintaq" filmi böyük şöhrət qazandı".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.