Riqa-Bakı aviareysi üçillik fasilədən sonra bərpa olunur
10:42 22.02.2022 (Yenilənib: 11:57 22.02.2022)
© Sputnik / Илья Питалев
/ Abunə olmaq
Latviyanın "AirBaltic" aviaşirkəti 2021-ci ilin aprel ayının 28-dən etibarən Riqa-Bakı reysi üzrə uçuşları bərpa etməyi planlaşdırırdı.
BAKI, 22 fevral — Sputnik. Latviyanın "AirBaltic" aviaşirkəti üçillik fasilədən sonra Riqa-Bakı aviareysini bərpa edir.
Sputnik Azərbaycan-ın aviaşirkətə istinadən verdiyi məlumata görə, reyslər cari ilin may ayının 1-dən etibarən bərpa olunacaq. Riqa-Bakı-Riqa aviareysi üzrə uçuşlar həftədə iki dəfə yerinə yetiriləcək. Bir istiqamətə biletin minimal qiyməti 145 avro təşkil edir.
Xatırladaq ki, Latviyanın "AirBaltic" aviaşirkəti 2021-ci ilin aprel ayının 28-dən etibarən Riqa-Bakı reysi üzrə uçuşları bərpa etməyi planlaşdırırdı. Həmin vaxt biletin qiymətinin 131 avrodan (252 manat), hər iki istiqamət üzrə isə 211 avrodan (405 manat) başlayacağı qeyd olunurdu.
Fevralın 15-də Baş nazir Əli Əsədov "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" Qərara dəyişiklik edilməsi ilə bağlı qərar imzalayıb.
Qərara əsasən, fevralın 16-dan hava nəqliyyatı vasitəsilə Albaniya, Dominikan, Filippin, Gürcüstan, Hindistan, İndoneziya, İran, Kolumbiya, Moldova, Özbəkistan, Pakistan, Peru, Tacikistan, Tailand, Tunis, Türkmənistan, Venesuela vətəndaşlarına, həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarına, habelə vətəndaşlığı olmayan şəxslərə Azərbaycana giriş-çıxış üçün icazə verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun: