https://sputnik.az/20220222/qaxda-mese-yangini-sondurulub---vdeo-439465461.html
Qaxda meşə yanğını söndürülüb - VİDEO
Qaxda meşə yanğını söndürülüb - VİDEO
Sputnik Azərbaycan
Fevralın 20-si günorta saat 15 radələrində rayonun Qum kənd inzibati ərazisindən bir-neçə kilometr məsafədə yerləşən İlisu Dövlət Təbiət Qoruğunun yüksək... 22.02.2022, Sputnik Azərbaycan
2022-02-22T20:24+0400
2022-02-22T20:24+0400
2022-02-22T20:24+0400
yanğın
azərbaycan xəbərləri
qax
ilisu dövlət təbiət qoruğu
https://cdnn1.img.sputnik.az/img/07e5/08/05/427627747_0:257:2731:1793_1920x0_80_0_0_972f8daa6e138537badda5efc10cf43e.jpg
BAKI, 22 fevral — Sputnik. Qax rayonunun Qum kəndi yaxınlığında dağ-meşə ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən müvafiq tədbirlərin görülməsi davam etdirilir.FHN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, mürəkkəb relyefli dağlıq ərazi və küləkli hava şəraiti səbəbindən yanğının söndürülməsi prosesinin mürəkkəbləşməsinə baxmayaraq, yanğınsöndürənlərin səyi ilə yanğının məhdudlaşdırılması mümkün olub. Hazırda yanğının tam söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir.Qeyd edək ki, əsasən əl əməyi ilə həyata keçirilən yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri ilə yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və bir qrup yerli sakin də iştirak edir.Xatırladaq ki, fevralın 20-si günorta saat 15 radələrində rayonun Qum kənd inzibati ərazisindən bir-neçə kilometr məsafədə yerləşən İlisu Dövlət Təbiət Qoruğunun yüksək dağlıq-meşəlik ərazisində yanğın baş verib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!Həmçinin oxuyun:İlisu Dövlət Qoruğunda yanğın: Təbiət məhv olmaqdadır
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/05/427627747_0:0:2731:2048_1920x0_80_0_0_30fc533065f2636eb329b3409ed43ba8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qaxda təbiət necə məhv edildi video
qaxda təbiət necə məhv edildi video
Qaxda meşə yanğını söndürülüb - VİDEO
Fevralın 20-si günorta saat 15 radələrində rayonun Qum kənd inzibati ərazisindən bir-neçə kilometr məsafədə yerləşən İlisu Dövlət Təbiət Qoruğunun yüksək dağlıq-meşəlik ərazisində yanğın baş verib.
BAKI, 22 fevral — Sputnik. Qax rayonunun Qum kəndi yaxınlığında dağ-meşə ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən müvafiq tədbirlərin görülməsi davam etdirilir.
FHN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, mürəkkəb relyefli dağlıq ərazi və küləkli hava şəraiti səbəbindən yanğının söndürülməsi prosesinin mürəkkəbləşməsinə baxmayaraq, yanğınsöndürənlərin səyi ilə yanğının məhdudlaşdırılması mümkün olub. Hazırda yanğının tam söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir.
Qeyd edək ki, əsasən əl əməyi ilə həyata keçirilən yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri ilə yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və bir qrup yerli sakin də iştirak edir.
Xatırladaq ki, fevralın 20-si günorta saat 15 radələrində rayonun Qum kənd inzibati ərazisindən bir-neçə kilometr məsafədə yerləşən İlisu Dövlət Təbiət Qoruğunun yüksək dağlıq-meşəlik ərazisində yanğın baş verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!