Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İlisu Dövlət Qoruğunda yanğın: Təbiət məhv olmaqdadır

© Sputnik / Leyla Abdullayevaİlisuda hadisə yerində
İlisuda hadisə yerində - Sputnik Azərbaycan, 1920, 21.02.2022
Abunə olmaq
Eksklüziv
Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Qax rayon Dövlət yanğından Mühafizə Hissəsinin müvafiq texnikası və 55 nəfər şəxsi heyəti cəlb edilib.
BAKI, 21 fevral - Sputnik. İlisu Dövlət Qoruğunun yüksək dağlıq-meşəlik ərazisində yanğın davam edir.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət yanğından Mühafizə Hissəsinin rəisi, polkovnik-leytenant İbrahim Bayramov məlumat verib. Onun sözlərinə görə, ötən gün günorta saatlarından rayonun Qum kənd inzibati ərazisinin yaxınlığında İlisu Dövlət Təbiət Qoruğunun 6-cı dolayında yüksək dağlıq ərazidə yanğın başlayıb.
Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Qax rayon Dövlət yanğından Mühafizə Hissəsinin müvafiq texnikası və 55 nəfər şəxsi heyəti cəlb edilib. Yanğın 5 hektardan yuxarı sahəni əhatə edir. Yanğın baş verən ərazinin yüksək dağlıq, çətin keçilən relyef olması və havanın küləkli olması səbəbindən yanğının söndürülməsində çətinlik yaranıb.
Yanğın baş verən ərazidə əsasən kol-kos, quru xəzəl, qurumuş ağaclar yanır. Hazırda şəxsi heyət tərəfindən əl əməyi ilə yanğının söndürülməsi prosesi davam edir. Qeyd edək ki, yanğının söndürülməsinə İlisu Dövlət Təbiət Qoruğunun əməkdaşları, yerli sakinlər və FHN-nin Zaqatala və Şəki rayonlarının Dövlət Yanğından Mühafizə hissələrinin canlı qüvvələri də cəlb edilib.
Xatırladaq ki, fevralın 20-si günorta saat 15 radələrində rayonun Qum kənd inzibati ərazisindən bir-neçə kilometr məsafədə yerləşən İlisu Dövlət Təbiət Qoruğunun yüksək dağlıq-meşəlik ərazisində yanğın baş verib.
***
10:20
İlisu Dövlət Təbiət Qoruğunun yüksək və mürəkkəb relyefli dağlıq ərazisində gecə saatlarında baş verən yanğın Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları tərəfindən söndürülsə də, səhər saatlarında külək nəticəsində bəzi hissələrdə yenidən alovlanma baş verib.
Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev APA-ya bildirib.
O qeyd edib ki, hazırda İlisu Dövlət Təbiət Qoruğunun əməkdaşları və kənd sakinləri tərəfindən dağlıq və çətin relyefli ərazidə əl əməyindən istifadə olunmaqla alovlanan və közərən sahələrin tam söndürülməsi istiqamətində işlər aparılır.
Xatırladaq ki, ötən gün Qax rayonu ərazisində meşəlik ərazidə yanğın baş verib. Yanğın Qax rayonunun Çinarlı kəndindən bir neçə kilometr məsafədə, İlisu Dövlət Qoruğunun ərazisində qeydə alınıb.
FHN əməkdaşları yanğınla mübarizə aparırlar
20.02.22, 20:20
Qax rayonu ərazisində meşəlik ərazidə yanğın baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, yanğın Qax rayonunun Çinarlı kəndindən bir neçə kilometr məsafədə, İlisu Dövlət Qoruğunun ərazisində qeydə alınıb.
© Sputnik / Leyla Abdullayevaİlisuda hadisə yerində
İlisuda hadisə yerində - Sputnik Azərbaycan, 1920, 20.02.2022
İlisuda hadisə yerində
Yerli sakinlərin verdiyi məlumata görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) çoxlu sayda yanğından mühafizə dəstələrinin əməkdaşları və texnikası cəlb olunub.
© Sputnik / Leyla Abdullayevaİlisuda hadisə yerində
İlisuda hadisə yerində - Sputnik Azərbaycan, 1920, 20.02.2022
İlisuda hadisə yerində
Yanğının təqribən 10 hektar ərazini əhatə etdiyi bildirilir.
© Sputnik / Leyla Abdullayevaİlisuda hadisə yerində
İlisuda hadisə yerində - Sputnik Azərbaycan, 1920, 20.02.2022
İlisuda hadisə yerində
Yanğının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0