Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Qara Qarayevə "İdman ustası" dərəcəsi təqdim edilib

© Photo : Facebook / Qarabağ FKAzərbaycan millisinin yarımmüdafiəçisi Qara Qarayev
Azərbaycan millisinin yarımmüdafiəçisi Qara Qarayev - Sputnik Azərbaycan, 1920, 22.02.2022
Abunə olmaq
Bu dərəcəyə layiq görüldüyü üçün minnətdarlığını bildirən Qara Qarayev nazir müavininə öz adı yazılmış futbolçu köynəyini hədiyyə edib.
BAKI, 22 fevral — Sputnik. "Qarabağ" klubunun futbolçusu Qara Qarayevə "İdman ustası" dərəcəsi təqdim edilib.
Sputnik Azərbaycan xəbər verir ki, idman dərəcəsinə layiq görülən futbolçuya "İdman ustası" vəsiqəsini gənclər və idman nazirinin müavini Mariana Vasileva, müvafiq döş nişanını isə nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov təqdim ediblər.
Bu dərəcəyə layiq görüldüyü üçün minnətdarlığını bildirən Qara Qarayev nazir müavininə öz adı yazılmış futbolçu köynəyini hədiyyə edib. Təqdimatda iştirak edən komandanın baş məşqçisi Qurban Qurbanovla da görüşən Mariana Vasileva "Marsel"lə oyunda "Qarabağ"a uğurlar arzulayıb.
Qara Qarayev 2008-ci ildən Azərbaycan Premyer Liqasında çıxış edən Ağdamın "Qarabağ" komandasında mübarizə aparır. "Qarabağ"ın heyətində 214 oyunda meydana daxil olan Qara Qarayev, 2015-ci ildə "Futbol+" qəzetinin təsis etdiyi Azərbaycanda ilin futbolçusu mükafatına layiq görülüb.
Qara Qarayev həmçinin 2013-cü ildən Azərbaycan yığmasının uğurları üçün çalışır. Azərbaycan yığmasında 26 oyunda meydana daxil olan Qara Qarayev, karyerası ərzində 3 dəfə Azərbaycan Premyer Liqasının və Azərbaycan Kubokunun çempionu olub.
Xəbər lenti
0