DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Sinir hüceyrələrini bərpa etməyin yolu tapılıb

© Depositphotos.com / Shidlovskibeyin
beyin - Sputnik Azərbaycan, 1920, 21.02.2022
Abunə olmaq
ABŞ alimləri peptidlərin köməyi ilə sinir hüceyrələrini bərpa etməyi bacarıblar.
BAKI, 21 fevral — Sputnik. ABŞ-ın İllinoys Universitetinin tədqiqatçıları Parkinson xəstəliyi kimi bəzi neyrodegenerativ xəstəliklər zamanı zədələnmiş sinir hüceyrələrini bərpa etməyin üsulunu tapıblar.
Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, onlar bunu peptidlərin hüceyrələrə təsir etməsinin köməyi ilə bacarıblar.
"Medical Express" məcmuəsinin məlumatına görə, tədqiqatın mövzusu uzun aksonlar (hüceyrənin cismindən çıxan impulslar) olub ki, bu da onlar məhv edildikdə, əzələ spazmasının yaranmasına səbəb olaraq ciddi pozğunluqlara gətirib çıxara bilər.
Alimlər peptidlər adlanan xüsusi amin turşuları zənciri ilə insan kök hüceyrələrindən çevrilmiş sinir hüceyrələrinə təsir göstərmək qərarına gəldilər.
Təcrübə göstərir ki, bu maddə mitoxondrilərin (sinir hüceyrələrinin tərkib hissəsi) bölünməsini inhibə etməyə qadirdir, həmçinin hüceyrələrin bərpasına və onların daha çox zədələnməsinin qarşısını almağa imkan verir.
Alimlər ümid edirlər ki, onların işi neyrodegenerativ genetik pozğunluqlar üçün yeni növ dərman və ya terapiyanın inkişafına gətirib çıxaracaq.
2021-ci ilin dekabrında Rusiyada Dəniz Biologiyası üzrə Milli Tədqiqat Mərkəzinin mütəxəssisləri müəyyən ediblər ki, somon balığının yağ turşularından əldə edilən sinaptamid maddə neyropatiyanın müalicəsində istifadə edilə bilər. Bu üsul təcrübələrin aparıldığı siçanların vəziyyətini yüngülləşdirib, həmçinin uzun müddətli yaddaşın pozulmasını da dayandırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xərçəng xəstəsi - Sputnik Azərbaycan, 1920, 20.02.2022
DÜNYA XƏBƏRLƏRİ
Xərçəngin inkişaf riskini üç dəfə artıran içki hansıdır?
Xəbər lenti
0