https://sputnik.az/20220220/xercengin-inkisaf-riskini-uc-defe-artiran-icki-hansidir-439371242.html
Xərçəngin inkişaf riskini üç dəfə artıran içki hansıdır?
Xərçəngin inkişaf riskini üç dəfə artıran içki hansıdır?
Sputnik Azərbaycan
Adıçəkilən içkinin tərkibində qızardılmış ətdə və tütün tüstüsündə də olan polisiklik aromatik karbohidrogenlər var.
2022-02-20T20:59+0400
2022-02-20T20:59+0400
2022-03-08T10:00+0400
xərçəng
dünya xəbərləri
xəstəlik
risk
https://cdnn1.img.sputnik.az/img/42227/23/422272313_0:76:3079:1807_1920x0_80_0_0_8ef7dee7c902a4b0ff258c4a58675d88.jpg
BAKI, 20 fevral — Sputnik. Alimlər xərçəngin inkişaf riskini üç dəfə artıran içkinin adını açıqlayıblar. Mütəxəssislər hesab edirlər ki, ənənəvi kalabas qabında təqdim edilən Paraqvay mate çayı onkologiyanın altı növünün inkişafına səbəb olur. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, xərçəng xəstəliyinin inkişafı ilə bağlı hər beş hadisədən biri antioksidant mənbəyi hesab edilən bu çayla əlaqədar olduğunu sübut edən araşdırma aparılıb:"Əgər uzun müddət və çox miqdarda mate içilsə, o halda bu, prostat vəzi, sidik kisəsi, ağciyər, ağız boşluğu, qida borusu, baş və boyun xərçəngi riskini artırır", - deyə ABŞ Sloun-Ketterinq adına Memorial Onkoloji Mərkəzindən məsələyə izahat veriblər.Adıçəkilən içkinin tərkibində qızardılmış ətdə və tütün tüstüsündə də olan polisiklik aromatik karbohidrogenlər var.Uruqvayda minlərlə yetkin insanın iştirakı ilə aparılan tədqiqat zamanı alimlər müəyyən ediblər ki, tez-tez mate içən insanlarda ağciyər xərçənginin inkişaf riski 60 faiz daha yüksəkdir."Daily Express" qeyd edir ki, mütəxəssislərin gəldiyi nəticə ziddiyyətlidir, çünki digər tədqiqat zamanı matedə ürək-damar və onkoloji xəstəliklərin inkişaf riskini azaldan unikal bitki maddələri aşkarlanıb.Mütəxəssislər yekunlaşdıraraq bildiriblər ki, bu çayın orta səviyyədə içilməsi təhlükəsizdir, ancaq onu çox miqdarda içənlər özlərini məhdudlaşdırmalıdırlar.Bu yaxınlarda ingilis əczaçı Abbas Kənani səhər oyandıqdan sonra uzun müddət davam edən boğaz ağrısı onkologiyanın ilkin əlamətlərindən biri ola biləcəyini qeyd edib. O, əlavə edib ki, xərçəngin erkən əlamətlərinə həmçinin səhər tezdən öskürək, halsızlıq və bu halın xəstədə səhərdən axşama qədər müşahidə olması da daxildir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42227/23/422272313_0:0:2731:2048_1920x0_80_0_0_9e88592276ee0d63af92009dcaa1d056.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xərçəngin inkişaf riskini üç dəfə artıran içki hansıdır?
xərçəngin inkişaf riskini üç dəfə artıran içki hansıdır?
Xərçəngin inkişaf riskini üç dəfə artıran içki hansıdır?
20:59 20.02.2022 (Yenilənib: 10:00 08.03.2022) Adıçəkilən içkinin tərkibində qızardılmış ətdə və tütün tüstüsündə də olan polisiklik aromatik karbohidrogenlər var.
BAKI, 20 fevral — Sputnik. Alimlər xərçəngin inkişaf riskini üç dəfə artıran içkinin adını açıqlayıblar. Mütəxəssislər hesab edirlər ki, ənənəvi kalabas qabında təqdim edilən Paraqvay mate çayı onkologiyanın altı növünün inkişafına səbəb olur. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, xərçəng xəstəliyinin inkişafı ilə bağlı hər beş hadisədən biri antioksidant mənbəyi hesab edilən bu çayla əlaqədar olduğunu sübut edən araşdırma aparılıb:
"Əgər uzun müddət və çox miqdarda mate içilsə, o halda bu, prostat vəzi, sidik kisəsi, ağciyər, ağız boşluğu, qida borusu, baş və boyun xərçəngi riskini artırır", - deyə ABŞ Sloun-Ketterinq adına Memorial Onkoloji Mərkəzindən məsələyə izahat veriblər.
Adıçəkilən içkinin tərkibində qızardılmış ətdə və tütün tüstüsündə də olan polisiklik aromatik karbohidrogenlər var.
Uruqvayda minlərlə yetkin insanın iştirakı ilə aparılan tədqiqat zamanı alimlər müəyyən ediblər ki, tez-tez mate içən insanlarda ağciyər xərçənginin inkişaf riski 60 faiz daha yüksəkdir.
"Daily Express" qeyd edir ki, mütəxəssislərin gəldiyi nəticə ziddiyyətlidir, çünki digər tədqiqat zamanı matedə ürək-damar və onkoloji xəstəliklərin inkişaf riskini azaldan unikal bitki maddələri aşkarlanıb.
Mütəxəssislər yekunlaşdıraraq bildiriblər ki, bu çayın orta səviyyədə içilməsi təhlükəsizdir, ancaq onu çox miqdarda içənlər özlərini məhdudlaşdırmalıdırlar.
Bu yaxınlarda ingilis əczaçı Abbas Kənani səhər oyandıqdan sonra uzun müddət davam edən boğaz ağrısı onkologiyanın ilkin əlamətlərindən biri ola biləcəyini qeyd edib. O, əlavə edib ki, xərçəngin erkən əlamətlərinə həmçinin səhər tezdən öskürək, halsızlıq və bu halın xəstədə səhərdən axşama qədər müşahidə olması da daxildir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.