https://sputnik.az/20220221/nagd-pul-kutlesinin-cekisi-dusub-439407065.html
Nağd pul kütləsinin çəkisi düşüb
Nağd pul kütləsinin çəkisi düşüb
Sputnik Azərbaycan
Bu ilin yanvar ayında Azərbaycanın ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 90,1%, qeyri-neft sektoru üzrə ixracı isə 59% çox olub. 21.02.2022, Sputnik Azərbaycan
2022-02-21T23:16+0400
2022-02-21T23:16+0400
2022-02-21T23:16+0400
manat
iqtisadiyyat
pul
qeyri-neft sektoru
dollar
https://cdnn1.img.sputnik.az/img/42226/84/422268480_0:102:2000:1227_1920x0_80_0_0_2985644d74733688e7e10bec0f5c3da7.jpg
BAKI, 21 fevral — Sputnik. Azərbaycanda dövriyyədə olan nağd pul kütləsinin manatla geniş pul kütləsində xüsusi çəkisi 2017-ci ildəki 60,1%-dən 2021-ci ildə 45,8%-ə düşüb.Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib. O deyib ki, nağd puldan istifadənin azalması “kölgə iqtisadiyyatı"nın miqyasının azalmasını ifadə edən mühüm göstəricidir.M.Cabbarov vurğulayıb ki, bu ilin yanvar ayında Azərbaycanın ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 90,1%, qeyri-neft sektoru üzrə ixracı isə 59% çox olub: "Bu, ölkə iqtisadiyyatının şaxələndirilməsinin davam etdirilməsi və yerli sahibkarların xarici bazarlara çıxış imkanlarının təşviq edilməsinin uğurlu nəticəsidir".Xatırladaq ki, ötən il Azərbaycanın ixracı 22,2 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 2,7 mlrd. ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci il ilə müqayisədə 870 mln. ABŞ dolları və ya 47,2% artıb.Bu barədə Sputnik Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"na istinadla xəbər verir.Meyvə-tərəvəz ixracı artıb2021-ci ildə meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 22,9 mln. ABŞ dolları artaraq 630,4 milyon ABŞ dolları təşkil edib.Pambıq ipliyi ixracı 3,1 dəfə yüksəlibMüvafiq dövr ərzində pambıq ipliyi ixracı 3,1 dəfə, kimya sənayesi məhsullarının ixracı 2,9 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 2 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 66,2%, pambıq lifi ixracı 58,3%, şəkər ixracı isə 19,3% artıb.Pambıq mahlıcı birinci olubÖtən il ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (208 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl (202,5 milyon ABŞ dolları) ikinci, pomidor (tomat) (160,2 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.Ən çox Rusiyaya qeyri-neft sektoruna aid mal göndərilibÖtən il Rusiyaya 877,8 milyon ABŞ dolları, Türkiyəyə 675,9 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 224,1 milyon ABŞ dolları, Gürcüstana 157,5 milyon ABŞ dolları və Amerika Birləşmiş Ştatlarına isə 74,9 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220221/kendlilerin-gozu-yolda-qalmayacaq---azerbaycan-rusiya-anlasmasi-ne-ved-edir-439411010.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/84/422268480_114:0:1887:1330_1920x0_80_0_0_942e4edda98a79b8da399106334140df.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
manat, pul, qeyri-neft sektoru, dollar
manat, pul, qeyri-neft sektoru, dollar
Nağd pul kütləsinin çəkisi düşüb
Bu ilin yanvar ayında Azərbaycanın ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 90,1%, qeyri-neft sektoru üzrə ixracı isə 59% çox olub.
BAKI, 21 fevral — Sputnik. Azərbaycanda dövriyyədə olan nağd pul kütləsinin manatla geniş pul kütləsində xüsusi çəkisi 2017-ci ildəki 60,1%-dən 2021-ci ildə 45,8%-ə düşüb.
Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib. O deyib ki, nağd puldan istifadənin azalması “kölgə iqtisadiyyatı"nın miqyasının azalmasını ifadə edən mühüm göstəricidir.
M.Cabbarov vurğulayıb ki, bu ilin yanvar ayında Azərbaycanın ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 90,1%, qeyri-neft sektoru üzrə ixracı isə 59% çox olub: "Bu, ölkə iqtisadiyyatının şaxələndirilməsinin davam etdirilməsi və yerli sahibkarların xarici bazarlara çıxış imkanlarının təşviq edilməsinin uğurlu nəticəsidir".
Xatırladaq ki, ötən il Azərbaycanın ixracı 22,2 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 2,7 mlrd. ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci il ilə müqayisədə 870 mln. ABŞ dolları və ya 47,2% artıb.
Bu barədə Sputnik Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"na istinadla xəbər verir.
Meyvə-tərəvəz ixracı artıb
2021-ci ildə meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 22,9 mln. ABŞ dolları artaraq 630,4 milyon ABŞ dolları təşkil edib.
Pambıq ipliyi ixracı 3,1 dəfə yüksəlib
Müvafiq dövr ərzində pambıq ipliyi ixracı 3,1 dəfə, kimya sənayesi məhsullarının ixracı 2,9 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 2 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 66,2%, pambıq lifi ixracı 58,3%, şəkər ixracı isə 19,3% artıb.
Pambıq mahlıcı birinci olub
Ötən il ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (208 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl (202,5 milyon ABŞ dolları) ikinci, pomidor (tomat) (160,2 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
Ən çox Rusiyaya qeyri-neft sektoruna aid mal göndərilib
Ötən il Rusiyaya 877,8 milyon ABŞ dolları, Türkiyəyə 675,9 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 224,1 milyon ABŞ dolları, Gürcüstana 157,5 milyon ABŞ dolları və Amerika Birləşmiş Ştatlarına isə 74,9 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.