https://sputnik.az/20220221/kendlilerin-gozu-yolda-qalmayacaq---azerbaycan-rusiya-anlasmasi-ne-ved-edir-439411010.html
Kəndlilərin gözü yolda qalmayacaq - Azərbaycan-Rusiya anlaşması nə vəd edir?
Kəndlilərin gözü yolda qalmayacaq - Azərbaycan-Rusiya anlaşması nə vəd edir?
Sputnik Azərbaycan
Rusiyayla birgə icra olunan bu layihə haqda danışan sədr deyib ki, bu Rusiya dəmiryollarının şirkəti olan RJD loqistika şirkəti və "Aliance Logistics" MMC-nin... 21.02.2022, Sputnik Azərbaycan
2022-02-21T19:54+0400
2022-02-21T19:54+0400
2022-02-21T19:54+0400
video
azərbaycan
rusiya
astara
https://cdnn1.img.sputnik.az/img/07e6/02/15/439410836_0:0:1920:1080_1920x0_80_0_0_17ff539fabe7ec6773656524e40a02f2.jpg
BAKI, 21 fevral - Sputnik. "Aqroekspress" layihəsi çərçivəsində 20 vaqondan ibarət ikinci qatar yola düşüb. İlk qatar isə 10 gün öncə yola düşüb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu "Aliance Logistics" MMC-nin idarə heyətinin sədri Natiq Heydərov bu gün Rusiyaya "Aqroekspress" layihəsi çərçivəsində qatarların ikinci dəfə yolasalınması prosesi zamanı mediaya açıqlamasında deyib.Rusiyayla birgə icra olunan bu layihə haqda danışan sədr deyib ki, bu, Rusiya dəmiryollarının şirkəti olan RJD loqistika şirkəti və "Aliance Logistics" MMC-nin ümumi layihəsidir:"Bu layihə Rusiyada başlayıb. Layihəyə ilk qoşulan ölkələrdən biri Özbəkistan olub. Layihə bizdə maraq oyatdığından Rusiya tərəfi ilə danışıqlara başladıq, dövlət, xüsusən İqtisadiyyat Nazirliyi bizə layihəni icra etməkdə böyük dəstək oldu".Qatarın Astaradan yola salınmasına gəlində sədr qeyd edib ki, bunun əsas səbəbi “Şimal-Cənub” dəhlizinin çox əhəmiyyətli olması ilə bağlıdır:"Bu dəhliz Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin möhkəmlənməsi üçün, istehsalçılar üçün böyük imkan yaradan bir dəhlizdir. Bu səbəddən də ikinci qatarı Astaradan yola saldıq. Üçüncü qatarı Bakı şəhərindən Abşeron loqistik mərkəzindən göndərəcəyik. Məqsədimiz odur ki, istehsalçılar belə bir layihədən xəbərdar olsunlar, onun işlək olduğunu görsünlər, istədikləri an layihəyə qoşulsunlar".O qeyd edib ki, bu gün göndərilən 20 vaqonda əsas yük kələm, almadır. Ümumilikdə isə 1000 tondan artıq yük göndərilib.Layihənin əsas üstünlüyü nədir?Sədr deyir ki, "Aqroekspress" ilk növbədə sürət, yaşıl dəhliz deməkdir: "Öncə göndərdiyimiz qatara 20 dəqiqəyə gömrükdən keçdi. Lakin görürsüz ki, son zamanlar minlərlə avtomobil sərhəddə dayanıb, keçidləri məhddudur". Şirkətin ümumi fəaliyyəti, hədəfləri:"Sədr qeyd edir ki, şirkət qısa müddətdə 100 vaqon alıb:"Vaqonlar sentyabrın sonunda Bakıya gəlmişdi. Oktyabrdan artıq işləməyə başladıq. Bu qatarlar sürətli olduğundan, qısa müddətdə gedib-qayıtdığından biz hardasa 300-400 vaqonluq bir işi icra edə bilirik. Gələcəklə bağlı məqsədimiz vaqon parkını genişləndirməkdir. Hazırda biz 100 qapalı vaqon, 100 soyuduculu vaqon, 200-dək konteyner alınması ilə bağlı danışıqlar aparmışıq, meomorandum imzalanıb, bunları Rusiya tərəfindən alıb gətirəcəyik. Bu layihə istehsalçını həvəsləndirəcək, o yenə də əkəcək, məhsul yetişdirməyə çalışacaq".Sahibkar Rüfət Qəhrəmanov deyir ki, "Aqroekspress" layihəsi sahibkarla üçün böyük köməkdir:"Bu layihənin köməkliyi ilə Azərbaycan kənd təsərrüfatı məhsullarının Rusiya bazarlaırna çıxmasında Aqroekspressin böyük rolu var. Bu həm də vaxt, qiymət baxımından sahibkarlara böyük dayaqdır. Bu tədbirlər bizi daha da ruhlandırır, çalışacağıq ki, bundan sonra məhsullarımızın ixracını daha da artıraq".Qeyd edək ki, Astara stansiyasının “Aqroekspress” sürətli yükdaşımalar marşrutuna daxil edilməsi bu xidmətin Azərbaycanda miqyasının genişləndirilməsinə, habelə “Şimal-Cənub” Beynəlxalq Nəqliyat Dəhlizi çərçivəsində onun imkanlarını inkişaf etdirməyə yönəlmiş növbəti addımdır.“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Rusiya ilə Azərbaycan arasında nəqliyyat-iqtisadi əlaqələrin başlıca prioritetlərindən biridir və yükdaşımaların həcminin artırılması iki ölkə arasında qarşılıqlı ticarət əlaqələrinin genişləndirilməsinə əhəmiyyətli töhfə verir.Beləliklə, “Aqroekspress” qatarları iki ölkə arasında kənd təsərüfatı məhsullarının sürətli daşınmasını həyata keçirməklə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə ixrac həcmlərinin artırılmasında effektiv alətlərdən birinə çevrilib."Aqroekspress” layihəsi “Aliance Logistics” MMC şirkəti və “Rusiya Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “RJD Logistika” Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan-Rusiya Biznes Şurasının, “Rusiya İxrac Mərkəzi” Səhmdar Cəmiyyətinin, “Roseksimbank”ın, “Azərbaycan Dəmir Yolları” QSC-nin, “Rusiya Dəmir Yolları”nın dəstəyi ilə həyata keçirilir. “Aqroekspress” “RJD Logistika” və “Rusiya İxrac Mərkəzi” səhmdar cəmiyyətləri tərəfindən təqdim olunan, iki ölkə arasında sürətli qatarların köməyi ilə yüklərin çatdırılmasına yönəlmiş xüsusi xidmətdir. Bu layihə effektiv şəkildə qurulmuş ixrac-idxal loqistikası sayəsində imkan verir ki, yüklərin çatdırılma müddəti qısaldılsın və nəqliyyat xərcləri azaldılsın.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220213/eger-bu-bas-vermese-aqroekspressin-menasi-olmayacaq---qtisadci-439116764.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Rahim Muradov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427255823_400:0:1761:1361_100x100_80_0_0_b246b0bf66f2c844542938b0f12f2dc3.jpg
Rahim Muradov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427255823_400:0:1761:1361_100x100_80_0_0_b246b0bf66f2c844542938b0f12f2dc3.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/15/439410836_137:0:1577:1080_1920x0_80_0_0_7ea9c17b97db96b6c4b615c8713e5c4c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Rahim Muradov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427255823_400:0:1761:1361_100x100_80_0_0_b246b0bf66f2c844542938b0f12f2dc3.jpg
kəndlilərin gözü yolda qalmayacaq - azərbaycan-rusiya anlaşması nə vəd edir?
kəndlilərin gözü yolda qalmayacaq - azərbaycan-rusiya anlaşması nə vəd edir?
Kəndlilərin gözü yolda qalmayacaq - Azərbaycan-Rusiya anlaşması nə vəd edir?
Rusiyayla birgə icra olunan bu layihə haqda danışan sədr deyib ki, bu Rusiya dəmiryollarının şirkəti olan RJD loqistika şirkəti və "Aliance Logistics" MMC-nin ümumi layihəsidir.
BAKI, 21 fevral - Sputnik. "Aqroekspress" layihəsi çərçivəsində 20 vaqondan ibarət ikinci qatar yola düşüb. İlk qatar isə 10 gün öncə yola düşüb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu "Aliance Logistics" MMC-nin idarə heyətinin sədri Natiq Heydərov bu gün Rusiyaya "Aqroekspress" layihəsi çərçivəsində qatarların ikinci dəfə yolasalınması prosesi zamanı mediaya açıqlamasında deyib.
Rusiyayla birgə icra olunan bu layihə haqda danışan sədr deyib ki, bu, Rusiya dəmiryollarının şirkəti olan RJD loqistika şirkəti və "Aliance Logistics" MMC-nin ümumi layihəsidir:
"Bu layihə Rusiyada başlayıb. Layihəyə ilk qoşulan ölkələrdən biri Özbəkistan olub. Layihə bizdə maraq oyatdığından Rusiya tərəfi ilə danışıqlara başladıq, dövlət, xüsusən İqtisadiyyat Nazirliyi bizə layihəni icra etməkdə böyük dəstək oldu".
Qatarın Astaradan yola salınmasına gəlində sədr qeyd edib ki, bunun əsas səbəbi “Şimal-Cənub” dəhlizinin çox əhəmiyyətli olması ilə bağlıdır:
"Bu dəhliz Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin möhkəmlənməsi üçün, istehsalçılar üçün böyük imkan yaradan bir dəhlizdir. Bu səbəddən də ikinci qatarı Astaradan yola saldıq. Üçüncü qatarı Bakı şəhərindən Abşeron loqistik mərkəzindən göndərəcəyik. Məqsədimiz odur ki, istehsalçılar belə bir layihədən xəbərdar olsunlar, onun işlək olduğunu görsünlər, istədikləri an layihəyə qoşulsunlar".
O qeyd edib ki, bu gün göndərilən 20 vaqonda əsas yük kələm, almadır. Ümumilikdə isə 1000 tondan artıq yük göndərilib.
Layihənin əsas üstünlüyü nədir?
Sədr deyir ki, "Aqroekspress" ilk növbədə sürət, yaşıl dəhliz deməkdir: "Öncə göndərdiyimiz qatara 20 dəqiqəyə gömrükdən keçdi. Lakin görürsüz ki, son zamanlar minlərlə avtomobil sərhəddə dayanıb, keçidləri məhddudur".
Şirkətin ümumi fəaliyyəti, hədəfləri:
"Sədr qeyd edir ki, şirkət qısa müddətdə 100 vaqon alıb:
"Vaqonlar sentyabrın sonunda Bakıya gəlmişdi. Oktyabrdan artıq işləməyə başladıq. Bu qatarlar sürətli olduğundan, qısa müddətdə gedib-qayıtdığından biz hardasa 300-400 vaqonluq bir işi icra edə bilirik. Gələcəklə bağlı məqsədimiz vaqon parkını genişləndirməkdir. Hazırda biz 100 qapalı vaqon, 100 soyuduculu vaqon, 200-dək konteyner alınması ilə bağlı danışıqlar aparmışıq, meomorandum imzalanıb, bunları Rusiya tərəfindən alıb gətirəcəyik. Bu layihə istehsalçını həvəsləndirəcək, o yenə də əkəcək, məhsul yetişdirməyə çalışacaq".
Sahibkar Rüfət Qəhrəmanov deyir ki, "Aqroekspress" layihəsi sahibkarla üçün böyük köməkdir:
"Bu layihənin köməkliyi ilə Azərbaycan kənd təsərrüfatı məhsullarının Rusiya bazarlaırna çıxmasında Aqroekspressin böyük rolu var. Bu həm də vaxt, qiymət baxımından sahibkarlara böyük dayaqdır. Bu tədbirlər bizi daha da ruhlandırır, çalışacağıq ki, bundan sonra məhsullarımızın ixracını daha da artıraq".
Qeyd edək ki, Astara stansiyasının “Aqroekspress” sürətli yükdaşımalar marşrutuna daxil edilməsi bu xidmətin Azərbaycanda miqyasının genişləndirilməsinə, habelə “Şimal-Cənub” Beynəlxalq Nəqliyat Dəhlizi çərçivəsində onun imkanlarını inkişaf etdirməyə yönəlmiş növbəti addımdır.
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Rusiya ilə Azərbaycan arasında nəqliyyat-iqtisadi əlaqələrin başlıca prioritetlərindən biridir və yükdaşımaların həcminin artırılması iki ölkə arasında qarşılıqlı ticarət əlaqələrinin genişləndirilməsinə əhəmiyyətli töhfə verir.
Beləliklə, “Aqroekspress” qatarları iki ölkə arasında kənd təsərüfatı məhsullarının sürətli daşınmasını həyata keçirməklə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə ixrac həcmlərinin artırılmasında effektiv alətlərdən birinə çevrilib.
"Aqroekspress” layihəsi “Aliance Logistics” MMC şirkəti və “Rusiya Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “RJD Logistika” Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan-Rusiya Biznes Şurasının, “Rusiya İxrac Mərkəzi” Səhmdar Cəmiyyətinin, “Roseksimbank”ın, “Azərbaycan Dəmir Yolları” QSC-nin, “Rusiya Dəmir Yolları”nın dəstəyi ilə həyata keçirilir. “Aqroekspress” “RJD Logistika” və “Rusiya İxrac Mərkəzi” səhmdar cəmiyyətləri tərəfindən təqdim olunan, iki ölkə arasında sürətli qatarların köməyi ilə yüklərin çatdırılmasına yönəlmiş xüsusi xidmətdir. Bu layihə effektiv şəkildə qurulmuş ixrac-idxal loqistikası sayəsində imkan verir ki, yüklərin çatdırılma müddəti qısaldılsın və nəqliyyat xərcləri azaldılsın.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.