Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Əgər bu baş verməsə, "Aqroekspress"in mənası olmayacaq" - İqtisadçı

© Photo : Courtesy Trade Representative of Russia in AzerbaijanAzərbaycandan Rusiyaya ilk "Aqroekspress"in yola salınması
Azərbaycandan Rusiyaya ilk Aqroekspressin yola salınması - Sputnik Azərbaycan, 1920, 13.02.2022
Abunə olmaq
İqtisadçı yeni layihənin işə salınmasının köklü dəyisikliklərə səbəb olmayacağını hesab edir, çünki problem çatdırılmada deyil.
BAKI, 13 fevral - Sputnik. Rusiya bazarı Azərbaycanın qeyri-neft ixracı üçün ən perspektivli və Azərbaycanın hədəfləməli olduğu bazardır. Bu baxımdan, həmin istiqamətdə bütün qərarlar, o cümlədən çatdırılmanın sürətləndirilməsi ilə bağlı qərarlar müsbət qiymətləndirilməlidir.
Bu barədə iqtisadçı Elşad Məmmədov Sputnik Azərbaycan-a ölkəmizdən Rusiyaya ilk "Aqroexpress"-in göndərilməsi haqqında danışarkən deyib.

O qeyd edib ki, “Aqroexpress” layihəsinin işə salınmasının köklü dəyisikliklərə səbəb olmayacağını hesab edir, çünki problem çatdırılmada deyil:
"Əsas problem Azərbaycanda investisiya çatışmazlığıdır. Ölkəmiz hətta daxili bazar üçün kifayət qədər məhsul istehsal edə bilmir.
Bu gün Azərbaycanın daxili bazarında ciddi idxal asılılığı var. Bu vəziyyəti dəyişmək lazımdır. Ölkədə istehsalın artımını təmin etmək vacibdir. Bu problemi həll etmək üçün isə investisiyalar lazımdır".
"Ölkəmizdə elə bir istehsal qurulmalıdır ki, həm daxili, həm də xarici bazarlar üçün kifayət qədər məhsul olsun. Əgər bu baş verməsə, "Aqroekspress" və ya digər çatdırılma mexanizmi olmağına baxmayaraq, mənası az olacaq", - iqtisadçı yekunlaşdırıb.
Профессор UNEC, замдиректора Русской школы экономики Эльшад Мамедов   - Sputnik Azərbaycan
Elşad Məmmədov
İqtisadçı
Qeyd edək ki, fevralın 12-də Azərbaycanda “Aqroekspress” layihəsinin icra olunması çərçivəsində Ləcət stansiyasında ilk yük qatarının təntənəli göndərilmə mərasimi baş tutub.
Mərasimdə bildirilib ki, “Aqroekspress” layihəsi Azərbaycan-Rusiya İşgüzar Şurası, “Rusiya İxrac Mərkəzi” SC (RİM), “Roseksimbank” SC, “Azərbaycan Dəmir Yolları” QSC, “RDY” ASC-nin dəstəyi ilə “Alliance Logistics” MMC və “RDY Logistika” SC tərəfindən həyata keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun:
* Azərbaycandan Rusiyaya ilk “Aqroekspress” göndərildi
Xəbər lenti
0