CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hidrometeoroloqlar hava proqnozu verəndə Allahın işinə qarışır? - Firudin Qurbansoy

© Sputnik / Shahperi AbbasovaFilologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy
Filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy - Sputnik Azərbaycan, 1920, 21.02.2022
Abunə olmaq
Astroloq: Mübariz Qurbanlı demişdi ki, "falçılıq qadağan olunub, harada görsələr cəzalanacaqlar". Dedim ki, İçəri şəhərdə nə qədər falçı var, siyahısını verim, cəzalandırın. Cavab gəlmədi. Deməli burada başqa manevrlər var.
BAKI, 21 dekabr — Sputnik. Azərbaycanda Media haqqında hazırlanan qanunda parapsixologiya, ekstrasens, medium, mövhumatçılıq və ya digər xürafələrin təbliğinə yol verilməməlidir. Amma elə insanlar var ki, onlar işlərini ulduz falına uyğun qururlar. Bu qanun onlara necə təsir edə bilər?
Psixoloq Samirə Abdullayeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu gün insanlar məlumatları təkcə KİV-dən almır. Astroloji məlumat almaq istəyən gedib sosial mediyadan, xarici KİV-dən alacaq:
"Bu baxımdan inanmıram ki, insanlara təsir etsin. Təbii ki, hər şeydən bəhanə axtarıb depressiyaya düşən insanlar da var. Melanxolik insanlar (ən çətin ünsiyyət yaradılan insan tipidir - red.) nüans axtarırlar ki, depressiyaya düşsünlər. Bu, onların psixoloji durumundan, özgüvənsizliyindən qaynaqlanır".
Filologiya üzrə fəlsəfə doktoru, astroloq, Firudin Qurbansoy bildirir ki, bu gün Azərbaycan mühitində bu elmi genişləndirmək üçün, yaymaq üçün şərait yoxdur:

"Hər kəs öz bacarığı hesabına, bildiyi dillər sferasında bu elmi öyrənmək istəyir. Amma bu elmi 1 aya, 1 ilə öyrənmək mümkün deyil. Bunu öyrənmək üçün gərək ömrünü sərf edəsən. Əfsuslar olsun ki, bu elmi savadsız din xadimləri və jurnalistlər gözdən salmaq istədilər və buna nail oldular. Savadsız din adamları deyirlər ki, "bu, Allahın işinə qarışmaqdır". Məgər başqa sahələrdə proqnoz yoxur? Məsələn, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti hava proqnozu verirlər. Onlar Allahın işinə qarışmış olurlar? Onda hidrometeoroloqlar heç bir məlumat verməsinlər, iqtisadçılar da heç bir proqnoz verməsinlər".

10 ildən artıqdır ki, bu sahədən uzaqlaşan Qurbansoyun sözlərinə görə, Qurani-Kərimdə də ayələr var ki, orada da astrologiyanın tərəfindədir:
"Bir jurnalist mənə sual vermişdi ki, "siz günah etmirsiniz? Siz qeybdən xəbər verirsiniz". Mən də cavabımda bildirdim ki, müqəddəs kitabımızda da bununla bağlı ayələr var".
Müsahibimiz bu qərarı dəstəklədiyini söylədi:
"Çünki, KİV-lər internetdən götürüb tərcümə edirlər. Amma bu, düz gəlməyəcək. Çünki, hər bir ərazininin özününü astroloji qatları var. Bunu nəzərə almadan məlumat vermək doğru deyil".
Tanınmış astroloq Səbuhi Rəhimli bildirir ki, Azərbaycanda astroloq demək olar ki, yoxdur. Əgər bu qanun insanların saflaşmasına xidmət edirsə, onda gərək çox şeyə qadağa qoyalar:
"Qəzetlər, televiziyalar astrolji məlumatlar verirlər. Deməli, onlar bunu özlərindən yazırlar. Bu baxımından bu qərarı dəstəkləyirəm. Amma ümumən bu qərar nəyə xidmət edir, onu anlamıram. Efirə falçıları çıxarırlar, qaraskop adı ilə efirə uyğun olmayan söhbətlər edirlər. Üzdəniraq insanlar çıxırlar onları qəhrəman kimi göstərirlər. Bəs niyə onlara qadağa qoyulmur?".
© Sputnik / Murad OrujovAstroloq Səbuhi Rəhimli
Astroloq Səbuhi Rəhimli - Sputnik Azərbaycan, 1920, 20.02.2022
Astroloq Səbuhi Rəhimli
S. Rəhimli əlavə edir ki, astroloji məlumatlar bütün dünyada var:
"Ondansa televiziyalarda ucuz skandal şouları yığışdırsınlar. Onun əvəzinə maarifləndirici verilişlər versinlər".
Astroloq hesab edir ki, Media haqqında qanun baş qatmaq üçündür:
"Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı demişdi ki, "falçılıq qadağan olunub, harada görsələr cəzalanacaqlar". Dedim ki, İçəri şəhərdə nə qədər falçı var, siyahısını verim, cəzalandırın. Cavab gəlmədi, deməli burada başqa manevrlər var. Dediyim odur ki, bu qərarın mənə heç bir istisi-soyuğu yoxdur".
Ötən əsrin 90-cı illərindən bu yana proqnoz verən həmsöhbətimiz bildirir ki, həmin proqnozları çox az hissəsi səhv çıxıb:
"Biz verdiyimiz proqnozun elmi izahını verə bilirik. Mən media ilə məşğulam. Təbii ki, astroloji xətt də mənim yaradıcılığımın əsasını təşkil edir. Bir zaman bütün efirlərdə ekstrasenslərin yarışması keçirilirdi, xəstəlik kimi yayılmışdı. Yaxşı, bəs niyə o zamanlar bu qadağanı qoymurdular? Buna görə pul qazanmıram. Mən sadəcə qonorar alıram".
Həmçinin oxuyun:
Jurnalistlərin ictimai nəqliyyatdan pulsuz istifadə etməsi təklif olunub
"Media haqqında" yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib
Xəbər lenti
0