https://sputnik.az/20220219/solcu-elita-proletariati-sixisdirir-439316743.html
Solçu elita proletariatı sıxışdırır
Solçu elita proletariatı sıxışdırır
Sputnik Azərbaycan
İnsanların kütləvi dəstəyi olmasaydı, "Azadlıq karvanı" çoxdan məhv olmuşdu: həftələrlə yük maşınında yaşamaq asan iş deyil. 19.02.2022, Sputnik Azərbaycan
2022-02-19T07:44+0400
2022-02-19T07:44+0400
2022-02-19T07:44+0400
kanada
yazarlar
covid-19
etiraz
məhdudiyyət
yük maşını
sürücülər
https://cdnn1.img.sputnik.az/img/07e6/02/12/439314735_0:130:3073:1858_1920x0_80_0_0_282d56e0c2bcb15ff3880e954e174242.jpg
BAKI, 19 fevral — Sputnik. Qərb mediası "Ukraynada müharibə" barədə feyk xəbərlər yaydığı bir vaxtda bu ölkələrin özündə sinfi mübarizənin növbəti mərhələsi başlayıb. Ukrayna məzhəkəsindən fərqli olaraq, burada məsələ ciddidir: şəhərlərdə çoxminlik etirazlar, polisin hədə-qorxuları, repressiyalar, fəalların təqib olunması, hərəkatın beynəlxalq xarekter alması. Bu dəfə etirazçılar "Azadlıq karvanı" şüarı altında birləşiblər. Ətraflı - RİA Novosti-nin materialında.Hərəkat yanvarın sonunda Kanadada başlayıb. Yerli uzaq məsafəyə yük daşıyan sürücülərin qəzəbinə səbəb hökumətin ABŞ-la sərhəddə peyvənd sertifikatı tələb etməsi və sertifikatı olmayanların iki həftəlik karantinə göndərilməsi olub. Nəticədə yük maşını sürücüləri bir araya gələrək ölkə boyunca "böyük gəzintiyə" çıxıblar.Yanvarın 23-də yüzlərlə yük maşını sürücüsü etiraz aksiyası keçirmək üçün Ottavaya üz tutub.Baş nazir Castin Trüdo bir neçə gün dalbadal ağzı köpüklənə-köpüklənə sürücüləri asıb-kəsərək onları "marginal" və "peyvənd əleyhdarları" adlandırıb. Deyəsən, baş nazir polisin etirazçıların qarşısını ala biləcəyinə ümid bəsləyirdi. Ancaq dövlət başçısı etirazçıların Ottavaya çatmalarına az qaldığını biləndə ailəsini də götürüb bunkerdə gizləndi.Aydındır ki, hər kəs Lukaşenko kimi ola bilməz. Sinəsini irəli verərək, əlində Kalaşnikovla ölkəsini müdafiə etmək hər igidin hünəri deyil. Saakaşvili belə vətəndaş etirazları ilə üzləşəndə daha cəsarətli davranmışdı.Üstəlik, kanadalı yük maşını sürücüləri heç nəyi vurub-qırmayacaqlarını və hökuməti yıxmaq fikrində olmadıqlarını əvvəlcədən bəyan etmişdilər. Onlar ki "Black Lives Matter" deyillər, bir vətəndaş kimi tamamilə konkret tələblərlə dinc etiraz aksiyası keçirirlər. Bir sözlə, Trüdonun ailəsi ilə birgə aradan çıxması çox pis təsir bağışladı.Ottavaya çatan sürücülər şəhərin mərkəzi küçələrində düşərgə saldılar. Əlbəttə ki, bu, şəhərdə hərəkəti çətinləşdirdi, amma qəribə bir şey oldu - şəhər sakinləri onları yedizdirib-içizdirməyə və benzinlə təmin etməyə başladılar.İnsanların kütləvi dəstəyi olmasaydı, "Azadlıq karvanı" çoxdan məhv olmuşdu: həftələrlə yük maşınında, üstəlik ailə ilə birlikdə yaşamaq asan iş deyil.Adamlar yuyunmaq, yatmaq üçün sürücüləri evlərinə dəvət edir, onlara qucaq-qucaq yemək, kanistrlərlə yanacaq gətrirdilər. Polis isə aksiya iştirakçılarını tutmaq əvəzinə, əmrə məhəl qoymadan onlara kömək edirdi.Yanvarın 31-də yük maşınları ABŞ və Kanada arasındakı sərhədə doğru hərəkət edərək iki ölkəni birləşdirən sərhəd keçidlərini, magistral yolları və körpüləri bir-birinin ardınca tutmağa başladı. Bu blokadanın iqtisadi miqyasını təsəvvür etmək çətindir. Təkcə Ambassador körpüsü vasitəsilə ABŞ Kanadaya Yaponiyaya göndərdiyi qədər mal ötürür. Kanada biznesi üçün də ABŞ ən böyük bazar hesab olunur. Və bütün bu ticarət əlaqələri Qordi düyünü kimi dolaşdı. Amma nə qədər qəribə də olsa, xalq yük maşını sürücülərinin inqilabını dəstəkləməyə davam edirdi.Yanvarın 31-nə kimi hərəkatın hesabına doqquz milyon dollardan (Kanada dolları) çox vəsait daxil olub. Bəs hakimiyyət necə hərəkət etdi? Bəli, yığılan vəsaitin "Azadlıq karvanı"na gedib çatmaması üçün kraudfandinq platformasına birbaşa qadağa qoydu.Bundan sonra ümumiyyətlə, pinoçetizm başladı. "Karvan"a ianə verən vətəndaşlarla bağlı məlumatlar açıqlanaraq dərc olundu və indi həmin şəxsləri cərimə, bank hesablarının bloklanması gözləyir. Sürücülərə verilən bir kanistr benzinə görə də cərimə və iki ilə qədər həbs cəzası nəzərdə tutulub. Artıq həbslər başlayıb.Castin Trüdo, nəhayət, bunkerdən çıxdı - ancaq ölkədə fövqəladə vəziyyət elan etmək üçün. Bunu nəzakətlə "fövqəladə vəziyyətlər haqqında qanun" adlandırırlar, lakin mahiyyət etibarilə bu, repressiyaları, məhkəməsiz hökmləri və ordunun siyasi rəqiblərə qarşı istifadəsini nəzərdə tutur. Kanada tarixində belə bir qanun yalnız bircə dəfə, elə Castin Trüdonun baş nazir olan atası tərəfindən tətbiq edilib. Həmin vaxt, 1970-ci ildə Kvebek silah gücünə Kanadadan ayrılmağa cəhd göstərmişdi.Bütün vicdansız mətbuat bir ağızdan "Azadlıq karvanı"nı qınamaqla məşğuldur. Orada dərhal mizoginistlər, irqçilər, millətçilər, supremasistlər və hətta (buna inanmayacaqsınız) seks çatışmazlığından əziyyət çəkən, qəm-kədərini sosial şəbəkələrdə bölüşən kişilər də tapıldı!Bu nə qeyz, nə hiddətdir belə? Başqa vaxt axı bütün Kanada elitası Trotskinin özündən belə daha solçudur! Bərabər hüquqlar və azlıqlar üçün gecə-gündüz əlləşib-vuruşur. Amma indi onun əsas müştərisi — klassik proletariat məhv olmuş və lümpenizasiyaya məruz qalmış xırda burjuaziyanın dəstəyi ilə sinfi qarşıdurma meydanına çıxıb. Və həmin elita rotveyler sürüsü kimi onun üstünə atılır.Bu təbliğatın isteriyası, təbii ki, qorxu ilə izah olunur: etirazlar qeyri-adi dərəcədə sosial genişliyi ilə seçilir. "Azadlıq karvanı"nı müəllimlər və fəhlələr, odunçular və balıqçılar, kiçik biznes sahibləri və fermerlər, bir sözlə, demək olar ki, hamı dəstəkləyir.Bununla belə, tamamilə aydındır ki, hər şeyin başlanğıcı olan peyvənd sertifikatları sadəcə, ilkin bəhanə idi. Kanada peyvənd olunanların sayına görə dünya liderlərindən biridir. Elə uzaq məsafəyə yük daşıyan sürücülərin də 85-90 faizi peyvənd olunub.Yox, etirazçılar iynədən yox, tamam başqa şeydən qorxurlar. Onlar görürlər ki, pandemiya bəzi dairələr üçün artıq gündəlik həyat tərzini və məişət rifahını demək olar ki, tamamilə məhv edən inzibati tədbirləri həyata keçirmək üçün bir fürsətə çevrilib.Ölkə iki ilə yaxındır ki, məhdudiyyətlərlə yaşayır. Kiçik biznes iflasa uğrayıb. Maska rejimi və COVID pasportları qalanlarının da axırına çıxıb. Kanada ilə ABŞ arasında hərəkət, yüklərin daşınması süni şəkildə, hakimiyyətin qərarları ilə yavaşıdılır.İnsanlar "COVID məhdudiyyətlərinin" onları işsiz qoyduğunu, tədarük zəncirlərini pozduğunu və qiymətləri artırdığını gördülər. Hakimiyyətdəkilər günahı pandemiyanın üstünə yıxır, halbuki bütün qərarları onlar özləri veriblər. Məhz ölkə hökuməti bilərəkdən qıtlıq yaradaraq logistikanı məhv edib. Bütün bunların əvəzini isə sadə vətəndaşlar ödəməli olublar.Rəsmi şəxslər ölkədə inflyasiya ilə bağlı müxtəlif rəqəmlər irəli sürürlər, amma fakt budur ki, artıq payızda kanadalıların yarısı ət ala bilmədiklərini etiraf ediblər. Bu il qiymət artımının yeni mərhələsi planlaşdırılır.Avropa qitəsində və ABŞ-da da eyni mənzərə müşahidə olunur. "Azadlıq karvanı" ideyasının oralarda kütləvi hal alması heç də təəccüblü deyil. ABŞ-da bu hərəkatı respublikaçılar dəstəkləyirlər. Tramplar - ata və oğul.Avropada yük maşını sürücüləri "sarı jiletlilər"ə qoşularaq birlikdə şəhərləri mühasirəyə almağa və COVID məhdudiyyətlərinə etiraz etməyə çalışırlar. Fevral ayında on minlərlə insan Parisdə, Brüsseldə, Biarritsdə və Larnakada "bizim və sizin azadlığınız üçün" mübarizəyə qoşulub. "Azadlıq karvanı" etiraz aksiyaları Avstraliyada və Yeni Zelandiyada da keçirilir.Hakimiyyət də eyni şəkildə reaksiya verir: həbslər, cərimələr, su şırnaqları, gözyaşardıcı qaz. Fransa Xarici İşlər Nazirliyi dövlət katibi Kleman Bon hərəkatı "utanc və eqoizm karvanı" adlandırıb. Təbliğat protestantlara peyvənd əleyhdarları damğası vurmağa çalışır. Hərçənd artıq hamıya aydındır ki, söhbət heç də peyvənddən getmir, sadəcə olaraq pandemiya bəhanəsi ilə keçmiş "qızıl milyard"ın əhalisini işdən, gəlirdən, əmlakdan və meydanlara çıxıb hakimiyyəti baş verənlərə görə cavab verməyə çağırmaq da daxil olmaqla bütün hüquqlardan məhrum edirlər."Azadlıq karvanı" qismən öz məqsədlərinə nail ola bildi. Kanadada, Almaniyada, Avstriyada yavaş-yavaş ən mənasız COVID məhdudiyyətlərini ləğv etməyə başlayıblar. Bununla belə, biz dəfələrlə Qərb elitalarının ən müxtəlif etiraz aksiyalarını necə məharətlə yatırdıqlarının şahidi olmuşuq. Bir vaxtlar dünyaya səs salan "Occupy Wall street" indi haradadır? Ən varlı bir faizə qarşı hərəkatın başına nə iş gəldi? 2012-ci ildə Afinanı darmadağın edən və ya təxminən bir il bundan əvvəl Vaşinqtondakı Kapitoliyə basqın edən etirazçılar hara yoxa çıxdılar? Başqaları yoxdur, onlar isə... dəmir barmaqlıqlar arxasındadır.Ən qatı marksistlər, yəqin, deyərdilər ki, "Azadlıq karvanı" təşkilatsızlıq və aydın siyasi məqsədlərdən məhrumdur. Amma düzünü desək, bu vəziyyət Marksın yatsa, yuxusuna da girməzdi. Onun dövründə hər şey aydın idi. Proletariat səkidən çıxardığı daşlarla çarı və ya kralı taxtından salmağa gedirdi. İqtidar var idi, yaxında idi: hasarın qızılı dəmir barmaqlıqlarının və ya karetin pəncərəsinin arxasında idi, əlini uzatsan, çatardı.Amma bu gün proletariat, lümpenlər və onlara qoşulmuş keçmiş orta təbəqə hansısa gözəgörünməz düşmənlə vuruşur. Kanada taxtını atasından miras almış Castin Trüdonu əsl siyasətçi hesab etmək olmaz axı. Yaxud Fransa Rotşildləri tərəfindən prezidentliyə namizədliyi irəli sürülən Emmanuel Makronu. Bunlar asanca dəyişdirilə bilən marionetlərdir. Görün, Ukraynada onların neçəsi hakimiyyətə gəlib-gedib - nə olsun ki? Kütlələrin yoxsullaşması tendensiyası aradan qalxıbmı? Bu tendensiya qlobal xarakter daşıyır və ona qarşı yalnız həqiqətən suveren olan dövlətlər mübarizə apara bilər.Bu tendensiyanı kim həyata keçirir, hansı inzibati resurslardan istifadə edir, planetin ən zəngin ölkələrinin hökumətlərinin fəaliyyətini heyrətamiz şəkildə koordinasiya etməyə necə nail olurlar? Bütün bunlar, əlbəttə ki, dövrümüzün ən çox maraq doğuran məsələləridir. İqtisadiyyata "dağıdıcı" təsir göstərilməsi, tədarük zəncirlərini qırılması, süni şəkildə qıtlıq yaradılması kimlərəsə sərf edir axı. Kimlərsə bundan qazanc əldə edir. Və kütlə bu "naməlum ataları" tapmayana qədər hər hansı bir etirazın nəticəsi olmayacaq.COVID məhdudiyyətləri isə adi ümumi sağlamlıq tədbiridir. Normal demokratik ölkələrdə geniş müzakirə olunur. Məsələn, iki ay bundan əvvəl Rusiya əhli QR-kod məsələsini sivil qaydada müzakirə edərək dəstəkləmədi. Olsun... Dövlət Duması da bu məsələ ilə bağlı qanun layihəsini qəbul etmədi və həyat öz axarında davam etdi. Hakimiyyət nümayəndədlərinin seçiciləri qarşısındakı məsuliyyətini dərk edən demokratik ölkələrdə belə də olmalıdır."Qızıl milyard"ın bütün ölkələrində COVID diktaturası - böyük məbləğdə cərimələr, həbslər, peyvənd olunmayanlar üçün faktiki ev dustaqlığı - insanlara qarşı açıq, nümayişkaranə şəkildə hörmətsizliklə tətbiq edilib. Bir vaxtlar planetin ən zənginləri olan ölkələrdə kasıb elektorat da məhz buna etiraz edir.Bəli, bir vaxtlar onları "qızıl milyard" adlandırırdılar... Amma indi bu nə qədər də ironik səslənir...
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Viktoriya Nikiforova
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/1d/425334940_0:-1:150:150_100x100_80_0_0_fcc66cc062b3b16f895954dd9042b485.jpg
Viktoriya Nikiforova
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/1d/425334940_0:-1:150:150_100x100_80_0_0_fcc66cc062b3b16f895954dd9042b485.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/12/439314735_163:0:2894:2048_1920x0_80_0_0_17c61fbec5312c11e8700f2cd6451da8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Viktoriya Nikiforova
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/1d/425334940_0:-1:150:150_100x100_80_0_0_fcc66cc062b3b16f895954dd9042b485.jpg
yük maşını sürücüləri və "azadlıq karvanı"nın başına gələnlər
yük maşını sürücüləri və "azadlıq karvanı"nın başına gələnlər
Solçu elita proletariatı sıxışdırır
İnsanların kütləvi dəstəyi olmasaydı, "Azadlıq karvanı" çoxdan məhv olmuşdu: həftələrlə yük maşınında yaşamaq asan iş deyil.
BAKI, 19 fevral — Sputnik. Qərb mediası "Ukraynada müharibə" barədə feyk xəbərlər yaydığı bir vaxtda bu ölkələrin özündə sinfi mübarizənin növbəti mərhələsi başlayıb. Ukrayna məzhəkəsindən fərqli olaraq, burada məsələ ciddidir: şəhərlərdə çoxminlik etirazlar, polisin hədə-qorxuları, repressiyalar, fəalların təqib olunması, hərəkatın beynəlxalq xarekter alması. Bu dəfə etirazçılar "Azadlıq karvanı" şüarı altında birləşiblər. Ətraflı - RİA Novosti-nin
materialında.
Hərəkat yanvarın sonunda Kanadada başlayıb. Yerli uzaq məsafəyə yük daşıyan sürücülərin qəzəbinə səbəb hökumətin ABŞ-la sərhəddə peyvənd sertifikatı tələb etməsi və sertifikatı olmayanların iki həftəlik karantinə göndərilməsi olub. Nəticədə yük maşını sürücüləri bir araya gələrək ölkə boyunca "böyük gəzintiyə" çıxıblar.
Yanvarın 23-də yüzlərlə yük maşını sürücüsü etiraz aksiyası keçirmək üçün Ottavaya üz tutub.
Baş nazir Castin Trüdo bir neçə gün dalbadal ağzı köpüklənə-köpüklənə sürücüləri asıb-kəsərək onları "marginal" və "peyvənd əleyhdarları" adlandırıb. Deyəsən, baş nazir polisin etirazçıların qarşısını ala biləcəyinə ümid bəsləyirdi. Ancaq dövlət başçısı etirazçıların Ottavaya çatmalarına az qaldığını biləndə ailəsini də götürüb bunkerdə gizləndi.
Aydındır ki, hər kəs Lukaşenko kimi ola bilməz. Sinəsini irəli verərək, əlində Kalaşnikovla ölkəsini müdafiə etmək hər igidin hünəri deyil. Saakaşvili belə vətəndaş etirazları ilə üzləşəndə daha cəsarətli davranmışdı.
Üstəlik, kanadalı yük maşını sürücüləri heç nəyi vurub-qırmayacaqlarını və hökuməti yıxmaq fikrində olmadıqlarını əvvəlcədən bəyan etmişdilər. Onlar ki "Black Lives Matter" deyillər, bir vətəndaş kimi tamamilə konkret tələblərlə dinc etiraz aksiyası keçirirlər. Bir sözlə, Trüdonun ailəsi ilə birgə aradan çıxması çox pis təsir bağışladı.
Ottavaya çatan sürücülər şəhərin mərkəzi küçələrində düşərgə saldılar. Əlbəttə ki, bu, şəhərdə hərəkəti çətinləşdirdi, amma qəribə bir şey oldu - şəhər sakinləri onları yedizdirib-içizdirməyə və benzinlə təmin etməyə başladılar.
İnsanların kütləvi dəstəyi olmasaydı, "Azadlıq karvanı" çoxdan məhv olmuşdu: həftələrlə yük maşınında, üstəlik ailə ilə birlikdə yaşamaq asan iş deyil.
Adamlar yuyunmaq, yatmaq üçün sürücüləri evlərinə dəvət edir, onlara qucaq-qucaq yemək, kanistrlərlə yanacaq gətrirdilər. Polis isə aksiya iştirakçılarını tutmaq əvəzinə, əmrə məhəl qoymadan onlara kömək edirdi.
Yanvarın 31-də yük maşınları ABŞ və Kanada arasındakı sərhədə doğru hərəkət edərək iki ölkəni birləşdirən sərhəd keçidlərini, magistral yolları və körpüləri bir-birinin ardınca tutmağa başladı. Bu blokadanın iqtisadi miqyasını təsəvvür etmək çətindir. Təkcə Ambassador körpüsü vasitəsilə ABŞ Kanadaya Yaponiyaya göndərdiyi qədər mal ötürür. Kanada biznesi üçün də ABŞ ən böyük bazar hesab olunur. Və bütün bu ticarət əlaqələri Qordi düyünü kimi dolaşdı. Amma nə qədər qəribə də olsa, xalq yük maşını sürücülərinin inqilabını dəstəkləməyə davam edirdi.
Yanvarın 31-nə kimi hərəkatın hesabına doqquz milyon dollardan (Kanada dolları) çox vəsait daxil olub. Bəs hakimiyyət necə hərəkət etdi? Bəli, yığılan vəsaitin "Azadlıq karvanı"na gedib çatmaması üçün kraudfandinq platformasına birbaşa qadağa qoydu.
Bundan sonra ümumiyyətlə, pinoçetizm başladı. "Karvan"a ianə verən vətəndaşlarla bağlı məlumatlar açıqlanaraq dərc olundu və indi həmin şəxsləri cərimə, bank hesablarının bloklanması gözləyir. Sürücülərə verilən bir kanistr benzinə görə də cərimə və iki ilə qədər həbs cəzası nəzərdə tutulub. Artıq həbslər başlayıb.
Castin Trüdo, nəhayət, bunkerdən çıxdı - ancaq ölkədə fövqəladə vəziyyət elan etmək üçün. Bunu nəzakətlə "fövqəladə vəziyyətlər haqqında qanun" adlandırırlar, lakin mahiyyət etibarilə bu, repressiyaları, məhkəməsiz hökmləri və ordunun siyasi rəqiblərə qarşı istifadəsini nəzərdə tutur. Kanada tarixində belə bir qanun yalnız bircə dəfə, elə Castin Trüdonun baş nazir olan atası tərəfindən tətbiq edilib. Həmin vaxt, 1970-ci ildə Kvebek silah gücünə Kanadadan ayrılmağa cəhd göstərmişdi.
Bütün vicdansız mətbuat bir ağızdan "Azadlıq karvanı"nı qınamaqla məşğuldur. Orada dərhal mizoginistlər, irqçilər, millətçilər, supremasistlər və hətta (buna inanmayacaqsınız) seks çatışmazlığından əziyyət çəkən, qəm-kədərini sosial şəbəkələrdə bölüşən kişilər də tapıldı!
Bu nə qeyz, nə hiddətdir belə? Başqa vaxt axı bütün Kanada elitası Trotskinin özündən belə daha solçudur! Bərabər hüquqlar və azlıqlar üçün gecə-gündüz əlləşib-vuruşur. Amma indi onun əsas müştərisi — klassik proletariat məhv olmuş və lümpenizasiyaya məruz qalmış xırda burjuaziyanın dəstəyi ilə sinfi qarşıdurma meydanına çıxıb. Və həmin elita rotveyler sürüsü kimi onun üstünə atılır.
Bu təbliğatın isteriyası, təbii ki, qorxu ilə izah olunur: etirazlar qeyri-adi dərəcədə sosial genişliyi ilə seçilir. "Azadlıq karvanı"nı müəllimlər və fəhlələr, odunçular və balıqçılar, kiçik biznes sahibləri və fermerlər, bir sözlə, demək olar ki, hamı dəstəkləyir.
Bununla belə, tamamilə aydındır ki, hər şeyin başlanğıcı olan peyvənd sertifikatları sadəcə, ilkin bəhanə idi. Kanada peyvənd olunanların sayına görə dünya liderlərindən biridir. Elə uzaq məsafəyə yük daşıyan sürücülərin də 85-90 faizi peyvənd olunub.
Yox, etirazçılar iynədən yox, tamam başqa şeydən qorxurlar. Onlar görürlər ki, pandemiya bəzi dairələr üçün artıq gündəlik həyat tərzini və məişət rifahını demək olar ki, tamamilə məhv edən inzibati tədbirləri həyata keçirmək üçün bir fürsətə çevrilib.
Ölkə iki ilə yaxındır ki, məhdudiyyətlərlə yaşayır. Kiçik biznes iflasa uğrayıb. Maska rejimi və COVID pasportları qalanlarının da axırına çıxıb. Kanada ilə ABŞ arasında hərəkət, yüklərin daşınması süni şəkildə, hakimiyyətin qərarları ilə yavaşıdılır.
İnsanlar "COVID məhdudiyyətlərinin" onları işsiz qoyduğunu, tədarük zəncirlərini pozduğunu və qiymətləri artırdığını gördülər. Hakimiyyətdəkilər günahı pandemiyanın üstünə yıxır, halbuki bütün qərarları onlar özləri veriblər. Məhz ölkə hökuməti bilərəkdən qıtlıq yaradaraq logistikanı məhv edib. Bütün bunların əvəzini isə sadə vətəndaşlar ödəməli olublar.
Rəsmi şəxslər ölkədə inflyasiya ilə bağlı müxtəlif rəqəmlər irəli sürürlər, amma fakt budur ki, artıq payızda kanadalıların yarısı ət ala bilmədiklərini etiraf ediblər. Bu il qiymət artımının yeni mərhələsi planlaşdırılır.
Avropa qitəsində və ABŞ-da da eyni mənzərə müşahidə olunur. "Azadlıq karvanı" ideyasının oralarda kütləvi hal alması heç də təəccüblü deyil. ABŞ-da bu hərəkatı respublikaçılar dəstəkləyirlər. Tramplar - ata və oğul.
Avropada yük maşını sürücüləri "sarı jiletlilər"ə qoşularaq birlikdə şəhərləri mühasirəyə almağa və COVID məhdudiyyətlərinə etiraz etməyə çalışırlar. Fevral ayında on minlərlə insan Parisdə, Brüsseldə, Biarritsdə və Larnakada "bizim və sizin azadlığınız üçün" mübarizəyə qoşulub. "Azadlıq karvanı" etiraz aksiyaları Avstraliyada və Yeni Zelandiyada da keçirilir.
Hakimiyyət də eyni şəkildə reaksiya verir: həbslər, cərimələr, su şırnaqları, gözyaşardıcı qaz. Fransa Xarici İşlər Nazirliyi dövlət katibi Kleman Bon hərəkatı "utanc və eqoizm karvanı" adlandırıb. Təbliğat protestantlara peyvənd əleyhdarları damğası vurmağa çalışır. Hərçənd artıq hamıya aydındır ki, söhbət heç də peyvənddən getmir, sadəcə olaraq pandemiya bəhanəsi ilə keçmiş "qızıl milyard"ın əhalisini işdən, gəlirdən, əmlakdan və meydanlara çıxıb hakimiyyəti baş verənlərə görə cavab verməyə çağırmaq da daxil olmaqla bütün hüquqlardan məhrum edirlər.
"Azadlıq karvanı" qismən öz məqsədlərinə nail ola bildi. Kanadada, Almaniyada, Avstriyada yavaş-yavaş ən mənasız COVID məhdudiyyətlərini ləğv etməyə başlayıblar. Bununla belə, biz dəfələrlə Qərb elitalarının ən müxtəlif etiraz aksiyalarını necə məharətlə yatırdıqlarının şahidi olmuşuq. Bir vaxtlar dünyaya səs salan "Occupy Wall street" indi haradadır? Ən varlı bir faizə qarşı hərəkatın başına nə iş gəldi? 2012-ci ildə Afinanı darmadağın edən və ya təxminən bir il bundan əvvəl Vaşinqtondakı Kapitoliyə basqın edən etirazçılar hara yoxa çıxdılar? Başqaları yoxdur, onlar isə... dəmir barmaqlıqlar arxasındadır.
Ən qatı marksistlər, yəqin, deyərdilər ki, "Azadlıq karvanı" təşkilatsızlıq və aydın siyasi məqsədlərdən məhrumdur. Amma düzünü desək, bu vəziyyət Marksın yatsa, yuxusuna da girməzdi. Onun dövründə hər şey aydın idi. Proletariat səkidən çıxardığı daşlarla çarı və ya kralı taxtından salmağa gedirdi. İqtidar var idi, yaxında idi: hasarın qızılı dəmir barmaqlıqlarının və ya karetin pəncərəsinin arxasında idi, əlini uzatsan, çatardı.
Amma bu gün proletariat, lümpenlər və onlara qoşulmuş keçmiş orta təbəqə hansısa gözəgörünməz düşmənlə vuruşur. Kanada taxtını atasından miras almış Castin Trüdonu əsl siyasətçi hesab etmək olmaz axı. Yaxud Fransa Rotşildləri tərəfindən prezidentliyə namizədliyi irəli sürülən Emmanuel Makronu. Bunlar asanca dəyişdirilə bilən marionetlərdir. Görün, Ukraynada onların neçəsi hakimiyyətə gəlib-gedib - nə olsun ki? Kütlələrin yoxsullaşması tendensiyası aradan qalxıbmı? Bu tendensiya qlobal xarakter daşıyır və ona qarşı yalnız həqiqətən suveren olan dövlətlər mübarizə apara bilər.
Bu tendensiyanı kim həyata keçirir, hansı inzibati resurslardan istifadə edir, planetin ən zəngin ölkələrinin hökumətlərinin fəaliyyətini heyrətamiz şəkildə koordinasiya etməyə necə nail olurlar? Bütün bunlar, əlbəttə ki, dövrümüzün ən çox maraq doğuran məsələləridir. İqtisadiyyata "dağıdıcı" təsir göstərilməsi, tədarük zəncirlərini qırılması, süni şəkildə qıtlıq yaradılması kimlərəsə sərf edir axı. Kimlərsə bundan qazanc əldə edir. Və kütlə bu "naməlum ataları" tapmayana qədər hər hansı bir etirazın nəticəsi olmayacaq.
COVID məhdudiyyətləri isə adi ümumi sağlamlıq tədbiridir. Normal demokratik ölkələrdə geniş müzakirə olunur. Məsələn, iki ay bundan əvvəl Rusiya əhli QR-kod məsələsini sivil qaydada müzakirə edərək dəstəkləmədi. Olsun... Dövlət Duması da bu məsələ ilə bağlı qanun layihəsini qəbul etmədi və həyat öz axarında davam etdi. Hakimiyyət nümayəndədlərinin seçiciləri qarşısındakı məsuliyyətini dərk edən demokratik ölkələrdə belə də olmalıdır.
"Qızıl milyard"ın bütün ölkələrində COVID diktaturası - böyük məbləğdə cərimələr, həbslər, peyvənd olunmayanlar üçün faktiki ev dustaqlığı - insanlara qarşı açıq, nümayişkaranə şəkildə hörmətsizliklə tətbiq edilib. Bir vaxtlar planetin ən zənginləri olan ölkələrdə kasıb elektorat da məhz buna etiraz edir.
Bəli, bir vaxtlar onları "qızıl milyard" adlandırırdılar... Amma indi bu nə qədər də ironik səslənir...