ELM

Ramiz Mehdiyevin istefa ərizəsi qəbul edildi

© Photo : REPORTRamiz Mehdiyev
Ramiz Mehdiyev - Sputnik Azərbaycan, 1920, 19.02.2022
Abunə olmaq
BAKI, 19 fevral - Sputnik. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti Ramiz Mehdiyevin istefa ərizəsi qəbul olunub.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bu barədə qərar AMEA-nın ümumi yığıncağında qəbul olunub.
AMEA-nın prezidenti vəzifəsinin icrası müvəqqəti olaraq Akademiyanın birinci vitse-prezidenti Arif Həşimova həvalə olunub.
Ramiz Mehdiyev AMEA-nın Prezidenti vəzifəsindən azad olunması ilə bağlı fevralın 14-də ərizə yazmışdı. O, son günlər Akademiya və şəxsən onun özü haqqında yayılan məlumatların heç bir təsiri olmadan, yaşı ilə əlaqədar AMEA-dakı postunu tərk etməyə qərar verdiyini bildirib.
Akademiya prezidenti istefa ərizəsi ilə dövlət başçısına müraciət edəcəyini bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun:
AMEA-da prezident seçkisinin vaxtı müəyyənləşib
AMEA ləğv edilsinmi? - Sualın birmənalı cavabı yoxdur
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasından da çıxarılmalıdır - Deputat
Xəbər lenti
0