Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Manaf Ağayevə həmkarlarından dəstək: Heç kəs sevinməsin FOTO

© Photo : Instagram / manafagayevManaf Ağayev
Manaf Ağayev - Sputnik Azərbaycan, 1920, 19.02.2022
Abunə olmaq
M.Ağayev işğaldan azad olunmuş ərazilərə müvafiq icazə olmadan, qanunsuz şəkildə getdiyi üçün 15 sutkalıq həbs olunub
BAKI, 19 fevral — Sputnik. Əməkdar artist Nüşabə Ələsgərli həbs olunan həmkarı Manaf Ağayevə dəstək olub. Sputnik Azərbaycan xəbər verir ki, əməkdar artist özünün "Instagram" hesabında Manafla yanaşı onunla birgə saxlanılan Sənan Hüseynovdan da bəhs edib.
Nüşabə deyib ki, hər ikisi onun dostudur: "Hər kəsə yardım edən insanlardır. Bu gün bilməyərəkdən səhv edib, icazələri olmadan işğaldan azad olunmuş ərazilərə gediblərsə, qanun nə tələb edirsə, o da olmalıdır. Füzuli rayonu həm Manafın, həm də Sənanın doğulduğu doğma rayonudur. Artıq söhbətlər, şərhlər lazım deyil. Onlar Azərbaycan oğullarıdırlar. İmkan daxilində hər kəsə yardım edən insanlardır. Qanun şahdır, vəssalam. Heç kəs sevinməsin. Biz onları sevirik və qəlbimizdədirlər. Qapıları açıq olsun".
Müğənni Nadir Qafarzadə də həmkarı ilə fotosunu "Instagram" hesabında paylaşaraq ona dəstək olduğunu bildirib.
Qeyd edək ki, M.Ağayev işğaldan azad olunmuş ərazilərə müvafiq icazə olmadan, qanunsuz şəkildə getdiyi üçün 15 sutkalıq həbs olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun:
* Manaf Ağayevi polis idarəsinə çağırdılar: bu VİDEOya görə
* Polisdə Manaf Ağayevin Füzuliyə qanunsuz səfəri ilə bağlı xidməti yoxlama başlayıb
* Nəzarətsiz qalan postlar, uçan avtomobillər və Manaf Ağayev
Xəbər lenti
0