https://sputnik.az/20220219/cahangir-esgerovu-nazir-evez-eledi-439342852.html
Cahangir Əsgərovu nazir əvəz elədi
Cahangir Əsgərovu nazir əvəz elədi
Sputnik Azərbaycan
AZAL prezidenti Cahangir Əsgərovun rəhbərlik etdiyi federasiya nazirə həvalə olundu. 19.02.2022, Sputnik Azərbaycan
2022-02-19T12:50+0400
2022-02-19T12:50+0400
2022-02-19T12:50+0400
atletika
idman
ağır atletika
azərbaycan ağır atletika federasiyası
inam kərimov
prezident
cahangir əsgərov
https://cdnn1.img.sputnik.az/img/40687/11/406871150_0:0:3609:2031_1920x0_80_0_0_b0b9eb7add62bd4fc780a23bdc26b08b.jpg
BAKI, 19 fevral — Sputnik. Azərbaycan Ağır Atletika Federasiyasının (AAF) yeni prezidenti seçilib. Sputnik Azərbaycan-nın məlumatına görə, bu, kənd təsərrüfatı naziri İnam Kərimovdur.Xatırladaq ki, şənbə günü Gənclər və İdman Nazirliyinin inzibati binasında AAAF-ın hesabat-seçki konfransı baş tutub. Bundan öncə AAAF-a "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov rəhbərlik edib.Məlumat üçün bildirək ki, İnam Kərimov 2018-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə Kənd Təsərrüfatı naziri vəzifəsinə təyin olunubİnam Kərimov AAF prezidenti kimi ilk açıqlamasını da verib. "Ağırlıqqaldırmanın üzləşdiyi əsas məsələ dopinqlə mübarizədir", - o deyib.Kərimovun sözlərinə görə, belə halların üzə çıxması səbəbindən yığma komanda beynəlxalq yarışların bəzilərindən kənarda qalıb: "Adından göründüyü kimi, bu, ağır atletikadır. Bəzi məsələlərin həlli üçün tədbirlər görülməlidir. Azərbaycanın yığma komandasının qarşıdakı beynəlxalq yarışlarda və olimpiadada uğurla çıxış etməsini istəyirik".Federasiya rəhbəri bütün dünyanın dopinqə qarşı mübarizə aparmasının vacibliyini vurğulayıb. Kərimov yeni nəsil idmançıların yetişməsini ən böyük priotetlərdən biri adlandırıb: "Üzərimizə düşən ən böyük vəzifə bölgələrdə gələcək potensialları müəyyənləşdirməkdir. Bunun üçün bütün şərait yaradılıb".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40687/11/406871150_297:0:3609:2484_1920x0_80_0_0_d6dc2f6d9aa5ed64c5514168ebd6190a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
inam kərimov aaf prezidenti oldu və dopinqə müharibə elan etdi
inam kərimov aaf prezidenti oldu və dopinqə müharibə elan etdi
Cahangir Əsgərovu nazir əvəz elədi
AZAL prezidenti Cahangir Əsgərovun rəhbərlik etdiyi federasiya nazirə həvalə olundu.
BAKI, 19 fevral — Sputnik. Azərbaycan Ağır Atletika Federasiyasının (AAF) yeni prezidenti seçilib. Sputnik Azərbaycan-nın məlumatına görə, bu, kənd təsərrüfatı naziri İnam Kərimovdur.
Xatırladaq ki, şənbə günü Gənclər və İdman Nazirliyinin inzibati binasında AAAF-ın hesabat-seçki konfransı baş tutub. Bundan öncə AAAF-a "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov rəhbərlik edib.
Məlumat üçün bildirək ki, İnam Kərimov 2018-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə Kənd Təsərrüfatı naziri vəzifəsinə təyin olunub
İnam Kərimov AAF prezidenti kimi ilk açıqlamasını da verib. "Ağırlıqqaldırmanın üzləşdiyi əsas məsələ dopinqlə mübarizədir", - o deyib.
Kərimovun sözlərinə görə, belə halların üzə çıxması səbəbindən yığma komanda beynəlxalq yarışların bəzilərindən kənarda qalıb: "Adından göründüyü kimi, bu, ağır atletikadır. Bəzi məsələlərin həlli üçün tədbirlər görülməlidir. Azərbaycanın yığma komandasının qarşıdakı beynəlxalq yarışlarda və olimpiadada uğurla çıxış etməsini istəyirik".
Federasiya rəhbəri bütün dünyanın dopinqə qarşı mübarizə aparmasının vacibliyini vurğulayıb.
"İdmançılarla birlikdə iş aparmalı və onları maarifləndirməliyik. Əsas birinci məqsədimiz bu problemləri, çətinlikləri dinləmək və ondan sonra qısa, orta və uzun müddətli hədəflər müəyyən etməkdir. Əsas məsələ bu idman sahəsinə rəğbəti daha da artırmaqdır", - Report Kərimovun sözlərini sitat gətirib.
Kərimov yeni nəsil idmançıların yetişməsini ən böyük priotetlərdən biri adlandırıb: "Üzərimizə düşən ən böyük vəzifə bölgələrdə gələcək potensialları müəyyənləşdirməkdir. Bunun üçün bütün şərait yaradılıb".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.