Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Üç rayona başçı təyin edildi

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev
Prezident İlham Əliyev - Sputnik Azərbaycan, 1920, 18.02.2022
Abunə olmaq
Prezident İlham Əliyev üç rayona icra başçısı təyin edilməsi barədə sərəncamlar imzalayıb.
BAKI, 18 fevral - Sputnik. Eldar İbrahimov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Elxan İbrahimov yeni təyinatadək Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışırdı.
Kürdəmir Rayon İcra Hakimiyyətinin əvvəlki başçısı Ceyhun Cəfərov 2020-ci ilin avqust ayının 20-də tutduğu vəzifədən azad olunub.
Prezidentin digər sərəncamı ilə Coşqun Adil oğlu Cəbrayılov Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Qeyd edək ki, C.Cəbrayılov bu təyinata qədər Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışırdı.
Nizami rayonunun əvvəlki icra başçısı Arif Qasımov 2020-ci il iyulun 11-də vəzifəsindən azad edilmişdi.
Dövlət başçısı həmçinin Elgin Şirin oğlu Həbibullayevin Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi barədə sərəncama imza atıb.
Qeyd edək ki, Elgin Həbibullayev bu təyinatadək Bakı Şəhər İcra Hakimiyyətində Aparat rəhbəri vəzifəsində çalışırdı.
E.Həbibullayev Eldar Əzizov Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı işlədiyi dövrdə onun köməkçisi işləyib.
Xatırladaq ki, prezidentin Sərəncamı ilə bu il yanvarın 19-da Abdin Ələsgər oğlu Fərzəliyev Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Ölkə başçısının Sərəncamı ilə 2020-ci ildə Arif Adil oğlu Qasımov Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən, Ceyhun Fərrux oğlu Cəfərov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.

Həmçinin oxuyun:

Prezident Abşeron və Nərimanov rayonlarının icra başçılarını dəyişdi
Xəbər lenti
0