SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident Abşeron və Nərimanov rayonlarının icra başçılarını dəyişdi

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - Sputnik Azərbaycan, 1920, 19.01.2022
Abunə olmaq
Prezident İlham Əliyevin digər Sərəncamı ilə Abdin Ələsgər oğlu Fərzəliyev Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
BAKI, 19 yanvar — Sputnik. Prezident İlham Əliyev İradə Gülməmmədovanın Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
Sputnik Azərbaycan xəbər verir ki, Sərəncama əsasən, İradə Akif qızı Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Prezident İlham Əliyevin digər Sərəncamı ilə Abdin Ələsgər oğlu Fərzəliyev Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Dövlət başçısının digər Sərəncamı ilə Abdin Ələsgər oğlu Fərzəliyev Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Qeyd edək ki, Abdin Fərzəliyev 2005-ci ilin dekabr ayından Azərbaycan Prezidentinin Sərancamı ilə Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyətinin Başçısı vəzifəsində çalışırdı.
İradə Gülməmmədova isə Prezident İlham Əliyevin 2 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə Abşeron rayonunun icra başçısı vəzifəsinə təyin edilmişdi.
Xəbər lenti
0