https://sputnik.az/20220218/ogrularin-hereketleri---abs-efqanlardan-niye-pul-menimseyib-439322194.html
"Oğruların hərəkətləri" - ABŞ əfqanlardan niyə pul mənimsəyib?
"Oğruların hərəkətləri" - ABŞ əfqanlardan niyə pul mənimsəyib?
Sputnik Azərbaycan
H.Kərzai "gələcək nəsillər naminə" Vaşinqtondan "hökumətə deyil, əfqan xalqına" aid olan vəsaitləri dərhal geri qaytarmağı xahiş edib.
2022-02-18T22:24+0400
2022-02-18T22:24+0400
2022-02-18T22:24+0400
abş
təhlil
əfqanıstan
taliban
https://cdnn1.img.sputnik.az/img/07e6/02/12/439307194_0:0:2989:1682_1920x0_80_0_0_1e51108866da1def20a8216e099c7c27.jpg
Cozef Bayden ABŞ-da saxlanılan Əfqanıstan Mərkəzi Bankının pulunu 11 sentyabr tarixində terror aktları qurbanlarının ailələrinə vermək qərarına gəlib, baxmayaraq ki, hücumu təşkil edənlərin heç biri əfqan olmayıb. Kabildə yüzlərlə etirazçı qəzəblənərək küçələrə çıxıb. Ağ Evin niyə bunu etdiyini RİA Novosti aydınlaşdırır.Bir hissəsi sizin, digər hissəsi bizimABŞ Prezidenti Əfqanıstanın Amerika banklarında saxlanılan 7 milyard dollar valyuta ehtiyatlarının bloklanması haqqında fərman imzalayıb. Ehtiyatların üç milyard yarımı 2001-ci il sentyabrın 11-də həlak olanların ailələrinə və yaxınlarına, digər yarısı isə Əfqanıstan humanitar təşkilatlarına göndəriləcək.Hələlik bu aktivlər Nyu-York Federal Ehtiyat Bankında xüsusi hesaba köçürülüb. İcazə dövlət məhkəməsi tərəfindən verilməlidir.Kabilin doqquz milyard dollardan çox qızıl-valyuta ehtiyatı var. Yeddisi ABŞ-da, qalanları isə Almaniya, Birləşmiş Ərəb Əmirlikləri və İsveçrədə saxlanılır. Vaşinqtonda dəfələrlə qeyd olunub ki, Əfqanıstan hakimiyyəti son iyirmi ildə bu vəsaiti əsasən Amerikanın köməyi sayəsində toplayıb.Baydenin fərmanını BMT-də qınadılar. Baş katibin mətbuat katibi Stefan Dyujarrik aktivlərin blokdan çıxarılmasına çağırıb. Bu, əvvəllər də tələb olunub, ancaq nəticəsiz qalıb.Pekində daha da kəskin reaksiya verildi. "Soyğunçuların hərəkət tərzləri. Bu, bir daha təsdiqləyir ki, ABŞ-ın müdafiə etdiyi dünya nizamı zəiflərin hüquqlarını və ədaləti qorumur, sadəcə Vaşinqtonun hegemonluğunu dəstəkləyir", - deyə ÇXR Xarici İşlər Nazirliyi bildirib.Moskvada da buna səssiz qalmadılar. "Bu terror aktlarının təşkilində heç bir şəkildə iştirak etməyən əfqan xalqı nə üçün indi onların əvəzinə ödəməlidirlər? ABŞ-ın və onun NATO müttəfiqlərinin uğursuz hərbi kampaniyası nəticəsində yaranmış son dərəcə çətin humanitar vəziyyətdə Vaşinqton faktiki olaraq Əfqanıstanda humanitar böhranı daha da şiddətləndirir", - deyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qəzəblə qeyd edib.Kabil və Cəlalabadda isə etiraz aksiyaları keçirilib. "Əfqan xalqı ilə düşmənçilik etməyi dayandırın!", "ABŞ və onun müttəfiqləri minlərlə əfqanın öldürülməsinin və Əfqanıstanın dağıdılmasının əvəzini ödəməlidir!" sözləri ilə nümayişçilər plakatlarla etiraz edirdilər.Kömək əvəzinə sanksiyalarTaliblərin Qətərdəki siyasi ofisinin rəhbəri Məhəmməd Naim Twitter səhifəsində qeyd edib: "Əfqan pullarının oğurlanması ölkənin və cəmiyyətin insani və mənəvi parçalanmasının sübutudur".ABŞ razılaşmaya əməl etmir. Xarici işlər naziri Əmir Xan Mutakinin sözlərinə görə, Vaşinqton yeni Əfqanıstan hökumətinin üzvlərini qara siyahıyadan hələ də çıxarmayıb, əksinə, ölkənin yenidən bərpasına kömək etmək əvəzinə sanksiyalar tətbiq edib.İlk dəfə olaraq talibləri keçmiş Əfqanıstan hakimiyyəti də dəstəkləyib. Keçmiş prezident Həmid Kərzai "gələcək nəsillər naminə" Vaşinqtondan "hökumətə deyil, əfqan xalqına" aid olan vəsaitləri dərhal geri qaytarmağı xahiş edib.Keçmiş xarici işlər naziri Məhəmməd Hənif Atmar isə "əfqanların özlərinin terror qurbanı olduqlarını nəzərə alaraq, Əfqanıstanın həyat təminatı üçün zəruri olan ehtiyatlardan istifadəni" qeyri-etik və qeyri-qanuni adlandırıb və 11 sentyabr tarixində həyatlarını itirənlərə ürəkdən başsağlığı verib.Cozef Bayden administrasiyası ötən il avqustun 15-də Əfqanıstanın dövlət ehtiyatlarını dondurub. Amerikalılar prezident Əşrəf Qani rejiminin süqutunun qarşısını ala bilməsələr də, Kabildə güclü təzyiq saxladılar. Taliblər Konqresi maliyyə vəsaitlərini sərbəst idarə etmək imkanını geri qaytarmağa çağırıb. Ancaq Ağ Ev açıq şəkildə bildirdi ki, buna ümid etməyə dəyməz.Rusiya və Çin məsələni siyasiləşdirməməyi və "Qərb banklarının hesablarında olan əfqan pullarının dərhal blokdan çıxarılmasının" zəruriliyinə işarə edib. Vladimir Putinin sözlərinə görə, o zaman uşaqlara kömək etmək, tibbi avadanlıq və dərman almaq mümkün olacaq. "Bu pullar silah üçün istifadə edilməyəcək, Əfqanıstanda heç Talibanın* silaha ehtiyacı yoxdur. Orada artıq milyardlarla dollarlıq silahlar saxlayıblar", - deyə Rusiya lideri, görünür, amerikalıların və onların müttəfiqlərinin ölkəni sürətlə tərk etməsinin nəticələrini nəzərə alaraq qeyd edib.Vaşinqton və Brüssel siyasi şərtlər irəli sürdülər: əvvəlki hökumətlə işləmiş əfqanlara amnistiya, inklüziv hökumət, qızlar üçün məktəb təhsili.Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun elmi işçisi, Müasir Əfqanıstanın Tədqiqat Mərkəzinin direktoru Ömər Nessar qeyd edir ki, tarixi nöqteyi-nəzərdən nadir vəziyyət yaranıb. "Bir tərəfdən, talibləri hələ də tanımırlar. ABŞ-da hesab edirlər ki, bu, kollektiv proses olmalıdır və yeri gəlmişkən, Rusiya da eyni mövqedən çıxış edir. Digər tərəfdən, Talibanla* hər kəs əlaqə saxlayır. Fərqli səviyyədə olsa da. Bəzi dövlətlərin səfirləri Əfqanıstanda işləyirlər və taliblərin də diplomatik heyəti var. Deməli, müəyyən mənada tanınma gedir, ancaq onlar rəsmi olaraq bu barədə danışmırlar", - deyə politoloq izah edir.Əfqanıstan hakimiyyəti qızıl-valyuta ehtiyatlarını bir daha blokdan çıxarmağa çalışacaq. Bir nümayəndə heyəti Avropa İttifaqı və Fars körfəzi ölkələrinin nümayəndələri ilə görüşmək üçün Qətərə, digəri isə İngiltərəyə göndərilib. RİA Novosti-nin həmsöhbəti hesab edir ki, çətin onların görüşü uğurlu olsun."ABŞ-da bu qərar daha çox daxili siyasi vəziyyətə əsasən qəbul edilib: Baydenin reytinqinin aşağı düşməsi Əfqanıstandan qaçması ilə bağlı tənqiddir. Bu, ictimai rəyə təsir etmək cəhdidir. Vaşinqton siqnal göndərir: biz talibləri tanımağa hazır deyilik. Ancaq Kabil üçün heç bir xüsusi nəticə olmayacaq", - deyə Ömər Nessar əminliklə bildirib.Və bu, heç bir şəkildə humanitar vəziyyətə təsir etməyəcək. O, nə qədər ağır idisə, elə də qalacaq.Taliban* hərəkatı terror fəaliyyətinə görə BMT-nin sanksiyası altındadır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun: KTMT iclasında gözlənilməz təklif - Əfqanıstan ətrafında təhlükəsizlik kəməri yaradaqRusiyalı iş adamları Əfqanıstanda "Taliban" hökuməti ilə danışıqlar aparıblar
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/12/439307194_205:0:2936:2048_1920x0_80_0_0_faac69e7f69776248cce9f8d06bb3e66.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
əfqan pulları abş vətəndaşlarına veriləcək: bəhanə və etirazlar
əfqan pulları abş vətəndaşlarına veriləcək: bəhanə və etirazlar
"Oğruların hərəkətləri" - ABŞ əfqanlardan niyə pul mənimsəyib?
Keçmiş prezident Həmid Kərzai "gələcək nəsillər naminə" Vaşinqtondan "hökumətə deyil, əfqan xalqına" aid olan vəsaitləri dərhal geri qaytarmağı xahiş edib.
Cozef Bayden ABŞ-da saxlanılan Əfqanıstan Mərkəzi Bankının pulunu 11 sentyabr tarixində terror aktları qurbanlarının ailələrinə vermək qərarına gəlib, baxmayaraq ki, hücumu təşkil edənlərin heç biri əfqan olmayıb. Kabildə yüzlərlə etirazçı qəzəblənərək küçələrə çıxıb. Ağ Evin niyə bunu etdiyini RİA Novosti aydınlaşdırır.
Bir hissəsi sizin, digər hissəsi bizim
ABŞ Prezidenti Əfqanıstanın Amerika banklarında saxlanılan 7 milyard dollar valyuta ehtiyatlarının bloklanması haqqında fərman imzalayıb. Ehtiyatların üç milyard yarımı 2001-ci il sentyabrın 11-də həlak olanların ailələrinə və yaxınlarına, digər yarısı isə Əfqanıstan humanitar təşkilatlarına göndəriləcək.
Hələlik bu aktivlər Nyu-York Federal Ehtiyat Bankında xüsusi hesaba köçürülüb. İcazə dövlət məhkəməsi tərəfindən verilməlidir.
Kabilin doqquz milyard dollardan çox qızıl-valyuta ehtiyatı var. Yeddisi ABŞ-da, qalanları isə Almaniya, Birləşmiş Ərəb Əmirlikləri və İsveçrədə saxlanılır. Vaşinqtonda dəfələrlə qeyd olunub ki, Əfqanıstan hakimiyyəti son iyirmi ildə bu vəsaiti əsasən Amerikanın köməyi sayəsində toplayıb.
Baydenin fərmanını BMT-də qınadılar. Baş katibin mətbuat katibi Stefan Dyujarrik aktivlərin blokdan çıxarılmasına çağırıb. Bu, əvvəllər də tələb olunub, ancaq nəticəsiz qalıb.
Pekində daha da kəskin reaksiya verildi. "Soyğunçuların hərəkət tərzləri. Bu, bir daha təsdiqləyir ki, ABŞ-ın müdafiə etdiyi dünya nizamı zəiflərin hüquqlarını və ədaləti qorumur, sadəcə Vaşinqtonun hegemonluğunu dəstəkləyir", - deyə ÇXR Xarici İşlər Nazirliyi bildirib.
Moskvada da buna səssiz qalmadılar. "Bu terror aktlarının təşkilində heç bir şəkildə iştirak etməyən əfqan xalqı nə üçün indi onların əvəzinə ödəməlidirlər? ABŞ-ın və onun NATO müttəfiqlərinin uğursuz hərbi kampaniyası nəticəsində yaranmış son dərəcə çətin humanitar vəziyyətdə Vaşinqton faktiki olaraq Əfqanıstanda humanitar böhranı daha da şiddətləndirir", - deyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qəzəblə qeyd edib.
Kabil və Cəlalabadda isə etiraz aksiyaları keçirilib. "Əfqan xalqı ilə düşmənçilik etməyi dayandırın!", "ABŞ və onun müttəfiqləri minlərlə əfqanın öldürülməsinin və Əfqanıstanın dağıdılmasının əvəzini ödəməlidir!" sözləri ilə nümayişçilər plakatlarla etiraz edirdilər.
Kömək əvəzinə sanksiyalar
Taliblərin Qətərdəki siyasi ofisinin rəhbəri Məhəmməd Naim Twitter səhifəsində qeyd edib: "Əfqan pullarının oğurlanması ölkənin və cəmiyyətin insani və mənəvi parçalanmasının sübutudur".
ABŞ razılaşmaya əməl etmir. Xarici işlər naziri Əmir Xan Mutakinin sözlərinə görə, Vaşinqton yeni Əfqanıstan hökumətinin üzvlərini qara siyahıyadan hələ də çıxarmayıb, əksinə, ölkənin yenidən bərpasına kömək etmək əvəzinə sanksiyalar tətbiq edib.
İlk dəfə olaraq talibləri keçmiş Əfqanıstan hakimiyyəti də dəstəkləyib. Keçmiş prezident Həmid Kərzai "gələcək nəsillər naminə" Vaşinqtondan "hökumətə deyil, əfqan xalqına" aid olan vəsaitləri dərhal geri qaytarmağı xahiş edib.
Keçmiş xarici işlər naziri Məhəmməd Hənif Atmar isə "əfqanların özlərinin terror qurbanı olduqlarını nəzərə alaraq, Əfqanıstanın həyat təminatı üçün zəruri olan ehtiyatlardan istifadəni" qeyri-etik və qeyri-qanuni adlandırıb və 11 sentyabr tarixində həyatlarını itirənlərə ürəkdən başsağlığı verib.
Cozef Bayden administrasiyası ötən il avqustun 15-də Əfqanıstanın dövlət ehtiyatlarını dondurub. Amerikalılar prezident Əşrəf Qani rejiminin süqutunun qarşısını ala bilməsələr də, Kabildə güclü təzyiq saxladılar. Taliblər Konqresi maliyyə vəsaitlərini sərbəst idarə etmək imkanını geri qaytarmağa çağırıb. Ancaq Ağ Ev açıq şəkildə bildirdi ki, buna ümid etməyə dəyməz.
Rusiya və Çin məsələni siyasiləşdirməməyi və "Qərb banklarının hesablarında olan əfqan pullarının dərhal blokdan çıxarılmasının" zəruriliyinə işarə edib. Vladimir Putinin sözlərinə görə, o zaman uşaqlara kömək etmək, tibbi avadanlıq və dərman almaq mümkün olacaq.
"Bu pullar silah üçün istifadə edilməyəcək, Əfqanıstanda heç Talibanın* silaha ehtiyacı yoxdur. Orada artıq milyardlarla dollarlıq silahlar saxlayıblar", - deyə Rusiya lideri, görünür, amerikalıların və onların müttəfiqlərinin ölkəni sürətlə tərk etməsinin nəticələrini nəzərə alaraq qeyd edib.
Vaşinqton və Brüssel siyasi şərtlər irəli sürdülər: əvvəlki hökumətlə işləmiş əfqanlara amnistiya, inklüziv hökumət, qızlar üçün məktəb təhsili.
Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun elmi işçisi, Müasir Əfqanıstanın Tədqiqat Mərkəzinin direktoru Ömər Nessar qeyd edir ki, tarixi nöqteyi-nəzərdən nadir vəziyyət yaranıb. "Bir tərəfdən, talibləri hələ də tanımırlar.
ABŞ-da hesab edirlər ki, bu, kollektiv proses olmalıdır və yeri gəlmişkən, Rusiya da eyni mövqedən çıxış edir. Digər tərəfdən, Talibanla* hər kəs əlaqə saxlayır. Fərqli səviyyədə olsa da. Bəzi dövlətlərin səfirləri Əfqanıstanda işləyirlər və taliblərin də diplomatik heyəti var. Deməli, müəyyən mənada tanınma gedir, ancaq onlar rəsmi olaraq bu barədə danışmırlar", - deyə politoloq izah edir.
Əfqanıstan hakimiyyəti qızıl-valyuta ehtiyatlarını bir daha blokdan çıxarmağa çalışacaq. Bir nümayəndə heyəti Avropa İttifaqı və Fars körfəzi ölkələrinin nümayəndələri ilə görüşmək üçün Qətərə, digəri isə İngiltərəyə göndərilib. RİA Novosti-nin həmsöhbəti hesab edir ki, çətin onların görüşü uğurlu olsun.
"ABŞ-da bu qərar daha çox daxili siyasi vəziyyətə əsasən qəbul edilib: Baydenin reytinqinin aşağı düşməsi Əfqanıstandan qaçması ilə bağlı tənqiddir. Bu, ictimai rəyə təsir etmək cəhdidir. Vaşinqton siqnal göndərir: biz talibləri tanımağa hazır deyilik. Ancaq Kabil üçün heç bir xüsusi nəticə olmayacaq", - deyə Ömər Nessar əminliklə bildirib.
Və bu, heç bir şəkildə humanitar vəziyyətə təsir etməyəcək. O, nə qədər ağır idisə, elə də qalacaq.
Taliban* hərəkatı terror fəaliyyətinə görə BMT-nin sanksiyası altındadır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.