CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İtkin düşüb sonra tapılan kursantın atası danışdı: "Ailədə heç bir problemimiz yoxdur"

© AR Ministry of DefenceKursant yataqxanası
Kursant yataqxanası - Sputnik Azərbaycan, 1920, 17.02.2022
Abunə olmaq
2000-ci il təvəllüdlü Hüseynli Vüsal fevralın 13-ü akademiyaya getmək üçün yaşadığı Sumqayıt şəhərindən Bakıya gəlmiş və itkin düşmüşdü.
BAKI, 17 fevral - Sputnik. Bir müddət əvvəl itkin düşərək tapılan Heydər Əliyev adına Ali Hərbi Məktəbin kursantı Hüseynli Vüsal Elşən oğlunun hərbi məktəbdən kənarlaşdırılacağı xəbərini eşidən ailəsi bu məlumatı yayan kütləvi informasiya vasitəsinə kəskin şəkildə etiraz edərək, məhkəməyə verəcəyini bildirib.
V.Hüseynlinin atası Elşən Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, xəbəri yayan KİV heç bir rəsmi quruma istinad etməyib: "Öncə onu qeyd etmək istəyirəm ki, oğlum Vüsal Ali Hərbi Məktəbin ən yaxşı oxuyan kursantlarındandır. O, demək olar ki, məktəbi əlaçı kimi başa vurmaq üzrədir. KİV-də onunla bağlı həqiqəti əks etdirməyən xəbər yayılıb.
Xəbərdə oğlumun oxuduğu Ali Hərbi Məktəbdən qovulacağı, onun yoxa çıxmasının səbəbinin isə yalnız şəxsi intizamsızlığı, məsuliyyətsizliyi və ailə-məişət zəminində yaranmış problemlərin olduğu yazılıb. Gəlib qonşulardan soruşsunlar, biz necə ailəyik. Bizim ailədə heç bir problem olmayıb.
Bundan başqa, biz Laçından məcburi köçkünük. Biz uşaqları yataqxanalarda min əziyyətlə böyüdüb boya-başa çatdırmışıq. Qardaşı da müharibə iştirakçısıdır. Heç bir rəsmi quruma istinad etmədən belə xəbər yaydıqlarına görə həmin kütləvi informasiya vasitəsini məhkəməyə vermək fikrimiz var. Çünki onların yaydığı xəbər ailəmizə və yaxınlarımıza çox pis təsir edib".
Elşən Hüseynov vurğulayıb ki, övladının təhsil aldığı məktəbdən onun qovulacağı ilə bağlı onlara heç bir məlumat verilməyib.
----------
20:27
Bir müddət əvvəl itkin düşərək tapılan Heydər Əliyev adına Ali Hərbi Məktəbin kursantı Hüseynli Vüsal Elşən oğlu hərbi məktəbdən kənarlaşdırılacaq.
Sputnik Azərbaycan Report-a istinadən bildirir ki, Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin aidiyyəti hüquq-mühafizə orqanları ilə birgə axtarış tədbirləri nəticəsində tapılaraq hərbi məktəbə qaytarılan kursantla aparılan söhbət zamanı onun yoxa çıxmasının səbəbi yalnız şəxsi intizamsızlığı, məsuliyyətsizliyi və ailə məişət zəminində yaranmış problemlərin olduğu müəyyən edilib.
Belə ki, nizamnamə qaydalarını pozaraq heç bir əsaslı səbəb olmadan təyin olunan vaxtda hərbi təhsil müəssisəsinə qayıtmadığına görə kursant V.Hüseynli hadisənin təfərrüatları tam araşdırıldıqdan sonra hərbi məktəbdən kənarlaşdırılacaq.
Qeyd edək ki, 2000-ci il təvəllüdlü Hüseynli Vüsal Elşən oğlu fevralın 13-ü akademiyaya getmək üçün yaşadığı Sumqayıt şəhərindən Bakıya yola düşüb. Bundan sonra ondan xəbər olmayıb. O, sonuncu dəfə 28 May metrostansiyasından çıxarkən görülüb. Fevralın 16-da isə tapılıb.
Eləcə də oxuyun:
* Üç gün əvvəl itkin düşmüş kursant tapılıb
Xəbər lenti
0