Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Üç gün əvvəl itkin düşmüş kursant tapılıb

© AR Ministry of DefenceKursant yataqxanası
Kursant yataqxanası - Sputnik Azərbaycan, 1920, 16.02.2022
Abunə olmaq
2000-ci il təvəllüdlü Hüseynli Vüsal Elşən oğlu fevralın 13-ü akademiyaya getmək üçün yaşadığı Sumqayıt şəhərindən Bakıya yola düşsə də, mənzil başına çatmayıb
BAKI, 16 fevral - Sputnik. Heydər Əliyev adına Hərbi Akademiyanın üç gün əvvəl itkin düşmüş kursantı Hüseynli Vüsal Elşən oğlu tapılıb.
Bu barədə kursantın atası Elşən Hüseynov məlumat verib.
E. Hüseynov APA-ya bildirib ki, oğlu Vüsal Hüseynli bir neçə dəqiqə əvvəl hərbi polis tərəfindən tapılaraq ailəsinə təhvil verilib.
Qeyd edək ki, 2000-ci il təvəllüdlü Hüseynli Vüsal Elşən oğlu fevralın 13-ü akademiyaya getmək üçün yaşadığı Sumqayıt şəhərindən Bakıya yola düşüb.
Bundan sonra ondan xəbər olmayıb.
***
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantı Vüsal Hüseynli tapılması məqsədilə Müdafiə Nazirliyinin hərbi polis idarəsi aidiyyəti hüquq-mühafizə orqanları ilə axtarış tədbirləri həyata keçirir.

Bu barədə fevralın 14-də Müdafiə Nazirlyindən bildirilib.

Hüseynli fevralın 13-ü akademiyaya getmək üçün yaşadığı Sumqayıt şəhərindən Bakıya yola düşüb.

Bundan sonra ondan xəbər olmayıb. İlkin məlumata görə, Hüseynli sonuncu dəfə 28 May metrostansiyasından çıxarkən görülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0