Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Özbəkistanda Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş tədbirlər keçirilir

© Photo : AZƏRTACFikrət Əmirov, arxiv şəkli
Fikrət Əmirov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.02.2022
Abunə olmaq
Mədəniyyət Mərkəzi Fikrət Əmirovun bir sıra əsərlərinin not yazılarını Özbəkistan ali musiqi məktəblərinə hədiyyə etməyi nəzərdə tutur.
BAKI, 17 fevral - Sputnik. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə 2022-ci ildə Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100 illiyi münasibətilə tədbirlərə start verilib.
Sputnik Azərbaycan Azərtac-a istinadən xəbər verir ki, il ərzində "Fikrət Əmirov - Azərbaycan musiqi sənətinin parlaq siması, dünya musiqisində simfonik muğam janrının yaradıcısı” adlı beynəlxalq konfransın keçirilməsi, dahi bəstəkarın əsərlərindən ibarət Azərbaycan musiqiçiləri və Özbəkistan Milli Simfonik Orkestrinin birgə iştirakı ilə dostluq konsertinin və digər tədbirlərin təşkili nəzərdə tutulub.
© pixabay / falcoDaşkənd - arxiv şəkli
Вид на город Ташкент, фото из архива - Sputnik Azərbaycan, 1920, 17.02.2022
Daşkənd - arxiv şəkli
Bununla yanaşı Mədəniyyət Mərkəzi Fikrət Əmirovun bir sıra əsərlərinin not yazılarını Özbəkistan ali musiqi məktəblərinə hədiyyə etməyi nəzərdə tutur.
AMM-dən verilən məlumata görə, artıq mərkəzin könüllüləri tərəfindən “Wikipediya” Beynəlxalq Elektron Ensiklopediyasında Fikrət Əmirov haqqında özbək dilində bölmə hazırlanaraq istifadəyə verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Fikrət Əmirovun anadan olmasından 99 il ötür
"Milli musiqi xəzinəmizdən" layihəsinin təqdimatı keçirilib
Qafqazın sənət məbədi – Cəbiş müəllim Şuşa haqqında
Xəbər lenti
0